KOMMUNİZM GİZLƏNİB…

marx_lenin_hitlerKommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir döyüş əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız “kommunizm” deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həyatını itirmişdir. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilen, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır.
Bəs bu ideologiyanın mənşəyi nədir? Necə olmuşdur ki, bu qədər qanlı və mərhəmətsiz dünya görüşü dünyanın həryerində tərəfdar tapmış, inqilablarla iqtidara gəlmiş, milyonlara insanı arxasınca aparmışdır? Kommunizm haradan doğulmuş, necə böyümüş və necə sona çatmışdır? Həqiqətən sona çatıb, yoxsa hələ dünyanı və ölkəmizi təhdid edir?   

           
Bundan əlavə, daha mühüm təhlükəyə diqqət çəkmək lazımdır. Kommunist ideologiya keçdiyimiz əsrdə bir çox bəlalara, fəlakətlərə səbəb olmuş, bütün dünya, kommunist liderlərin qırğınlarına, qəddarlıqlarına şahid olmuşdur. Bəs bu an bu təhlükə yer üzündən silinmişdir? Çox təəssüf ki, silinməmişdir: KOMMUNİZM PUSQUDADIR!
120 milyon insanın canına qıyan bu “ölüm quyusu” hələ də varlığını davam etdirir. Quyunun üstü bağlanmış, ətrafına quyunu kamuflyaj edən şeylər qoyulmuşdur və bu bir tələdir. Kommunizm hiyləgərcəsinə gizlənərək fəaliyyətini davam etdirir. Fərqli görünüşlərdə, fərqli adlar altında varlığını davam etdirərək insanlığa yenə keçmişdəkilərə bənzər ağrıları yaşatmaq üçün fürsət tapacağı günü gözləyir.
Məhz bu səbəblə, kommunist ideologiyanın əsl üzünü, keçmişdə səbəb olduğu bəlaları bütün insanlara eşitdirmək və gizlənərək böyüyən bu təhlükənin maskasını çıxartmaq son dərəcə mühüm vəzifədir…
 
 
KOMMUNİZMİN DOĞULMASI
 
Darvin, Trotski, Engels və Marks haqda bir neçə söz.
 
