Balta balıqları və Bərbər balığı

baltaveberberBərbər balığı adlandırılan kiçik balıqlar xallıbalta balıqlarının üzərindəki ölümcül parazitləri təmizləməklə məsuldurlar. Bərbər balıqları təmizləmə əməliyyatı apararkən, balta balıqları onları ürküdəcək kiçik hərəkət belə etməzlər. Sanki qarşılıqlı bir müqavilə bağlamış kimi bərbər balıqlarının işlərini bitirmələrinə icazə verərlər.Beləliklə, heç bir şəkildə əldə edə bilməyəcəkləri təmizliyə sahib olarlar.

Çanaqlı bağa ilə Mərcan Balıqları

Mərcanlarda yaşayan balıqların bir çoxu dibdəki qayaların üzərindən tapdıqları su yosunları ilə qidalanırlar. Ancaq bu balıqların yeganə yemək qaynağı su yosunları deyil. Bəzi mərcan balıqları dəniz tısbağalarının qabıqlarına yapışmış göbələkləridə yeyirlər. Üzərək bu balıqların yanına gələn dəniz tısbağaları sanki sözləşmiş kimi balıqların olduqları yaxın yerdə dayanaraq balıqların gəlməsini gözləyərlər. Beləliklə, özlərinin edəbilməyəcəkləri təmizliyi mərcan balıqlarına etdirirlər.

Bunların heç biri bu canlıların planlaya biləcəyi davranışlar deyil. Dənizaltındakı bu heyrətamiz əməkdaşlığın təsadüfən reallaşması qeyri-mümkündür.

Bəzi canlılar özlərini təmizləmə sisteminə sahib deyillər. Bunun üçün başqa canlılarla yardımlaşırlar.

Yer üzündəki bir çox canlı kimi dəniz canlıları da yaşamaq üçün bəzən bir-birlərinin köməyinə ehtiyac duyurlar.

Məsələn, bəzi dəniz canlılarının üzərində yaranan orqanizmləri, göbələkləri və ya parazitləri tez-tez təmizləmək lazımdır. Ancaq bu canlılar özlərini təmizləmə sisteminə sahib deyillər. Bunun üçün başqa canlılarla yardımlaşırlar. Normal şəraitdə ov mövqeyində olan canlı heç çəkinmədən ovçu mövqeyindəki digərinin üzərində gəzişir və buradakı parazit və göbələkləri yeyərək təmizləyir.

Bu şəkildə bir tərəf özünə yemək təmin edərkən, digər tərəf isə zərərli orqanizmlərdən təmizlənir. Hər iki tərəfdə bu alış-verişdən məmnundur. Təmizlənmək istəyənlər bəzən dənizlərin ən təhlükəli canlılarından olan köpək balıqları və ya nəhəng balinalar da olabilər. Bu canlılar təmizləmə əməliyyatını aparan kiçik balıqların üzərlərində gəzişmələrinə, hətta ağızlarının içinə girmələrinə belə icazə verirlər. Bu zaman onlara ən kiçik zərər belə verməzlər. Təmizləyici kiçik balıqlar da onlara zərər toxunmayacağından əmin olaraq, qorxu duymadan onlara yaxınlaşırlar.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s