ŞƏRQİ TÜRKİSTANDAKI ÇİN ZÜLMÜ GÖRMƏMƏZLİYƏ VURULMAMALIDIR

20-ci əsrdə dünyanın hər tərəfində müharibələr, daxili çaxnaşmalar, terror qırğınları bəşəriyyətə dəhşət saçdı. Dünya tarixində müharibələrdə ilk dəfə bu qədər çox sivil insan öldürüldü. Demək olar ki, bütün qitələrnin bir və ya bir neçə yerində zülm və xaos mühiti meydana gəldi. Dünyanı bu cür qana boyayan, insanlara hər cür zülmü yaşadan səbəb isə, 19-cu əsrin primitiv elmi metodlara sahib olan beyinlərinin ortaya qoyduğu ideologiyalar idi.

Dünyaya dəhşət saçan ideologiyaların başında kommunizm gəlirdi. Karl Marx və Friedrich Engels adlı iki Almaniyalının banisini qoyduğu bu ideologiyanın Lenin, Stalin və Trotsky kimiləri tərəfindən tətbiqata qoyulmasıyla, dünya tarixinin ən böyük qırğınları reallaşdırılmağa başladı. Bu ideologiyanın Rusiyadan sonra Şərqi Avropa, Çin, Hindçin yarımadası, Latın Amerikası kimi bölgələrə yayılmasıyla, zülmün dəhşəti daha da böyüdü və bu ideologiya milyonlarla qətlə bais oldu.  Konkret rəqəmlərə ifadə olunması nə qədər mümkün olmasa da, kommunizmin dünyaya gətirdiyi ölüm hadisələrinin sayı təxminən 100 milyondur. Rusiyada 20 milyon, Çində 65 milyon, Vyetnamda 1 milyon, Şimali Koreyada 2 milyon, Kambocada 2 milyon, Şərqi Avropada 1 milyon, Latın Amerikasında 150 min, Afrikada 1,7 milyon, Əfqanıstanda 1,5 milyon və beynəlxalq kommunist hərəkatın və iqtidarda olmayan kommunist partiyaların səbəb olduğu 10.000-ə yaxın ölüm hadisəsi. (Kommunizmin Qara Kitabı, Doğan Nəşrləri, s. 17)

Sovet İttifaqının dağılmasıyla kommunizmin siyasi bir rejim olaraq çökdüyü qəbul edilsə də, kommunist ideologiya və onun təsirləri hələ də davam edir. Qızıl ordu zehniyyətinin hakim olduğu Rusiyanın Çeçenistanda, Çinin isə Şərqi Türkistanda icra etdiyi zalım siyasət bunun ən bariz nümunəzidir. Bu gün Şərqi Türkistanda yaşayan Müsəlman Türklər, Maonun kommunist Çinində baş verənləri təkrarən yaşayırlar. Gənclər səbəbsiz yerə həbs olunur, rejimə qarşı olduqları iddiası ilə edama məhkum edilərək güllələnir, müsəlmanların ibadətlərinə maneə törədilir, qazancları ağır vergilərlə əllərindən alınır, xalq aclıq və ölüm təhlükəsiylə yaşayır, bölgədə aparılan nüvə sınaqları ilə ölümcül xəstəliklərə tutulurlar. Qərb ölkələri isə, Çin tərəfindən bütün dünya ilə əlaqəsi kəsilən bu torpaqlarda insan haqqlarının pozulmasını hər zamanki kimi görməməzliyə vurur.

Müsəlman Türklərin 21-ci əsrdə dünyanın gözü qarşısında yaşadıqları bəla və məruz qaldıqları bu cür təzyiqlər haqda bəhs etməyə keçməzdən əvvəl, qısa olaraq  Şərqi Türkistanın tarixinə və tarixi torpaqlarına zülüm və bəlanın necə gəldiyinə baxaq.

Şərq Türkistanın Qısa Tarixi

14-cü əsrdə, Orta Asiyada Türkdilli Uyğur xalqının hamısı İslamiyyəti qəbul etdi. Daşkənd və Kaşğar kimi şəhərlər isə zənginlik və mədəniyyətin mərkəzi halına gəldi. Böyük Türk Xaqanı Bilge Xaqanı, ilk Müsəlman Türk Sultanı və Qaraxanlılar Dövlətinin banisi qoyan Abdulkərim Saltuk Buğra Xanı, Dilşad Sultanı, Osman Baturu, Divanı Lüğəti Türkün müəllifi Mahmud Kaşğarini, Kutadgu Biligin müəllifi Yusuf Has Hacibi, Atabətül Hakayiqin müəllifi Əhməd Yükneki və bir çox tarixi şəxsiyyətləri yetişdirmiş bu torpaqlar, çox təəssüf ki, iki əsrdir tarixi ehtişamını və zənginliyini itirdi.