Kommunizmin doğuşunu anlamaq üçün mütləq 18 və 19-cu əsr Avropasının mədəniyyətinə nəzər salmaq lazımdır. Avropa qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı qəbul etmiş və bu Xristian mədəniyyəti “Maarifçilik Dövrü” deyilən dövrə qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra avropalı mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi nəticəsi isə eyni zamanda “din əleyhinə inqilab” olan Fransız İnqilabıdır.
Fransız İnqilabının fikri təməli Volter (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə Maarifçılik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal təbliğatı nəticəsində geniş şəkildə “dinsizləşmə” hərəkatı inkişaf etmiş və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri 14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən “inqilabçı ibadət” sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer (Robespierre) “inqilabçı ibadət”ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını raport halına gətirərək adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə “ağıl məbədi”nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə “ağıl tanrısı” adlandırılan qadın heykəli yerləşdirilmişdi. Fransız İnqilabı boyunca bir çox din adamı öldürülmüş, dini təşkilatlar yağmalanmış, məhv edilmişdir.
Fransız İnqilabıyla birlikdə Avropanın gündəminə girən və getdikcə yayılan fəlsəfə vardı: Materializm. Yalnız maddənin varlığını qəbul edən, canlıların və insan şüurunun yalnız “hərəkət edən maddə”dən ibarət olduğunu fərz edən bu baxış, əslində daha əvvəl Qədim Yunanıstanda yaşamış bəzi filosoflar tərəfindən ortaya atılmışdı. 18-ci əsrdə materializmi mənimsəyən və kütlələrə təlqin edən iki önəmli insan Fransız İnqilabının qurucularından olan Dennis Diderot və onun yaxın dostu Baron Holbaxdır (Baron d’Holbach). Baron Holbax 1770-ci ildə nəşr olunan Système de la Nature (Təbiətin Sistemi) adlı kitabında “elmi” olduğunu iddia etdiyi bir sıra fərziyyələrə söykənərək, var olan tək şeyin maddə və enerji olduğunu irəli sürmüşdür. Fanatik ateist olan Holbax, əxlaq anlayışına da qarşı çıxmış, insanın bacardığı qədər maksimum zövq alması üçün hər yolu sınamağı lazım bilmişdir.
18-ci əsrdə bir neçə mütəffəkkir tərəfindən mənimsənilib müdafiə olunan materializm, 19-cu əsrdə daha da yayılmış və Fransa ilə məhdudlaşmayıb Avropanın digər ölkəllərində də kök salmağa başlamışdır. 19-cu əsrin əvvələrində Almaniyada iki mühüm materialist alim vardı. Lüdviq Byuxner (Ludwig Büchner) və Karl Foqt (Karl Vogt). Foqt insan zehininin mənbəyi izah edərkən “qaraciyər necə öd mayesi ifraz etdiyi kimi, insan beyni də düşüncə ifraz edir” demiş və bu cəfəng bənzətməsi dövrünün materialistləri tərəfindən də təsdiqlənməmişdir.
Materializm, belə cəfəng iddialarla ortaya çıxmasına baxmayaraq, dövrün din əleyhdarı gücləri tərəfindən mənimsənmiş və Avropa cəmiyyətlərinə təlqin edilmişdir. Materializm ağılın və elmin təməli kimi təqdim edilmiş, bu hiyləgər təbliğat əvvəl Fransada, sonra Almaniyada və getdikcə bütün Avropada ziyalılar arasında sürətlə yayılmışdır. Bunda, şübhəsiz materializmi sanki din kimi mənimsəyən və 19-cu əsr Avropa ziyalıları arasında çox məşhur olan masonluq təşkilatının rolu da böyükdür.
Antik doqma olan materializm bu şəkildə yayılarkən, digər tərəfdən də materializmi müxtəlif elm sahələrinə uyğunlaşdırma cəhdləri olmuşdur. Materializm:
1.  Təbiət elmlərinə. ingilis təbiətşünas Çarlz Darvin tərəfindən uyğunlaşdırılmışdır.
2.  Sosial elmlərə alman filosoflar Karl Marks və Fridrix Engels tərəfindən uyğunlaşdırılmışdır.
Darvinin bu tətbiqi “təkamül nəzəriyyəsi”, Marks və Engelsin tətbiqi isə“kommunizm” olaraq bilinir.
 

komunizm

Marks və Darvin
 
Əslində Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və cəmiyyət elminə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:
Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyada- canlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasındareallaşdırmışdır… Həm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıdıblar.
Darvinizm ilə marksizm arasında iki mühüm mövzuda tam uyğunluq vardır:
1. Darvinizm, bütün varlıqların “hərəkət edən maddə”dən meydana gəldiyini, bu maddənin Allah tərəfindən yaradılmadığını, bu səbəbdən bütün canlıların təsadüflər nəticəsində var olduğunu, insanın isə digər heyvanlardan təkamül edən havyan növü olduğunu irəli sürmüşdür. Heç bir elmi dəlilə söykənməyən və səhv olduğu sonrakı illərdə elmisübutlarla isbat edilən bu iddialar, yalnız maddənin varlığına inanan və bütün insanlıq tarixini maddi faktorlarla şərh etməyə çalışan Marks və Engelsin fikirləriylə tam uyğunluq təşkil edir.
2. Darvinizm, canlılar dünyasında inkişafı təmin edən motivasiyanın “qarşıdurma” olduğunu iddia etmişdir. Darvinin nəzəriyyəsinin ən fundamental fərziyyəsi, təbii qaynaqların canlılar üçün qeyri-kafi olduğu, bu səbəbdən daimi “həyat mübarizəsi” yaşandığı, bu mübarizənin də təkamülləşdirici güc meydana gətirdiyi şəklindədir.Marks və Engelsin mənimsədikləri “dialektika” metod da bununla eynilik təşkil edir. Dialektikaya görə kainatdakı inkişafın yeganə impulsiv gücü ziddlər arasındakı qarşıdurmadır. İnsanlıq tarixi də qarşıdurma sayəsində inkişaf etmiş, insan bu qarşıdurma sayəsində irəliləmişdir.
 
