Kiçik dəniz canlılarının böyük bacarıqları

  • planktonPlanktonlar buludun meydana gəlməsinə necə kömək edirlər?
  • Allah platarus dəniz ilanının suya dalması üçün hansı qüsursuz texnologiyanı yaratmışdır?
  • Artemiya xərçəngi çətin həyat şəraitində hansı xüsusiyyətlərə malikdir?
Məharətlə suya dalan platarus dəniz ilanı
Təbiətdəki həyat təkamülçülərin “ibtidai canlılar” anlayışını təkzib edən müxtəlif nümunələrlə doludur. Platarus dəniz ilanı adlanan kiçik dəniz balığının bir dalğıcdan daha məharətlə suya dalması Allah’ın mükəmməl yaratmasını sübut edir.
Elmi dildə  “Pelamis Platarus” adlanan “sarı qarınlı” dəniz ilanı cənub-şərqi Asiya və şimali Avstraliya sahillərindəki çay mənsəblərində yaşayırlar. Platarus dəniz ilanı kiçik ilan hesab edilir. Uzunluğu ən çox 80 sm-dir və çəkisi də 200 qr-dan azdır. 1.5 mm uzunluğundakı kiçik dişindən çıxan zəhər kobranın zəhərindən 5 dəfə güclüdür. Həmin zəhərin 1 qramının mində üç qədəri belə bir insanı öldürmək üçün kifayətdir.
Panamadakı Smithsonian Tropik Araşdırmalar İnstitutunun professorları İra Rubinoff, Jorge Motta ve Jeffrey Graham  təcrübələrində ilanların vaxtlarının 87%-ni suyun altında keçirdiklərini  müşahidə ediblər. Platarus dəniz ilanı suyun üstünə təxminən 1 saniyə müddətinə nəfəs almaq üçün çıxır, bu isə su altında yaşayan bir canlı üçün çox yaxşı bir nəticədir.
Platarus dəniz ilanının məharətlə suya dalma texnikası 
Platarus dəniz ilanının başından quyruğuna qədər uzanan tək bir ciyəri vardır. Hava ilə dolu olanda ciyər bədən həcminin təxminən 10%-ni əhatə edir. Bu, su altındakı ilanı 17 dəqiqə ərzində kifayət qədər oksigenlə təmin edir. Halbuki, araşdırmalar nəticəsində 213 dəqiqə davam edən və 50 metr dərinliyə qədər dalmalar müəyyən edilib. Platarus dəniz ilanı bunu necə bacarır? O, ciyərlərindən suyun qaldırma qüvvəsinə nəzarət etmək üçün istifadə edir.
Platarus dəniz ilanı suya dalmadan əvvəl ciyərini hava ilə doldurur. İçinə çəkdiyi hava bədəninin 20%-ni təşkil edir. Suya dalması 4 mərhələdən ibarətdir. Birinci mərhələdə ilan dəqiqədə 5 metr sürətlə suya tullanır. Dərinlik artdıqca suyun təzyiqi də artır və heyvanın ciyərləri büzülür. İkinci mərhələdə ilan dəqiqədə 1.7 m sürətlə suyun ən dərinliyinə tullanır və burada  ilanın çəkisi suyun qaldırma qüvvəsi ilə tarazlaşır. Artıq heyvan suyun dərinliyinə tullanmağı dayandırır və suyun səthinə çıxmağa başlayır. Üçüncü mərhələdə ilan dəqiqədə 0.11 metrlik yavaş sürətlə suyun səthinə irəliləyir. Sonuncu mərhələdə platarus dəniz ilanı nəfəs almaq üçün dəqiqədə 3-4 m sürətlə yuxarı çıxır. İlan bu dalğıclıq üçün havanı ciyərinə enəcəyi dərinliyə görə doldurur. Platarus dəniz ilanı dalğıclıq əsnasında ehtiyacı olan oksigenin üçdə birini də dərisi vasitəsilə su ilə təmin edir.
Suya tullanmaq üçün yaradılan xüsusi qan dövranı 
Platarus dəniz ilanı qarışıq, yəni çirkli qanı eyni anda həm ciyərə və dərialtı kapillyarlara oksigen alması üçün, həm də bədən hüceyrələrinə içində olan oksigenin istifadə edilməsi üçün göndərən ürəyə sahibdir. Dəniz ilanlarının bu qan dövranı qanda yığılan azotun dəri vasitəsi ilə kənarlaşdırılmasına da kömək edir. Bu, dəniz ilanlarının yaşaması üçün vacib funksiyadır. Əks təqdirdə böyük miqdarda qana qarışan azot ilanın suyun səthinə çıxması ilə sürətlə qaz halına keçərək damarların tutulmasına səbəb olacaq.
Allah yaratdığı hər canlıya həyat şəraitinə uyğun xüsusiyyətlər də bəxş etmişdir. Platarus dəniz ilanındakı bu həssas xüsusiyyətlər Allah’ın bütün kainatdakı güc və ehtişamının dəlillərindən biridir:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.” (“Furqan” surəsi, 2)

Duzlaq xərçənginin dözümlülüyü
Duzlaq xərçəngi duz göllərində və ya əl ilə hazırlanan duzlarda yaşayır. Özündən başqa bəzi qırmızı bakteriyalar və tək hüceyrəli yosunların yaşadığı, duz miqdarının çox olduğu mühit onu düşmənlərindən qoruyur. Ancaq bu mühit onu flaminqolardan qoruya bilmir. Flaminqolar olan yerdə mütləq duzlaq xərçəngini və ya ona bənzər canlıları da görə bilərsiniz.
