Keçmiş sivilizasiyaların heyranedici izləri.

Bəşəriyyət tarixinin qəribə əsərləri: Meqalitlər

Image
Meqalitlər böyük daş bloklardan ibarət tikililərdir. Bu tikililər müxtəlif məqsədlərlə inşa edilmişdir. Bəşəriyyət tarixinə baxdıqda keçmişdən dövrümüzə qədər bir çox meqalitin qaldığını görürük. Meqalitlərin ən təəccüblü cəhətlərindən biri budur ki, bəziləri bir tondan daha ağır olan daş blokların bu tikililərin inşasında necə istifadə olunmasıdır. Bu nəhəng daşlar hansı yolla inşaat sahəsinə gətirilmiş, hansı texnika vasitəsilə yuxarıya qaldırılmışdır? O dövrün insanları bunları necə üst-üstə qoyaraq bu tikililəri inşa ediblər? Əsasən, daşların uzaq bölgələrdən daşınması ilə inşa edilən bu meqalitlər inşaat və mühəndislik möcüzəsi hesab edilir. Bu cür əsərləri meydana gətirən insanların isə çox qabaqcıl texnologiyaya malik olduqları aydındır.

Piramidaların belə hansı inşaat texnika və texnologiya ilə tikildiyi bu gün də tam məlum deyil. Dövrümüzün texnologiyası ilə insanların anlaya bilmədiyi bu nəhəng əsərləri bundan təqribən 2500 il əvvəl insanlar böyük bacarıqla inşa ediblər.

Bu tikililərin inşa edilməsi üçün əvvəlcə plan qurulmalı, bu plan inşaatda işləyəcək bütün insanlara doğru izah edilməlidir. Plan qurularkən tikilinin harada, necə inşa ediləcəyini göstərən texniki çertyojlar çəkilməlidir. Habelə, bu texniki çertyojlarda hesablamalar da səhvsiz olmalıdır, çünki ən kiçik səhv tikilinin inşasını qeyri-mümkün edər. Bütün bunlarla yanaşı, inşaatın baş tutması üçün təşkilatçılıq da qüsursuz olmalıdır. İşçilərin bir-birilə düzgün əlaqəsinin təmin edilməsi, ehtiyaclarının (yemək, dincəlmək və s.) ödənilməsi inşaatın lazımi qaydada davam etməsi və nəticələnməsi üçün əsas şərtlərdir.

Bu tikililəri inşa edən insanların təxmin edildiyindən də artıq bilik, təcrübə və texnologiyaya malik olduğu açıq-aydın görünür. Sivilizasiya həmişə inkişaf etmir, bəzən də geriləyir. Hətta çox vaxt qabaqcıl və geridə qalmış sivilizasiyalar tarixin eyni dövründə dünyanın müxtəlif yerlərində birlikdə yaşayırlar.

Sözügedən meqalitləri inşa edən insanlarında qabaqcıl sivilizasiya qurması – arxeoloji və tarixi dəlillərin göstərdiyi kimi – çox yüksək ehtimaldır. Çünki qoyub getdikləri əsərlər hərtərəfli riyaziyyat və həndəsə biliyinə yiyələndiklərini, kələ-kötür ərazilərdə sabit nöqtələri ölçüb üzərində tikili inşa etmək üçün lazımi texniki məlumata malik olduqlarını, coğrafi mövqeləri müəyyən etmək üçün (kompas kimi) alətlərdən istifadə etdiklərini, kilometrlərlə uzaq məsafədən inşaat üçün lazımi materialları daşıya bildiklərini göstərir. Bütün bunları bəzi ibtidai alətlər və ancaq insan gücündən istifadə edərək tikmədikləri aşkardır. Belə ki, dövrümüzdə tədqiqatçılar və arxeoloqlar tərəfindən aparılan bir çox təcrübə bu tikililərin inşa edilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. 

Bağdad: İştar qapısı

Keçmiş sivilizasiyalardan çox vaxt daş blokların, ağır daş tikililərin və ya yüz minlərlə il əvvələ aid bəzi daş alətlərin qalması normaldır. Bəzi daş tikililərə və əsərlərə baxaraq dövrün insanlarının ancaq daşdan istifadə etdiyini, texnologiyadan uzaq, geridə qalmış sivilizasiyaya malik olduğunu irəli sürmək doğru deyil. Daha əvvəl də vurğuladığımız və bir çox tədqiqatçının da qəbul etdiyi kimi, əldə edilən qalıqlar ictimai həyat haqqında bizə dəqiq məlumat verə bilməz. Ancaq bu tapıntılar ön mühakimələrin mənfi təsirindən çıxaraq dəyərləndirilərsə, həqiqətə daha yaxın şərh vermək mümkündür. Yüz minlərlə il əvvələ aid bir xalq görkəmli taxta qəsrlərdə yaşasa da, şüşə döşəməsi olan estetik imarətlər tiksə də, ən estetik daxili dekorasiya materiallarından istifadə etsə də, minilliklər ərzində külək, yağış, zəlzələ, sel kimi təbii fəlakətlərin təsirilə aşınma nəticəsində bu tikililərdən dövrümüzə aydın dəlillər qalmayacağı açıqdır. Taxtanın, şüşənin, misin, tuncun və digər müxtəlif metalların təbii şərtlər altında aşınması ən çox 100-200 il çəkir. Yəni 150-200 il sonra evinizin beton və ya taxta divarları aşınıb gedər, içindəki əşyalardan isə geriyə çox az iz qalar. Zəlzələyə, selə və ya fırtınaya məruz qaldıqda isə geriyə qalan izlər də yox olar. Bunlardan geriyə ancaq aşınması daha uzun zaman tələb edən daş bloklar qalar. Çünki kiçik parçalara bölünən daş məmulatlar da ovular. Ona görə, bu daş bloklara əsaslanaraq o dövrdə yaşamış xalqların gündəlik həyatları, sosial əlaqələri, inancları, zövqləri, incəsənət anlayışları haqqında dəqiq izah verilə bilməz.