Şərq Türkistanın qaranlıq günləri, 17-ci və 18-ci əsrin ortalarında Rusiya, Çin və İngiltərənin müstəmləkəçi siyasəti və öz aralarındakı açıq və gizli razılaşma və uzlaşmalarının nəticəsində Türkistanı üç yerə parçalamaları ilə başladı. Bu parçalanma nəticəsində Çinin işğalı altındakı Şərqi Türkistan köhnə SSRİ, indiki MDB sərhədləri daxilindəki Qərbi Türkistan (Qərbi Türkistan Rusiya tərəfindən 5 respublikaya bölünmüşdü. Bunlar: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır); Əfqanıstanın şimalı olan Cənubi Türkistan meydana çıxdı.

Bir-birindən tamamilə fərqli üç dilin və mədəniyyətin hakimiyyəti altına girən bu torpaqlarda son 100-150 ildir inkişaf yolları da tamamilə bağlandı. 1991-ci ildə Sovet İttifaqının  dağılmasıyla, bu xalqların bir qismi müstəqilliklərini əldə etdi. Ancaq, Çin rəhbərliyi altındakı Uyğurlar, bir neçə dəfə azadlıq  əldə etməyə cəhd etsələr də, hər dəfə bu cəhdlər vəhşicəsinə yatırıldı və Çinin zalım rəhbərliyindən xilas ola bilmədilər.

Şərqi Türkistanda Çin Zülmü

Şərq Türkistanlı Müsəlman Türklər, təxminən 250 ildir Çin hakimiyyəti altında yaşayırlar. Çinlilər, İslam torpağı olan Şərqi Türkistana “qazanılmış torpaqlar” mənasını verən “Sinszyan” adını qoydular və buranı öz torpaqları elan etdilər. 1949-cu ildə Mao rəhbərliyindəki kommunistlərin Çin iqtidarını ələ keçərmələrindən sonra, Şərqi Türkistana edilən təzyiqlər əvvəlkinə nisbətdə daha da artdı. Kommunist rejimin siyasəti türklərin assimilyasiya və birbaşa fiziki məhvinə yönəldi. Qətl edilən müsəlmanların sayı qorxunc həddə çatdı. 1949-1952-ci illər arasında 2 milyon 800 min; 1952-1957 -ci illərdə 3 milyon 509 min; 1958-1960-cı illərdə 6 milyon 700 min; 1961-1965-ci illərdə 13 milyon 300 min adam ya Çin ordusu tərəfindən öldürüldü, ya da rejimin həyata keçirdiyi qıtlıq siyasəti nəticəsində öldülər. 1965-ci ildən sonrakı qırğınlarla birlikdə, öldürülən Şərqi Türkistanlıların sayı 35 milyon kimi inanılmaz bir göztəriciyə çatdı.

Xalqın sağ qala bilən hissəsi isə böyük təzyiq və işgəncələrə məruz qaldı. Şərqi Türkistanın uzun müddət sürgündə yaşayan mərhum lideri İsa Yusuf Alptekin, Türkiyədə nəşr olunan Şərqi Türkistan İddiası və Unudulmuş Vətən Şərqi Türkistan adlı kitablarında haqqında danışılan təzyiq və işgəncələri tam incəliklə izah edir. Bu kitablarda izah edildiyinə görə Şərqi Türkistan xalqına tətbiq olunan təzyiqlər, Serblərin Bosniyada Müsəlman Boşnaklara və ya Kosovada Alban çıxluğa tətbiq etdiklərindən heç də fərqlənmir. Ölkədəki Çin məhkəmələrinin “cəza” üsulları da son dərəcə mərhəmətsiz və vəhşidir. Diri diri torpağa basdırmaq, ölənədək döyülən bir insanı çılpaq halda qar üzərinə yatırtmaq, ayaqları iki ayrı öküzə bağlanan bir insanı iki yerə bölmək kimi “cəza”lar tətbiq olunmuşdur.

Assimilasiya və tarixi bir mədəniyyəti Yox etməyə yönəlik fəaliyyətlər.

