Tetrapodların barmaq quruluşu ilə bağlı homologiya xətası

Morfoloji homologiya iddiasının, yəni canlılardakı forma bənzərliklərinə əsaslanan təkamülçü tezisin əsassızlığını təhlil etdik. Ancaq bu barədə məşhur bir nümunəni bir az da yaxından təhlil etməkdə fayda var. Bu nümunə təkamüllə bağlı, demək olar ki, hər kitabda homologiyanın ən açıq dəlili kimi göstərilən “tetrapodların beşbarmaqlı əl və ayaq quruluşu” misalıdır.

Tetrapodların, yəni quruda yaşayan onurğalıların ön və arxa ayaqlarında beş barmaq var. Bunlar həmişə barmaq görünüşündə olmasa da, sümük quruluşu etibarilə “beşbarmaqlı” (pentadactyl) hesab edilir. Qurbağanın, kərtənkələnin, sincabın və ya meymunun əl və ayaqları bu formadadır. Hətta quşların və yarasaların da sümük quruluşları bu əsas dizayna uyğundur.

235
Quruda yaşayan onurğalı canlıların  hamısının  əl və ayaqlarında beş barmaqlı sümük quruluşunun olması təkamülçü nəşrlərdə  on illərdir ki, “darvinizmin böyük sübutu” olaraq göstərilir. Ancaq son tətdiqatlar bu sümük quruluşlarının çox müxtəlif genlər tərəfindən idarə edildiyini ortaya çıxarmışdı. Buna görə də  bu gün beş barmaqlılıq hemologiyası fərziyyəsi  iflasa uğramışdır.

Təkamülçülər isə bütün bu canlıların bir ortaq əcdaddan gəldiyini iddia etmiş və beşbarmaqlılıq faktını da uzun zaman buna dəlil hesab etmişlər. Bu iddianın elmi əsası olmadığı isə məlumdur.

Əvvəla, bu gün təkamülçülər belə aralarında heç bir təkamül əlaqəsi qura bilmədikləri müxtəlif canlı qruplarında beşbarmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, təkamülçü bioloq M.Kouts 1991-ci və 1996-cı illərdə dərc olunan iki ayrı elmi məqaləsində beşbarmaqlılıq (pentadactyl) faktının bir-biri ilə əlaqəsi olmayan iki mərhələdə ortaya çıxdığını bildirir. Koutsun fikrinə görə, beşbarmaqlı forma həm antrakozavrlarda, həm də amfibiyalarda bir-birindən əlaqəsiz şəkildə ortaya çıxmışdır . Bu tapıntı beşbarmaqlılıq faktının “ortaq əcdad” fərziyyəsinə dəlil olmadığının bir göstəricisidir.

Təkamülçü tezisi bu məsələdə çətinliyə salan digər cəhət də sözügedən canlıların həm ön, həm də arxa ayaqlarının beşbarmaqlı olmasıdır. Halbuki təkamülçü ədəbiyyatda ön və arxa ayaqların bir “ortaq əcdaddan” gəldiyi irəli sürülmür və ayrı-ayrı inkişaf etdikləri fərz edilir. Ona görə də ön və arxa ayaqların quruluşunun da fərqli təsadüfi mutasiyalar nəticəsində müxtəlifləşdiyi gözlənməməlidir. Maykl Denton bu mövzudan belə bəhs edir:

Gördüyümüz kimi, bütün quruda yaşayan onurğalıların ön ayaqları eyni beşbarmaqlı dizayna malikdir və bu da təkamülçü bioloqlar tərəfindən bu canlıların ortaq əcdaddan törədiyi şəklində şərh edilir. Ancaq arxa ayaqlarda da yenə eyni beşbarmaqlı dizayn var və istər sümük quruluşu, istərsə də embrioloji inkişaf mərhələsi cəhətdən ön ayaqlara çox bənzəyirlər. Ancaq heç bir təkamülçü arxa ayaqların ön ayaqlardan törədiyini və ya arxa və ön ayaqların ortaq əcdaddan təkamül yolu ilə törədiyini müdafiə etmir… Əslində bioloji məlumat artdıqca canlılardakı bənzərlikləri ortaq əcdaddan törədiyi fərziyyəsi ilə açıqlamaq fikri getdikcə zəifləyir…Təkamül adından irəli sürülən digər bir çox “dolayı dəlil” kimi homologiya ilə bağlı dəlillər də inandırıcı deyil, çünki həddindən artıq anormallıqla, çox sayda əks-nümunə ilə və qəbul edilmiş (təkamül xarakterli) mənzərəyə sığışdırılmayan bir çox faktla qarşılaşır.

Beşbarmaqlılıq homologiyası ilə bağlı təkamülçü iddiaya əsl zərbə isə molekulyar biologiyadan gəlmişdir. Təkamülçü KİV-lərdə uzun müddət müdafiə edilən “beşbarmaqlılıq homologiyası” fərziyyəsi bu barmaq quruluşuna malik olan canlılarda barmaq formalarının çox fərqli genlər tərəfindən tənzimləndiyi məlum olduqda əsasını itirmişdir. Təkamülçü bioloq Uilyam Fiks beşbarmaqlılıq haqqında təkamülçü tezisin təkzib olunmasından belə bəhs edir:

Təkamül haqqında homologiya məsələsinə tez-tez əl atan keçmiş dərsliklərdə müxtəlif heyvanların skeletlərindəki ayaqların forması xüsusi vurğulanırdı. Belə ki, bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərindəki beşbarmaqlı forma bu canlıların ortaq əcdaddan törədiklərinə dəlil hesab edilirdi. Əgər bu müxtəlif formalar mutasiyalar və təbii seçmə yolu ilə mərhələ-mərhələ dəyişdirilsəydilər, yəni gen-kompleksi tərəfindən tənzimlənsəydilər, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma təəssüf ki, vəziyyət belə deyil. Homoloji orqanların fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən tənzimləndiyi artıq məlumdur. Ortaq əcdaddan törəyən oxşar genlər üzərində qurulmuş homologiya fərziyyəsi artıq çökmüşdür.

Diqqət edilsə, Uilyam Fiks “beşbarmaqlılıq homologiyası” haqqındakı təkamülçü iddiaların keçmiş dərsliklərdə verildiyini, ancaq molekulyar dəlillərin üzə çıxmasından sonra bu iddiaların təkzib edildiyini söyləyir. Ancaq bəzi təkamülçülər hələ də bu mövzunu təkamülə böyük dəlil göstərib özlərinə təsəlli verirlər.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s