Nyuqreync

Dünyanın ən məşhur daş tikililərindən biri olan Nyuqreync 93 meqalitdən ibarətdir.
Image
E.ə. 3200-cü ildə inşa edildiyi təxmin edilən Nyuqreync Dublin yaxınlığında bir mavzoleydir. Hələ Misir, Babil və ya Krit sivilizasiyasının olmadığı dövrdə Nyuqreync mövcud idi. Bu dövrdə dünyanın məşhur daş tikililərindən biri olan Stounhenc belə hələ inşa edilməmişdi. Aparılan tədqiqatlar Nyuqreyncin təkcə məzar olmadığını, bu mavzoleyi inşa edənlərin hərtərəfli astronomiya biliyinə malik olduğunu da göstərmişdir. Nyuqreyncin astronomik xüsusiyyətlərinə keçməzdən əvvəl inşaat xüsusiyyətlərinə toxunmaqda fayda vardır. Çünki Nyuqreynci inşa edənlər əhəmiyyətli mühəndislik texnikasına və memarlıq təcrübəsinə malik olublar.

Nyuqreync bir çox arxeoloq tərəfindən texniki möcüzə adlandırılır. Tikilinin üzərindəki qübbə öz-özlüyündə mühəndislik şah əsəridir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan monolit daşlar üst-üstə elə qoyulub ki, hər üstdəki daş altdakından bir az daha kənara çıxmış vəziyyətdədir. Bu şəkildə tikilinin üstündə orta hissədə 6 metr hündürlüyündə altıbucaqlı baca əmələ gəlmişdir. Bacanın sonunda lazım gəldikdə açılıb-örtülən daş qapaq var.

Nyuqreyncin tikintisində istifadə edilmiş daş blokların necə daşındığı, inşaatın hansı texnika ilə həyata keçirildiyi dövrümüzdə hələ də tam aşkar edilməmişdir.

Bu nəhəng tikilinin yaxşı mühəndislik biliyi olan, dəqiq hesablama aparan, düzgün planlaşdırma bacarığına malik, yük daşıyan və praktiki inşaat biliklərindən yaxşı istifadə edən insanlar tərəfindən inşa edildiyi açıq-aşkar görünür.

Tikilinin astronomik xüsusiyyətləri də heyrətamizdir. Bu nəhəng mavzoley elə inşa edilib ki, Günəşin gün dönümündə tikilinin içində heyranedici işıq oyunu meydana gəlir. Qış günəşinin gün dönümündə, yəni ilin ən qısa günündə günəş doğduqdan qısa müddət sonra günəş işığı birbaşa Nyuqreyncin qəbir otağına düşür. Bundan sonra müxtəlif koridor qapılarında və nəhəng daşlarda əks olunaraq irəliləyir və nəhayət arxa divara çatır. Bu zaman mükəmməl işıq oyunu meydana gəlir. Diqqətçəkən xüsus isə budur ki, işıq tikilinin içinə koridordan deyil, koridor qapısının çardağının üstündə xüsusi açılmış dar dəlikdən girir. Bütün daş bloklar da işığın əks olunması üçün uyğun bucaq altında yerləşdirilib. İşıq oyununu görkəmli edən ünsürlərdən biri də elə budur.

Ona görə, bu nəhəng tikilini inşa edənlər mühəndislik biliyi ilə yanaşı, gün dönümlərini və Günəşin hərəkətini hesablamaq üçün astronomiya biliyinə malik olduğu da məlum olur.

Nyuqreync bölgədə o dövrdən qalmış bir çox daş tikilidən sadəcə biridir. Bu tikiliyə baxaraq ancaq bir şərh vermək olar: bu tikili dərin bilik və təcrübəyə malik insanlar tərəfindən qabaqcıl inşaat texnikası və vasitələri ilə inşa edilmişdir. Həmin dövrdə yaşamış insanların həyatına gəldikdə isə bu cür tikilini inşa edə bilən insanların yaşadığı mühitin də rahat və görkəmli olduğu aşkardır. Astronomiya bilikləri kosmosu müşahidə etmək üçün texnologiyaya və müşahidələrini düzgün ifadə etmək üçün biliyə malik olduqlarına işarə edir. Kosmosu müşahidə edib etdikləri kəşfləri düzgün şərh edən insanların gündəlik həyatları da bu bilik və təcrübəyə əsasən mədəni olmalıdır. Bəlkə də çox rahat qəsrlərdə yaşayan, gözəl bağçaları olan, yaxşı xəstəxanalarda müalicə almaq imkanına malik, ticarətlə məşğul olan, incəsənətə, ədəbiyyata əhəmiyyət verən, zəngin mədəniyyətə malik bu xalqdan geriyə ancaq bu daş tikili qalmışdır. Bunların hamısı arxeoloji tapıntılar və tarixi faktlara əsaslanaraq bu daş tikili və onu inşa edənlər haqqında veriləcək reallığı əks etdirən şərhlərdir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s