Rejim 1949-cu ildən etibarən müsəlmanları məhv edərkən digər tərəfdən də bölgəyə sistemli bir şəkildə Çinli immiqrantla yerləşdirirdi. Çin hökumətinin 1953-cü ildə başlatdığı bu kampaniyanın təsiri çox düşündürücüdür. 1953-cü ildə bölgədə  75% Müsəlman, 6% Çinli yaşadığı halda, bu nisbət 1982-ci ildə 53% Müsəlman, 40% Çinli olaraq dəyişdi. 1990-cı ildə aparılan əhalinin siyahıya almasında 40% Müsəlman, 53% Çinli nisbəti bölgədəki etnik təmizliyin ölçülərini görməyimiz baxımından son dərəcə əhəmiyyətlidir.

Bu gün isə Uyğurlar, kənd və ucqar bölgələrdə yaşamağa məcbur edildiyi halda Çinlilər şəhərlərə yerləşdirilir. Bu səbəbdən bəzi şəhərlərdə Çinli əhalinin sayca üstünlüyü  80%-ə çıxır. Məqsədləri isə, şəhərlərdə Çinliləri çoxluq halına gətirməkdir. Çin Hökumətinin Şərqi Türkistanlıları Çinlilərlə evləndirmək üçün tətbiq etdiyi üsullar isə bu assimilyasiya işlərinin bir hissəsidir.

Çin rəhbərliyi, nüvə sınaqlarında Şərqi Türkistanlı müsəlmanları, üzərində təcrübə aparılan labaratoriya heyvanları kimi istifadə etmişdir. Bölgədə ilk dəfə 16 Oktyabr 1964-cü il tarixində başladılan nüvə sınaqlarının mənfi fəsadları nəticəsində bölgədəki Türklər ölümcül xəstəliklərə tutulmuş, 20 min şikəst uşaq dünyaya gəlmişdir. Nüvə sınaqları səbəbiylə ölən müsəlmanların sayının 210 mini keçdiyi bilinir. Minlərlə insan şikəst qalmış, minlərləsi sarılıq xəstəliyi, xərçəng kimi xəstəliklərə tutulmuşdur.

Çin 1964-cü ildən günümüzə qədər Şərqi Türkistan torpaqlarında əlliyə yaxın atom və hidrogen bombası partlatmışdır. İsveçli mütəxəssislər, 1984-cü ildə aparılan yeraltı nüvə sınağında 150 ton gücündəki bombanın rixter şkalasıyla 8,8 bal gücündə zəlzələyə səbəb olduğunu təsbit etmişdi.

Zülmün Əsl Səbəbi: İslam Düşmənçiliyi

Çinin, Şərqi Türkistan xalqına etdiyi zülmün ən əsas səbəblərindən biri xalqın müsəlman olmasıdır. Çünki Çin, bölgə üzərindəki hakimiyyətinin qüvvətlənməsinə qarşı ən böyük maneəni xalqın İslami kimliyində görür.

Xalqı dinindən imtina etdirmək üçün hər cür qorxu və təzyiq metodlarından istifadə edən Çin şovinizminin ən fanatik dövrü, Maonun 1966-1976-ci illərdə tətbiq etdiyi Mədəniyyət İnqilabı oldu. Məscidlər dağıdıldı, ibadət etmək qadağan edildi, Quran kursları bağladıldı və məqsədyönlü şəkildə bölgəyə yerləşdirilən Çinlilər xüsusilə müsəlmanlara acıq vermək məqsədilə donuz saxlamağa başladılar. Məktəblərdə dinsizlik təbliğatına başlandı. Dini elmlərin öyrənilməsi və dini bilgilərə sahib olan qabaqcıl şəxsiyyətlərin xalqı məlumatlandırması isə tamamilə qadağan edildi. Buna baxmayaraq xalqın İslami kimliyini yox edə bilmədilər.

Türklərə tətbiq olunan başqa bir təzyiq üsulu isə özünü təhsil sahəsində göstərdi. Bölgədəki bütün universitetlərdə təhsil dili Çincədir. Tələbələrin isə sadəcə 20%-i Müsəlmandır. Məktəblərdə din dərsi proqramlarının əsası ateizm üzərinə bina edilmişdi. Çincə təhsil alan orta dərəcəli məktəblər inkişaf etmiş imkanlara sahib olduğu halda, Uyğur məktəblərində cərgə belə yoxdur. İqtisadi çətinliklər isə, təhsil səviyyəsini aşağı salan ən əsas faktorlardandır.

