KOMMUNİST SÜRGÜNLƏR VƏ ƏMƏK DÜŞƏRGƏLƏRİ

komunistStalin kommunizmə müqavimət göstərən ukraynalıları qıtlıqla öldürməklə yanaşı,bir çox digər xalqları da sürgünə göndərərək qətl etdi. “Sürgün” adı altında görülən bu işlər milyonlarla insanın həyatına son qoyurdu. Başda Krım Türkləri olmaqla Sovet İttifaqı daxilindəki bir çox azlıq bir gecədə evlərindən silahlı basqınla qovulur və minlərlə kilometr uzaqlardakı ölüm tarlalarına göndərildilər. Təkcə yolda ölənlərin sayı yüz minləri keçirdi.

Bir kommunist partiya üzvünün bu sürgünlər haqqında qələmə aldığı aşağıdakı qeydləri sürgünün Sovet dilində “kütləvi cinayət” mənasını verdiyini göstərir:

1933-cü ilin 29 və 30 aprel tarixlərində Moskva və Leninqraddan qatarla bizə iki gəmi ilə sinifsizləşdirilmiş ünsür göndərildi. Gəmilər Tomska gəlincə bərələrə yüklənərək biri 18 mayda, digəri 26 mayda Obi və Nazin çaylarının Nazino Adasına aparıldı. Birinci gəmidə 5070, ikincisində 1044 adam olmaq üzrə, cəmi 6114 sürgün vardı. Daşıma şərtləri qorxunc idi. Yemək çox az və çox pis idi, basabas və tənəffüs üçün hava məhduddu və ən zəiflərə yoluxan xəstəliklər… Nəticədə gündə orta hesabla 35-40 ölüm hadisəsi olurdu. Bununla belə bu şərtlər məhkumları Nazino Adasında gözləyənlərlə müqayisə edildiyində həqiqətən lüks sayılardı. Nazino Adası, bircə evi belə olmayan tamamilə boş ada idi… Nə qida var idi, nə əkməyə toxum, nə də becərməyə alət. Yeni həyat belə başladı. İlk gəminin gəlməsindən bir gün sonra 19 may tarixində qar yağmağa başladı, külək sərtləşdi. Acmış, zəifləmiş, başlarında dam, əllərində bir şey olmayan məhkumlar tamamilə çarəsiz idilər.Bircə soyuqdan qorunmaq üçün ocaq qalaya bilirdilər. Tədricən ölməyə başladılar… İlk gün 295 cəsəd basdırıldı… Sürgün olunanların adaya göndərilməsinin dördüncü günü gəmiylə adam başına yalnız bir neçə yüz qram düşən un göndərildi. Bu qədər məhdud paylarını alanlar sahilə qaçır və şapkalarında, şalvarlarında ya da pencəklərində bu unun bir azını sulamağa çalışırdı. Lakin, əksəriyyəti unu olduğu kimi udmağa çalışır və çoxusu boğularaq ölürdü. Adada keçirdikləri günlər boyu məhkumlar bu qədər undan başqa bir şey ala bilmədilər. Ən bacarıqlıları peksimet bişirməyə çalışırdı, ancaq qabları yox idi… Qısa zamanda adamyeyənlər peyda oldu.

Robert Konkvest The Harvest of Sorrow adlı kitabında Stalinin sürgünlərini belə izah edir:

15 yaşına qədər olan uşaqların 20%-i, əsasən də kiçik uşaqlar sürgün əsnasında ölürdü. Xüsusilə1940-cı illərdəmilli azlıqlarınməruz qaldığı kütləvisürgünlərdə bu vəziyyət daha çox müşahidə olunurdu. Təbii ki,ölənlər arasında hamilə qadınlar da vardı. Sürgün qatarında doğan bir ananın körpəsi öldüyündə əsgərlər çağanı qatardan aşağı atırdılar. Bu cür sürgün olunanlar nadir halda mənzil başına çata bilirdi. Əsasən bölgə qəsəbələrində qalırdılar…

Arxangelskdə bütün kilsələr bağlanılır və sürgünlər üçün həbsxana kimi istifadə edilirdi. Kəndlilər çimə bilmirdi və nəticədə bədənləri müxtəlif yaralar ilə dolu idi. Qəsəbədə kömək üçün yalvarırdılar. Ancaq xalq onlara kömək edilməməsi barədə qəti əmr almışdı. Hətta ölüləri belə toplaya bilmirdilər. Qəsəbə sakinləri qorxu içində özlərini həbs edirdilər. Voloqda şəhərində 47 kilsə tamamilə sürgün olunanlarla dolu idi.

Sürgünlərlə yanaşı istifadə edilən digər kütləvi qırğın üsulu isə əmək düşərgələri idi. Ruscada “qulaq” adlandırılan əsir düşərgələri, ümumiyyətlə Sibir kimi yaşamın dözülməz olduğu bölgələrdə qurulurdu. Sovet rəhbərliyinə qarşı olduğu düşünülən milyonlarla insan həbs olunaraq qulaqlara göndərilmişdi. Hesablamalara görə 1928 və 1953-cü illər arasında (Stalin dövründə) qulaqlara təqribən 30 milyon insanın göndərilmişdir. Bunların ən az 20 milyonu isə bu düşərgələrdə həyatını itirib. Ac saxlanılan və gündə 14-16 saat işlədilən məhbuslar düşərgə gözətçiləri tərəfindən sadə bəhanələrlə edam edilirdi. Bəzi məhbuslar qəsdən ac saxlanılaraq öldürülmüş, bəziləri baxımzsızlıq və qorxunc həyat şərtləri səbəbiylə zəifləyərək can vermişdi. Cırıq-cındır və nazik paltarlarla Sibir soyuğunda işlədilən bir çox məhbus isəsoyuqdan donaraq ölmüşdür. Qulaq məhkumlarının donma səbəbiylə əvvəl əl və ayaq barmaqlarının düşdüyü, qulaq və ya burunlarının “qopduğu”, bu şəkildə yüz minlərlə insanın əzab çəkərək öldüyü bir həqiqətdir. Məşhur Rus yazıçısı Aleksandr Soljenitsin The Gulag Archipelago, 1918-1956 (QulaqArxipelaqı, 1918-1956) adlı kitabında bucür dəhşət nümunələrini gözəl təsvir edir

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s