Marks-Engels ikilisi ilə Darvinin nəzəriyyələri araşdırıldığında, sanki bir mərkəzdən çıxmış kimi böyük uyğunluq içində olduqları görülür. Darvin materialist fəlsəfəni təbiətə, Marks-Engels isə tarixə uyğunlaşdırmışdır.
Belə ki, Darvinin materializmə verdiyi bu tövhənin əhəmiyyətini ilk anlayan insan da Karl Marksın şəxsən özü olmuşdur. Marks, Darvinin 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi adlı kitabını araşdırmış və bu kitabın öz nəzəriyyəsi üçün böyük dayaq olduğunu görmüşdür. Engelsə yazdığı 19 dekabr 1860-cı il tarixli məktubunda Darvinin kitabı üçün “bizim baxışlarımızın təbii tarixitəməlini ehtiva edən kitab məhz budur” deyir.(2)16 Yanvar 1861-ci ildə Lassalleyə yazdığı məktubda isə belə deyir: “Darvinin əsəri möhtəşəmdir. Tarixdəki sinif mübarizəsinin təbiət elmləri baxımından təməlini təşkil edir. “
Marks Darvinə olan simpatiyasını ən böyük əsəri Das Kapitalı Darvinə ithaf edərək göstərmişdir. Kitabının Darvinə göndərdiyi almanca nəşrinə əl yazısıyla belə yazmışdır: “Çarlz Darvinə həqiqi pərəstişkarı Karl Marksdan”.
Engels isə Darvinə olan heyranlığını belə ifadə etmişdir: “Təbiət metafizik olaraq deyil, dialektikolaraq işləyir. Bununla əlaqədar olaraq hamıdan əvvəl Çarlz Darvinin adı xatırlanmalıdır.” Engels, Darvini, onu Marksla bərabər tutacaq şəkildə tərifləmiş və “Darvin orqanik təbiətdəki təkamül qanununu kəşf etdiyi kimi, Marks da insan tarixindəki təkamül qanununu kəşf etmişdir” demişdir.
Lenin tərəfindən “bütün beynəlxalq marksizm ədəbiyyatına ən hakim insan”kimi təriflənən, rus kommunizminin qabaqcılı Georgi Valentinoviç Plexanov (Georgi Valentinovich Plekhanov) isə “Marksizm, darvinizmin sosial elmlərə tətbiqidir “ demişdir.
Vatikan Universiteti professorlarından tarixçi Prof. Malaçi Martin, Marks ilə Darvin arasındakı əlaqəni belə izah edir:
Çarlz Darvin nəzəriyyəsini nəşr etdiyində, Marks bunu bir nəzəriyyədən daha artıq bir şey olaraq görürdü. Bunu, “mənəvi aləm”in olmadığına, yalnız “maddi aləm”in var olduğuna dair öz “elmi” dəlili olaraq mənimsəmişdi. Darvin, Hegelin idealizmini rədd etməsinylə Marksa haqq qazandırırdı… Darvinin nəzəriyyəsinin yalnız nəzəriyyə olduğunu… ictimai baxımdan etibarlılıqdan uzaq olduğunu tamamilə göz ardı edən Marks, Darvinin fikirlərini öz dövrünün ictimai siniflərinə tətbiq etdi Darvinin təkamül nəzəriyyəsində olduğu kimi Marks, bütün maddələr kimi ictimai siniflərin də daimi bir həyat və suverenlik mübarizəsi içində olmaları lazım olduğunu düşündü.
Darvinizm ilə marksizm arasındakı bu güclü bağ, müasir təkamülçülər tərəfindən də vurğulanır. Təkamül nəzəriyyəsinin dövrümüzdəki ən məşhur müdafiəçilərindən olan bioloq Duqlas Futuyma (Douglas Futuyma), Təkamül Biologiyası adlı kitabının ön sözündə “Marksın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə yanaşı, Darvinin təkamül nəzəriyyəsi də materializm zəminində böyük mərhələ idi” yazaraq bunu nəzərdə tutur.(8)Digər məşhur təkamülçü paleontoloq Stiven Quld (Stephen J. Gould) isə,“Darvin təbiəti izah edərkən  materialist fəlsəfəni tutarlı şəkildə tətbiq etdi” deyir.(9) Leninlə yanaşı Rus Kommunist İnqilabının digər böyük memarlarından olan Lev Trotski (Leon Trotsky) də “Darvinin kəşfi, bütün orqanik maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” şərhini etmişdi. (10)
Bütün bunlar, darvinizm ilə marksizm arasında çox əhəmiyyətli əlaqə olduğunu açıq aydın göstərir. Asanlıqla deyilə bilər ki, əgər darvinizm olmasa marksizm də olmayacaqdı. Əgər bir insan darvinizmin etibarsızlığını anlayarsa, marksizmin də etibarsızlığını anlayacaq. Əlbəttə bunun əksi də doğrudur. Bir cəmiyyətdə darvinizm rəğbət görərsə, o cəmiyyətdə marksizmin də inkişafı qaçınılmazdır.
Bu baxımdan darvinizmin, istər elmi, istərsə də sosial baxımdan etibarsızlığının qavranması, insanlıq üçün çox mühüm mövzudur. Bu gerçəyin aşkara çıxması, darvinizmdən qaynaqlanan və bu gün pusquda gözləyən marksizmin təkrar dirçəlməsinin qarşısını alacaq, insanların keçən əsrdə yaşadığı bəlaların təkrar yaşanmasına mane olacaqdır.     
 