Otuz ildə dörd dəfə əlifbalarını dəyişdirilməsi də bölgədəki Müsəlman Türklərə edilən zülmün bir hissəsidir. Mao, Mədəniyyət İnqilabına baxmayaraq  Çin əlifbasına toxunmayaraq Uyğur əlifbasını İslam hərflərindən Kirilcəyə çevirmişdir. Bir müddət bu əlifbanı istifadə etdikdən sonra Uyğurların Rusiyaya meyillənmə təhlükəsindən ehtiyyyat edərək Latın hərflərinə keçilmiş, ancaq bu dəfə də Türkiyə ilə mədəniyyət körpülərinin qurulmasından ehtiyyat ehtiyyat edərək təkrar İslam hərfləri geri qaytarılmışdır. Əlifba ilə belə tez-tez oynamağın nəsillərarası uzlaşmanı nə qədər qəlizləşdirdiyi isə açıqdır.

Çinin Uzaq Şərqdə anti-İslam Rolu

Şərqi Türkistanda müsəlman Türklərə yönəlik zülm siyasəti şiddətlə davam edir. Çinin rəsmi nümayəndələri, Türk gənclərini rejimin potensial düşmənləri kimi qələmə verərək səbəbsiz yerə evlərindən çıxarıb toplayırlar. Gənclər bu zülmdən xilas olmaq üçün dağlara və ya çöllük zonalara qa,;b gedirlər.

1996-cı ildən etibarən on minlərlə Uyğur Türkü əsir düşərgələrində saxlanılır. Bir amnistiya təşkilatının rəsmi hesabatında ifadə etdiyi kimi, şübhəlilər tək mühalimə ilə bitən iddialarla ya ağır həbs cəzasına məhkum edilir ya da meydanlarda edam manqaları tərəfindən güllələnirlər. Çünki məhkəmələr, məhz kommunist partiyanın təlimatı ilə fəaliyyət göstərirlər. Ən dəhşətli məqam isə hamilə qadınların evlərindən alınaraq qeyri gigiyenik şəraitdə sonsuzlaşdırılmaları, məhdudlaşdırma həddindən artıq sayda doğulan körpələrin vəhşicəsinə öldürülməsidir.

1997-ci ilin fevral ayında təkrar alovlanan hadisələr əsnasında yaşananlar isə, Çin zülmünə növbəti bir nümunədir. İctimaiyyətə çatan xəbərlərə görə Çin milis gücləri, 4 fevrala düşən Qədr gecəsində, bayram səbəbiylə bir məsciddə toplanan 30-dan çox qadını Quran oxuyarkən dəmir dəyənəklərlə döydülər və sürüyərək milis bölmələrinə apardılar. Məhəllə sakinləri isə bölmələrə gedərək qadınların sərbəst buraxılmalarını istədi. Buna cavab olaraq isə işgəncə ilə öldürülən 3 qadının cəsədi qarşılarına atıldı. Buna dözməyən sakinlər ilə Çinlilər arasında qarşıdurmalar başladı. 4-7 fevral arasında 200 Şərqi Türkistanlı insan həyatını itirdi, 3500-dən çox Uyğur əsir düşərgələrinə atıldı. 8 fevralın səhəri isə Bayram namazı üçün məscidlərdə toplanan xalqın namaz qılmasına təhlükəsizlik gücləri tərəfindən maneə törədildi. Bundan sonra qarşıdurmalar təkrar alovlandı və nəticədə 1996-cı ilin aprel-dekabr aralığında 58 min olan məhbus sayı, qısa müddətdə 70 mini keçdi. 100-ə qədər gənc meydanlarda güllələnərkən, 5 min Uyğur Türkü 50 nəfərlik şəxsi heyyət halında meydanlarda nümayiş etdirildilər.

Qərb dünyası isə hər zamanki kimi bütün bu vəhşiliyə heç bir reaksiya göstərmədilər. BMT-nin soyqırıma verdiyi tərif, Çin işğalı altındakı Şərqi Türkistandakı vəziyyətə tamamilə uyğun gəldiyi halda Şərqi Türkistanlılar BMT-dən heç bir yardım görmədilər. BMT-yə edilən bütün müraciətlər cavabsız qaldı. 25 milyon Şərqi Türkistanlı müsəlman, hələ də Çinin təzyiqi altında yaşayır. Minlərlə siyasi məhbus var və onların  çoxu həbsxanalarda “itgin” düşüblər. Məhbuslara işgəncə edilməsi isə artıq adi bir hadisə halına gəlib.

