STALİNİN KOLLEKTİVLƏŞMƏ VƏHŞİLİYİ

stalinvahsiligi(1)

Stalin kollektivləşmə siyasətinə 1929-cu ildəbaşlamışdı. Bu siyasətə görə torpaq üzərindəki bütün xüsusi mülkiyyət aradanqaldırılacaq, hər kəndlidövlətə müəyyənkvotavermək məcburiyyətində qalacaq və öz məhsulunu sata bilməyəcəkdi. Təyin olunankvota çox yüksəkdi və kəndlilər bunu ödəməküçün əllərindəki hər şeyi verməliydilər. 1920-ci ildə Leninin bünövrəsini qoyduğubu zülm təkrar edilirdi.

 

 

 

Stalin kollektivləşməni həyata keçirmək üçün ən vəhşimetodların tətbiq olunmasını əmr edirdi. Müqavimət göstərənlər öldürülür, Sibirəsürgün olunur (yəni uzun müddətə öldürüldü) və ya qıtlığa məruz qoyulurdu (yəni yavaş yavaş öldürüldü).

 

 

 

Kollektivləşməyə və ya ümumiyyətlə kommunizmə qarşımüqavimət göstərən “kulaklar”a (zəngin torpaq sahipləri) qarşı bütün ölkədə sanki ov elan edilmişdi. Bu siyasət, Kommunizmin Qara Kitabı”nda belə izah edilir:

 

 

Kollektivləşməyə müqavimət göstərən kulaklar güllələndi, digərləri(uşaqlar, qadınlar və yaşlılar)sürgünə göndərildi. Şübhəsiz ki, hamısı öldürülmədi, amma Sibirin ya da Böyük Şimalın əkinçiliyə əlverişli olmayan bölgələrindəki məcburiişləri onları çox yaşamağa qoymadı. Yüz minlərlə insanorada can verdi, ancaq ölənlərin dəqiq sayı hələ də bilinmir. 1932-1933-cü illərdə Ukraynada, əhalinin məcburi kollektivləşməyə müqavimət göstərməsinə nəticəsindəyaşanan böyük aclıqda, bir neçə ay içində 6(altı)milyon insan öldü.
Kulaklara tətbiq olunan şiddət ən faciəvi işgəncələri ehtiva edirdi. Məsələn,Napolovski bölgəsində, hərbiçilər “sorğuya çəkilən kolxozçularıistidən qızarmışsobanın üzərinə uzanmağa məcbur edir, sonra da onları bir yerə lüm-lüt bağlayaraq soyudurdular.”

 

 

Stalin rejimi özündən əvvəlki Lenin rejimikimi “kulak” adlıxəyali düşmən yaratmışdı vəməhvetmək istədiklərini “kulak” olaraq damğalayıb hədəfə çevirirdi. Hər bir şəhərə əmrlər göndərilir, müəyyən saydakulakın tutulması,edam edilməsi əmr edilir və kommunistlərin sevmədiyi hər kəs asanlıqla “kulak” adı ilə “təltif olunurdu”.“Kommunizmin Qara Kitabı”nda bu vəziyyət belə açıqlanır:

 

 

Bu şərtlər altında bəzi bölgələrdə kulakkimi”təmizlənən” kəndlilərin 80-90%-nin”serednyak”- yəni orta səviyyəli kəndli olmasına təəccüblənməmək lazımdır. Yerli məmurların“təmizlədiyi” kulak sayına çatmaq və mümkün olduqda bu sayı keçmək lazımBazarda toxum satmaq”, “1925-1926-cı illərdə iki ay ardıcıl muzdla əkinçiişlətmək”, “iki samovar sahibi olmaq”, Sentyabr 1929-cu ildə “yemək və sosialist müsadirədən malqaçırmaq məqsədiylə”, ” donuz öldürmək” səbəbiylə kəndlilər həbs olunmuş və sürgün edilmişdi. Becərdiyi məhsulu satan yoxsul kəndli “ticarətə girişib”damğasıyla həbs olunurdu. Başqa biri əmisinin vaxtilə Çar ordusunun zabiti olması səbəbiylə işgəncə görür, digəri “kilsəyə tez-tez getməsi” səbəbiylə kulak olaraq damğalanırdı. Lakin daha çox kollektivləşməyə açıq-aşkar qarşı çıxanlar kulak olaraq damğalanırdı. Kulak sinifini yox etməklə hərbiçidəstələrdəelə qarışıqlıq yaşanırdı ki, bəzən axmaqlığın zirvəsinə çatırdılar. Nümunə olaraq- Ukraynanın bir qəsəbəsində, kulak sinifini”təmizləməklə”məşğul olanserednyak, qəsəbənin digər tərəfindəbaşqa briqadanın nümayəndələri tərəfindən kulak kimi həbs olunmuşdu.
“Kulak” olaraq damğalanıb qətl edilən insanların arasındaən başda din adamları gəlirdi. Beləki, 1930-cu ildə 13.000-dən çox dindar “kulak” adı altında”təmizlənmişdi”. Bir çox kənd və qəsəbədə kollektivləşmə simvolik olaraq kilsənin bağlanmasıyla, kulak sinifinin təmizliyi isə keşişlərlə başlayırdı.”

 

 

Bir sözlə, kollektivləşmənin iki böyük nəticəsi oldu: Qıtlıq və sürgün.

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s