 Tarix də darvinizm olmadan marksizmin də ola bilməyəcəyini göstərir.
 
 
Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi
 
Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.
Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndiriblər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər.
Marksist mütəffəkkir Anton Pannekuk Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabında bu qəribə həqiqətdən bəhs edir və burjuaziyanın, yəni Avropalı zəngin kapitalist sinfin darvinizmə dəstəyini belə izah edir:
Marksizm əhəmiyyəti və mövqeyi üçün yalnız proletar sinif mübarizəsindəki roluna borclu olduğu hər kəs tərəfindən bilinir… Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm, elm dünyası tərəfindən obyektiv yanaşma tərziylə müzakirə edilərək və yoxlanılaraq qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addımını atan kimi, həvəsli dəstəkçiləri və ehtiraslı düşmənləri olmuşdur. Darvinin adı, nəzəriyyəsindən çox az şey anlayan insanlar tərəfindən ucaldılmışdır… Darvinizm isə sinif mübarizəsində rol oynamışdır və bu rol sayəsində sürətlə yayılmış, ehtiraslı tərəfdarlar və düşmənlər qazanmışdır.
Darvinizm, kilsə haqqlarına və aristokrat zümrəyə qarşı çıxan burjuaziya üçün vasitə olmuşdur… Burjuaziyanın məqsədi, önlərinə çıxan köhnə hakim idarəçi gücləri ortadan qaldırmaqdır… Din sayəsində rahiblər böyük kütlələri idarə altında tutmuş və beləcə burjuaziyanın istəklərinə qarşı çıxa bilmişdir… Təbiət elmi inanca qarşı silah halına gətirilmiş, elm və yeni kəşf edilən təbiət qanunları qarşıya qoyulmuş və burjuaziya bu silahlarla döyüşmüşdür…
Darvinizm tam lazım olan zamanda gəlmişdir. Darvinin insanın heyvanlardan törədiyini iddia edən nəzəriyyəsi, xristian inancının bütün təməlini yox etmişdir. Məhz bu səbəbə görə, darvinizm ortaya çıxdığı anda burjuaziya onu böyük ehtirasla müdafiə etmişdir… Bu şərtlər altında, elmi müzakirələr belə, sinfi mübarizənin fanatizmi və ehtirası ilə icra edilmişdir. Darvin haqqında yazılmış yazılar, elmi yazarların adlarını daşımalarına baxmayaraq, ictimai polemikaların xarakterini sərgiləyir.
Darvinizmin yayılması həqiqətən də bu şəkildə oldu. Avropanın hakim gücləri darvinizmi, istər öz ölkələrində qurduqları kapitalist sistemi, istərsə dünya səviyyəsində qurduqları imperialist müstəmləkə sistemini qanuniləşdirmək üçün fürsət olaraq gördülər və dəstəklədilər. (Əlavə məlumat üçün baxın:Darwin’in Türk Düşmanlığı, Harun Yəhya) Darvinizmin elm cəhətdən ziddiyətləri, xəyali fərziyyələri, cəfəng iddiaları tamamilə qulaqardına vuruldu. Dini inanclara və dinin gətirdiyi əxlaqi meyarlara qarşı mühüm silah hesab edilən darvinizm, ideoloji məqsədlərlə yayıldı.
Ancaq darvinizmi bu şəkildə yayan “burjuaziya”, yəni kapitalist sinfi, bu nəzəriyyəylə birlikdə öz rəqibini də dəstəkləyirdi. Çünki darvinizmin yayılması və bu yolla dini inancların yox edilməsi, kapitalizm qədər marksizmin də işinə yarıyırdı. Dinin insanlara öyrətdiyi qənaətkarlıq, təvazökarlıq, qardaşlıq, fədakarlıq, şəfqət, mərhəmət kimi əxlaqi dəyərlər ortadan qalxdıqdan sonra cəmiyyət vəhşi arenaya çevrilirdi. Bu arenada kapitalistlər arası “həyat mübarizəsi”, həmçinin kapitalistlərlə kommunistlər arası “sinfi həyat mübarizəsi” də inkişaf edirdi.