Bir sözlə, Çin uzaq şərqin ən əsas İslam əleyhdarı güclərindən biridir. Şərqi Türkistanlı müsəlmanlara yönəlmiş siyasəti ilə bərbər, ətrafındakı İslam ölkələri üçün də potensial düşməndir. Dünyanın ən çox əhalisi olan ölkəsinin bu strateji “anti-İslam” mövqeyi, kommunist rejimdən bazar iqtisadiyyatına keçilməsiylə də azalmdı.

Çin-İsrail Strateji Əməkdaşlığı

Çin, Soyuq Müharibə dövründə uzun müddət Qərb, xüsusilə də Amerikaya qarşı son dərəcə əks siyasət yürüdürdü. Sovet İttiffaqının Qərb siyasətini kifayət qədər sərt hesab etməyən və bu səbəbdən də Rus yoldaşlarını ideoloji azğınlıqda günahlandıran Çinlilərin bu rəftarı 1970-ci illərə qədər sürdü. O tarixdən sonra Çin və Amerika arasında inanılmaz dərəcədə sürətli yaxınlaşma əlaqələri başladı. Amerika Üçüncü Dünyada artan siyasi Nizama, istiqrara qarşı sanki bir “şimal cəbhəsi” meydana gətirməyə qərar verdi və Çini də bu cəbhəyə daxil etməklə, eynilə Sovet İttifaqı kimi bir müddət əməkdaşlıq qurmaq, əlaqələri gücləndirmək istəyirdi. Çin-ABŞ yaxınlaşmasının memarı isə tanış bir ad idi: Henry Kissinger (Henri Kisincer), yəni İsrailin Amerikadakı ən əhəmiyyətli nümayəndələrindən biri…

Kissingerin cəhdləriylə, Çin qısa müddətdə 1960-cı illərdəki radikal kimliyini dəyişdirdi və kapitalist iqtisadiyyata qucaq açdı.  Aydın oldu ki, Çin yaxın gələcəkdə qurulacaq “şimal cəbhəsi”nə girməyə qərarlı idi.

Kissingerin təxminləri isə şübhəsiz ki, hər şeydən çox İsrailin istəklərini əks etdirirdi. Necə ki, qısa müddət sonra, xüsusilə Maonun ölümündən sonra inkişaf edən və xüsusilə də hərbi sahədə sürətlə yüksələn Çin-İsrail əlaqələri, İsrailin Çini də, formalaşdırmağa çalışdıqları “qlobal anti-İslami cəbhə”yə daxil etmək istədiyini ortaya qoydu.

Çin-İsrail əsgəri əlaqələri 1970-ci ilərin ikinci yarısında başladı. İsrail ilk olaraq, Çinin köhnə Sovet silahlarından ibarət olan ordusunun yenilənməsinə yardım etdi. Çin isə bu əməkdaşlığın gizli qalmasına diqqət göstərir, xüsusilə 1982-ci ildə İsrailin Livanı işğal etməsindən sonra İsraillə sıx əməkdaşlıq edən bir ölkə olaraq tanınmaq istəmirdi.

1980-ci illərin ortalarından sonra isə strateji əməkdaşlığın bəzi əlamətləri ortaya çıxmağa başladı. BMT-dəki İsrail və Çin səfirləri arasında sıx rəsmi əlaqələr başladı. 1989-cu ildə Çin ilə İsrail arasında bir müqavilə imzalandı… Çində İsrail akademiyası qurulacaq, 1990-cı ildə aralarında bir nüvə fizikinin də olduğu 70 Çinli elm adamı bir ay davam edən İsrail gəzintisində olacaqlar. Daha sonra Şanxayda bir İsrail Araşdırma Mərkəzi quruldu. Bu mərkəz daha sonra İbrani Universiteti, Təl-Əviv Universiteti və Ben Qurion Universitetiylə əlaqələr qurdu.