Heç bir müdafiə sistemi olmayan duzlaq xərçəngi, yəni artemiya xərçəngi asanlıqla flaminqolara yem olur. Bu canlı ilk baxışda müdafəsiz kimi görünsə də, əslində, belə deyil. Allah onların çoxalməsı üçün mükəmməl bir sistem hazırlamışdır.
Artemiya xərçənginin çoxalması
Artemiya xərçənglərinin yumurtaları qalın və elastik təbəqə ilə örtülmüşdür. Yetkin bir artemiya xərçəngi flaminqo tərəfindən yeyilsə də, flaminqolar yumurta kisəsindəki artemiya xərçənglərini həzm edə bilmirlər. Nəticədə, yumurtalar flaminqoların köç etdikləri yerlərə daşınırlar.
Yaradıldıqları ilk gündən etibarən artemiya xərçənglərinin flaminqolara ehtiyacları vardır. Çünki artemiya xərçənginin nə qabığını qalınlaşdırmaq üçün, nə də flaminqoları kəşf etmək üçün zamanı var. Flaminqoların qidalanması ilə artemiya xərçənglərinin çoxalması eyni anda birlikdə yaradılmışdır.
Ən çətin şəraitə belə tab gətirə biləcək halda yaradılmış yumurtalar
Artemiya xərçəngi duz olan yerlərdə 6-35°C temperaturda yaşayırlar. Ancaq duz olan yerlərdə hava ümumiyyətlə bu intervaldan ya daha isti, ya da daha soyuq olur. Bəs bu dəyişkən hava şəraitinə baxmayaraq artemiya xərçəngləri necə yaşaya bilirlər?
Yetkin artemiya xərçəngləri payızın sonlarına yaxın qalın çəpərli qış yumurtalarını hazırlamağa başlayırlar. Bu yumurtalar qışın sərt soyuğuna belə tab gətirə bilirlər. Çünki yumurtalar möcüzəvi şəkildə bədənlərində təbii antifriz sistemini həyata keçirən qliserini istehsal edirlər. Qış yumurtaları labaratoriya şəraitində əldə edilən -27°C soyuqda və 100°C istilikdə belə məhv olmurlar. Yumurtalarının bu xüsusiyyətləri ilə artemiya xərçəngləri dövrümüzə qədər nəslini davam etdirmişdir.
Artemiya xərçənginin dəyişkən oksigen nisbətinə görə hemoqlobin sintez etməsi
Ümumiyyətlə, onurğalı heyvanlar, həmçinin məməlilər oksigeni az olan mühitdə qaldıqda boğularaq ölürlər. Ancaq artemiya xərçənglərində belə problem yoxdur. Bədənlərində yaradılmış xüsusi sistemlə belə vəziyyətin öhdəsindən gəlirlər.
Artemiya xərçəngləri hemoqlobin (oksigeni qan damarlarımızda daşıyan molekul) miqdarını tənzimləmə xüsusiyyəti sayəsində suda həll olmuş oksigenin xeyli azaldığı çox isti və duzlu sularda, hətta kristallaşmış duz topaları üzərində belə yaşaya bilirlər. Bu sistem çox həll olmuş oksigenə az miqdarda hemoqlobin, az oksigenli mühitlərdə isə çox miqdarda hemoqlobin sintez edə bilir. Heyrətamiz xüsusiyyətlərə malik olan bu canlının şüuru yoxdur. Artemiya xərçənginin öz-özünə düşünərək şiddətli soyuğa dözməsi üçün qliserini kəşf etdiyini, ya da hemoqlobin nisbətini tənzimləyən sistemi hazırlayıb bədəninə yerləşdirdiyini demək ağılsızlıqdır.
Artemiya xərçənglərinin bu xüsusiyyətləri haqqında ancaq onu demək olar ki, bu canlını Allah’ın yaratmışdır. Hər şeyin sahibi və hər şeyi istədiyi kimi yaradan Rəbbimiz bu canlıları da fərqli xüsusiyyətlərlə yaratmışdır. Bunun sayədə artemiya xərçəngləri ən çətin şəraitdə belə çox rahat yaşaya bilirlər.
Dünyanın temperaturunu tənzimləyən kiçik termostat
Bilirik ki, planktonlar balinaların qidasıdır. Okeanda yaşayan bu mikroslopik canlılar özlərindən minlərlə metr yuxarıda olan buludların meydana gəlməsinə kömək edirlər.
Əksər planktonlar dimetil-sulfid adlanan kimyəvi maddə istehsal edirlər.  Bu  maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə yağışa səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləliklə, buludlar günəş şüalarını əks etdirir, bununla əlaqədar olaraq torpağa düşən günəş şüaları da azalır. Ona görə bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas ekoloji sistemində mühüm yer tuturlar. Okeanlarda bu kiçik canlıların kükürdü yeməsi nəticəsində günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə yüksəlmir. Bu da yer üzünün istidən məhv olmasının qarşısını alaraq həyat üçün əlverişli edir.
Əksər insanların bəlkə də vəzifəsini indi öyrəndiyi bu canlının yer üzünə bu qədər faydalı olması Rəbbimizin üstün yaratmasının gözəl nümunələrindəndir.
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s