1871-ci ilin payızında avropalı təbiət alimlərinin qatıldığı beynəlxalq konqresdə çıxış edən Alman dövlət xadimi və təbiətşünas Virxov (Virchow), darvinistlərə “diqqət yetirin” deyirdi, “çünki bu nəzəriyyə, qonşu ölkədə çox böyükbəlalara səbəb olan nəzəriyyəylə çox yaxından əlaqəlidir. “ Virxovun bəhs etdiyi qonşu ölkə Fransa və ifadə etdiyi nəzəriyyə də həmin il qanlı Paris Kommunasını reallaşdıran Fransız kommunizmi idi. (Paris Kommunası Almaniyayla döyüşdən məğlub çıxan Fransada, dövlət nüfuzunun zəiflədiyi dövrdə, Parisdəki kommunistlərin liderliyində başladılan şəhər üsyanı idi. Aylar boyu şəhər kommunist idarəçiləri tərəfindən idarə edildi, dini mərkəzlərə və din adamlarına qarşı geniş miqyaslı hücumlar təşkil edildi.)
Nəticədə, kommunistlərin və kapitalistlərin, aralarındakı qarşıdurmaya baxmayaraq, din düşmənliyi mövzusunda ortaq zəmində birləşdiklərini və bu mövzuda darvinizmdən böyük dəstək aldıqlarını demək mümkündür. Bu səbəbdən kommunistlər bir cəmiyyətdə kommunist inqilab etmək üçün əvvəlcə cəmiyyətin kapitalistləşməsini zəruri hesab edirlər. Buna görə də kapitalist əxlaqın yayılmasıyla birlikdə – bu halda darvinizmin təbliğatı həyati əhəmiyyətə malikdir- cəmiyyət əvvəlcə dinsizləşdiriləcək, sonra da kommunizm inkişaf edəcək. Rus İnqilabının lideri Vladimir İ. Lenin 1909-cu ildə qələmə aldığı “Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi” başlıqlı məqaləsində, burjuaziyanın, yəni kapitalist sinfin dinə qarşı oynadığı rolu belə izah edir:
Birincisi, tarixi baxımdan dinə qarşı mübarizə aparmaq inqilabçı burjuaziyanın vəzifəsidir və Qərbdə burjua demokratiyası, feodalizmə və orta əsr nizamına qarşı girişdiyi inqilabları dövründə bu vəzifəsini böyük ölçüdə yerinə yetirmişdir… İstər Fransada, istərsə dəAlmaniyada burjuaziyanın dinə qarşı mübarizə ənənəsi var və bu sosializmdən (Ensiklopedistlərdən və Feyerbaxdan) çox əvvəl başlamışdır. Rusiyada isə burjua demokratik inqilabımızın özünə xas şərtləri səbəbiylə bu vəzifə az qala tamamilə fəhlə sinifinin çiyinlərinə yüklənmişdir.
Görüldüyü kimi Lenin “dinlə mübarizə aparmaq vəzifəsi”nin kapitalistlərə aid olduğunu, Avropada bu vəzifəni onların yerinə yetirdiyini, ancaq Rusiyada bu sinif olmadığı üçün dinə qarşı aparılacaq mübarizəni özlərinin boynuna götürdüyünü söyləyir. Leninin bu sözləri, kommunizm və kapitalizm arasındakı qarşıdurmanın əslində yalnız “daxili qarşıdurma” olduğunu və bu iki gücün ortaq və əsl düşməninin din olduğunu açıq aydın göstərir.
Bu insanlar açıq aşkar cəmiyyəti korlamaq, onları doğrulardan uzaqlaşdırmaq, əxlaqi və insani baxımdan zəiflətmək və beləcə öz kommunist sistemlərini qəbul etdirməyə cəhd edirlər. Ancaq bu kəslərin din əleyhindəki heç bir hərəkətləri müvəffəqiyyətə çata bilməzl. Unudulmamalıdır ki, keçmişdə də dinə qarşı mübarizə aparan, Allahın elçilərinə itaət etməyən, Allahın haqq kitablarından üz çevirən qövmlər yaşamışdır. Bu qövmlər də öz aləmlərində haqq dini yox etməyə çalışırdılar. Lakin bu qövmlərin uğradıqları son tarixən oxşar olub. Allah öz dininə qarşı mübarizə edən bu insanların bəzilərinə elə bu dünyada bəla vermişdir, digərlərini isə axirətdə şiddətli əzabın gözlədiyini müjdələmişdir. Bu gerçək Quranda belə bildirilir:
 
Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın! Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Mənim cəzam necə oldu!Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi!(Mömin Surəsi, 4-6)
 
Açar sözlər: fəhlə sinfi, lenin, feyerbax, kapitalizm, kommunizm, proletar, irqçilik, imperializm, kilsə, burjuaziya, həyat mübarizəsi, darvinizm, paris kommunası, fransız inqilabı, din, inqilab, rus inqilabı, mübarizə.
 

darwin_yeniDarvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi
 
Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.
Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir.
Bu ümumi sxemə baxdığımızda, darvinizmin əslində siyasi səviyyədə “dialektika” meydana gətirdiyini söyləmək mümkündür. Dialektika, alman filosof Hegelin ortaya atdığı, sonradan Marks və Engels tərəfindən mənimsənən “qarşıdurma” nəzəriyyəsidir. Dialektika, kainatdakı bütün inkişafın qarşıdurma sayəsində mümkün olduğunu fərz edir. Bu nəzəriyyəyə görə, hər vəziyyət və ya fikir bir tezisdir. Sonra bu tezisə qarşı çıxan “anti-tezis” meydana gəlir. Tezis ilə anti-tezis mübarizə aparır və ortaya çıxan nəticəyə “sintez” adı verilir. Sintez də bir müddət sonra tezis halına gəlir və bu dəfə buna qarşı bir anti-tezis çıxır. Dialektik nəzəriyyəyə görə bu qarşıdurma bu şəkildə davam edir.
İnsanların Allah tərəfindən yaradıldığı gerçəyinin rədd edilməsinə və insanın təkamül etmiş heyvan növü hesab olunmasına səbəb olan darvinizmlə birlikdə, dünya bu darvinist dialektikanın mübarizə meydanı olmuşdur. Başda Avropa ölkələri olmaqla, bir çox ölkədə əvvəl sağ qanad darvinistlər hakim olmuş, bunlar dini inancları və əxlaqi dəyərləri yox edərək və ya təhrif edərək vəhşi kapitalizmi və ardından faşizmi gətirmişlər. Bunlara qarşı da sol qanad darvinistlər, yəni kommunistlər təşkilatlanmış və hər iki tərəf daimi qarşıdurma içinə girmişdir. Bu darvinist dialektikanın sintezi isə həmişə eynidir: qan, bəla, işgəncə, savaş, göz yaşı… 
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s