Görünən əlaqələr “kənd təsərrüfatı əməkdaşlığı” kimi İsrailin klassik metodlarını ehtiva edirdi. 1990-cı ilin əvvəllərində Çinin İsrail texnologiyasına ehtiyacı olduğu geniş şəkildə yayıldı. Yenə də bu fikirlə Pekində bir Çin-İsrail sulama proyekti mərkəzi quruldu. Səhra-çöl araşdırmaları aparmaq üzrə bir qrup Çinli elm adamının İsraildə Neqevə səhrasına gəlməsiylə səhra-sulama proyekti tətbiq olunmağa başlanıldı. Bu elmi al-verdən sonra gələn iqtisadi əlaqələr 1990-cı ildə daha da genişləndi. 14 İsrailli şəxsi heyət Çinə gələrək ticarət şirkətləri qurdu.

Çin ilə İsrail arasındakı yaxın əlaqələr əslində silah satışını da ehtiva edirdi. İsrailin Çinə yönəlik xeyli miqdardakı silah satışı, Mossad adına çalışan İsrailli iş adamı Shaul Eisenberg vasitəsilə reallaşdırılırdı. İsrailin bu kanalla 1980-ci ilərdə Çinlə olan silah satışı dövriyyəsi, 3 milyard dolları keçdi. Eisenberg xüsusi təyyarəsiylə Çinə qeyri-rəsmi uçuşlar edir, bu uçuşlarda İsrailli silah tacirlərini də yanında aparırdı. Əlaqələr təmin edildikdən sonra gizli razılaşmalar və nəqliyyat isə Mossadın vəzifəsi idi təbii ki.

İsrail ilə Çin arasındakı hərbi əlaqənin miqyasına, Təl Əvivdə nəşr olunan Jerusalem Post qəzeti də toxunmuşdu. The Times-ın nəşr etdiyi bir CIA hesabatına əsaslanan Jerusalem Post, İsrailin uzun illərdir fasiləsiz olaraq Çinə silah satdığını ifadə edir və belə deyirdi:

“Çin və İsrail, aralarındakı texnoloji və hərbi əməkdaşlığı rəsmi hala gətirməyə və inkişaf etdirməyə çalışırlar. Çin, İsrailin hərbi texnologiyasından, tank və radar sistemlərini inkişaf etdirməsi üçün kömək istəyir. Çinlilər on illərdir bu mövzuda İsraildən gizli olaraq aldığı köməkləri də rəsmi hala gətirmək istəyir… İndi də İsrailin son dərəcə inkişaf etmiş ‘Arrow’ mərmi-əleyhinə müdafiə sistemini Çinlilər ilə paylaşıb paylaşmayacaqlarını müzakirə edirlər.”

Bu yaxınlaşmanın əsasında Çinin Şərqi Türkistanda və ya yaxın ətrafındakı İslami yüksəlişindən narahatlıq dururdu.Washington Report on Middle East Affairsdə Çin-İsrail ittifaqının təməlində Çinin “İslami radikalizmi neytralizasiya etmək” səyinin yatdığını, Pekinin Şərqi Türkistandakı 20 milyondan çox müsəlman əhalidən son dərəcə narahat olduğunu yazmışdı.

Şərqi Türkistanda etdikləri nəticəsində anti-İslam mövqeyini isbat etmiş Çin, İsrailin dünya səviyyəsində meydana gətirməyə çalışdığı anti-İslam ittifaqa girməyə haqq qazanmışdır. (Ətraflı məlumat üçün baxın: Yeni Masonik Düzen, Düzenin Müslümanlarla Savaşı bölməsi)

Nəticə

Son 150 ildir İslam aləmi dünyanın bir çox bölgəsində oxşar zülm və təzyiqə məruz qaldı. Bu zülmün arxasındakı qüvvələrin ən böyük hədəfi dini, xüsusilə də müsəlmançılığı ortadan qaldırmaq idi. Bu məqsədlə, təxminən bir əsr boyu müsəlman qırğınına girişdilər. Bu gün Çeçenistanın Ruslardan çəkdiyi zülm, Şərqi Türkistanın da Çindən çəkdiyi zülm ortadadır. Dünya bu zülmə aşkar göz yumur. Ancaq, vicdan sahibi insanlar bu zülmü dayandıracaq bir yol tapa bilərlər. Hər şeydən əvvəl, Şərqi Türkistan məsələsi yalnız Uyğurların problemi olaraq görülməməli və onların bütün məsuliyyətləri vicdan sahibi insanlar tərəfindən sahiblənilməlidir. Ağıllı, cəsur və uzaqgörən siyasətlərlə Türkiyənin və bütün Türk Millətinin bu problemin həllində əhəmiyyətli bir rol oynayacağına əminik.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s