Quşların təkamülü yalanı. Arxeopteriksi ara keçid canlısı kimi təqdim edən təkamülçü mənbələr insanları aldadır

Yer üzündə minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti baxışları, enli qanadları və sivri caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur?

Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar dövrümüzdən təqribən 150-200 milyon il əvvəl bu sürünən əcdadlarından ayrılmışlar. İlk quşlar uçma qabiliyyəti zəif olan məxluqlar olublar. Ancaq təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri yerini uçmaq üçün istifadə etdikləri tüklərə veriblər. Ön ayaqlar da tamamilə tüklərlə örtülüb artıq ayaq kimi istifadəyə yararsız hala gəlib və qanadlara çevriliblər. Beləliklə, bəzi sürünənlər mərhələli təkamül prosesi nəticəsində özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.

Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.

Təkamülçülərə görə uçuşun mənşəyi

Quruda yaşayan canlı olan sürünənlərin necə uçmağa başladıqları təkamülçülər arasında müxtəlif fərziyyələrə səbəb olmuş mövzudur. Bu mövzuya dair əsas iki nəzəriyyə var: birinci nəzəriyyə quşların əcdadlarının ağaclardan yerə endiklərini müdafiə edir. Bu nəzəriyyəyə əsasən, quşların əcdadları ağaclarda yaşayan sürünənlərdir və onlar zaman ərzində “budaqdan-budağa tullanaraq qanadlanmışlar”. Buna arboreal nəzəriyyə deyilir. Digər fikir də quşların yerdən yuxarıya doğru qanadlandığı şəklindədir və kursorial nəzəriyyə kimi məlumdur.

Hər iki nəzəriyyə də tamamilə fərziyyələrə əsaslanır. Nə arboreal nəzəriyyəni, nə də kursorial nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur. Təkamülçülərin bu problemə qarşı tapdıqları həll yolu da olduqca bəsitdir, onlar belə bir dəlilin olduğunu “fərz edirlər”. Kursorial nəzəriyyəni irəli sürən Yeyl Universitetinin geologiya professoru Con Ostrom bu fikrini belə açıqlayır:

Hər hansı bir pro-avisə (uçuşdan öncəki canlıya) aid heç bir fosil dəlili yoxdur. O tamamilə fərziyyəvidir… Belə bir canlı yaşamış olmalıdır.

Ancaq arboreal nəzəriyyəyə əsasən, “yaşamış olmalı” bu ara keçid forma heç vaxt tapılmamışdır. Kursorial nəzəriyyə daha problemlidir. Bu nəzəriyyənin əsas arqumenti budur ki, bəzi sürünənlər həşərat ovlamaq üçün qabaq qollarını uzun müddət və tez-tez çırpmışlar və zaman ərzində bu qabaq qollar qanadlara çevrilmişdir. Qanad kimi olduqca kompleks bir orqanın milçək tutmaq üçün bir-birinə çırpılan qabaq qollardan necə meydana gəlməsi haqqında isə heç bir açıqlama verilmir.

Təkamül nəzəriyyəsini quşların mənşəyi məsələsində çarəsiz qoyan cəhətlərdən biri də qanadların kompleks quruluşudur. Başqa sözlə, qanadlar ancaq mükəmməl quruluşları ilə funksionaldırlar, “natamam” qanad isə heç bir funksiyanı yerinə yetirə bilmir. Bu təqdirdə təkamülün irəli sürdüyü yeganə mexanizm olan “mərhələli inkişaf” modeli heç bir şey ifadə etmir. Türk bioloq Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır.

Robert Karol isə “tüklərin uçuş orqanlarının bir ünsürü kimi, təkamülünün necə başladığını izah etmək çətindir, çünki archaeopteryxdəki kimi böyük ölçüyə çatanadək necə funksional olduqlarını anlamaq çox çətindir” deyərək etiraf etməyə məcbur olmuşdur. Daha sonra isə tüklərin izolyasiya üçün təkamül keçirdiyini iddia etmişdir, ancaq bu açıqlama tüklərin uçmaq üçün xüsusi şəkildə formalaşmış kompleks dizaynını izah edə bilmir.

89Xəyali nəzəriyyələr, Xəyali canlılılar Təkamülçülərin uçmağın mənşəyini açıqlamaq üçün ortaya atdıqları ilk nəzəriyyə, sürünənlərin “milçək ovlamağa çalışarkən qanadlandıqları“ (üstdə), ikinci nəzəriyyə isə “budaqda budağa tulanarkən quş olduqları”-dır. Ancaq nə yavaş-yavaş qanadlanan canlılara aid fosillər var, nə də belə bir çevrilmənin mümkün olduğuna aid bir tapıntı…

Qanadların quşun döş çıxıntısına sağlam şəkildə birləşməsi quşu havaya qaldırmaq, havada müvazinətini saxlamaq və hər istiqamətə hərəkət etmək üçün əlverişli olması vacibdir. Quşun qanad və quyruq tüklərinin yüngül, elastik və bir-birinə uyğun nisbətdə olması, qısaca desək, uçmaq üçün əlverişli şəkildə mükəmməl aerodinamik quruluşda olması şərtdir. Təkamül məhz bu yerdə çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.

Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə, əgər hər hansı bir mutasiyanın bir sürünənin qabaq ayaqlarında qeyri-müəyyən dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib “təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldankənardır. Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının digər həmnövlərinə görə geridə qalacağına, şikəst olacağına səbəb olar. Təkamül nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxara.

Biofizikii araşdırmalara gəlincə, mutasiyalar çox nadir baş verən dəyişikliklərdir. Ona görə də bu şikəst canlıların milyon illərlə yarımçıq və natamam qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri hər cəhətdən qeyri-mümkündür. Həm də bu mutasiyalar əslində hər zaman zərərlidir…

Quşlar və dinozavrlar

Təkamül nəzəriyyəsi quşların kiçik formalı və ətyeyən teropod (dördayaqlı) dinozavrlardan, yəni bir sürünən növündən törədiyini iddia edir. Lakin əslində quşlarla sürünənlər arasında müqayisə aparılsa, bu canlı siniflərinin bir-birlərindən çox fərqli olduqlarını və aralarında təkamül baş vermədiyini göstərir.

Quşlar və sürünənlər arasında forma baxımından bir çox fərq var. Bunlardan ən mühümü sümüklərinin quruluşudur. Təkamülçülər tərəfindən quşların əcdadı kimi qəbul edilən dinozavrların sümükləri böyük və nəhəng formaları səbəbi ilə qalındır və içi doludur. Bunun əksinə, yaşayan və nəsli kəsilmiş bütün quşların sümüklərinin içi boşdur və bu sayədə çox yüngüldür. Bu yüngül sümük quruluşu quşların uçması üçün böyük əhəmiyyət daşıyır.

Sürünənlər və quşlar arasındakı digər fərq də metabolik quruluşdur. Sürünənlər canlılar aləmində ən yavaş metobolik quruluşa malik ikən quşlar ən yuxarı metabolik quruluşa malikdirlər (dinozavrların istiqanlı olduğu və sürətli metabolizmləri olduğu iddiası fərziyyədir). Məsələn, bir sərçənin bədən temperaturu sürətli maddələr mübadiləsi (metabolizm) səbəbindən bəzən 48°C-yə çatır. Digər tərəfdən, sürünənlər öz bədən temperaturlarını özləri əmələ gətirmirlər, əvəzində bədənlərini günəşdən gələn istiliklə isidirlər. Sürünənlər təbiətdəki ən az enerji sərf edən canlılardır, quşlar isə ən çox enerji istifadə edirlər.

Şimali Karolina Universitetinin professoru Alan Feduçia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduçia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:

25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır.

Quşlara xas skelet sistemi

91
Quşların  skletlərini təşkil edən  sümüklərin  içi  dinozavrların  və sürünənlərin  sümüklərinin əksinə   boşdur. Bu boşluq  skletə  sağlamlıq  və yüngüllük verir. Quşların skelet quruluşlarının eynisi, günümüzdə  təyyarələrdə, körpüləridə və bəzi qurğularda istifadə edilməkdədir. Dinozavrların sümükləri ,böyük və sağlam olduqları üçün qalındır və içi  doludur.Amma yaşayan  və nəsli kəsilmiş bütün quşların sümüklərinin içi  boşdur və bunun sayəsində yüngüldür.

Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Lari Martin də quşların dinozavrlarla eyni soydan gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən “doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində olacaqdım” deyir.

Ancaq bütün elmi tapıntılara baxmayaraq, heç bir konkret dəlilə əsaslanmayan “dinozavr-quş təkamülü” ssenarisi təkidlə müdafiə edilir. Xüsusilə qeyri-akademik, populyar KİV-lər bu ssenarini təkidlə yayımlayırlar. Yeri gəlmişkən, bu ssenariyə dəlil olmayan bəzi anlayışlar da səthi üslubla xəyali “dinozavr-quş əlaqəsinin sübutu” kimi təqdim edilir.

Məsələn, bəzi təkamülçü KİV-lərdə dinozavrların bud sümüklərindəki fərqlərin quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəlməsi tezisinə sübut olduğu hesab edilir. Sözügedən bud sümüyü fərqi saurischian (sürünənəbənzər kələzçanaqlılar) və ornithischian (quşçanaqlılar) qruplarına aid olan dinozavrlardadır. Elə bu “quşçanaqlı dinozavrlar” anlayışının bəzən “dinozavr-quş təkamülü” iddiasına dəlil olduğunu düşünürlər.

Lakin sözügedən çanaq fərqi quşların əcdadlarının dinozavrlar olması iddiasına heç bir dəlil təşkil etmir. Çünki ornithischian (quşçanaqlı) qruplarına aid dinozavrlar digər anatomik xüsusiyyətləri baxımından əsla quşlara bənzəmir. Məsələn, qısa ayaqlara, nəhəng gövdəyə, zirehə bənzər iri pulcuqlu dəriyə malik olan (hətta müharibə tanklarına bənzədilən) ankylosaurus ornithischian qrupuna aid quşabənzər quşçanaqlı dinozavrdır. Bunun əvəzində bəzi anatomik xüsusiyyətləri ilə quşlara bənzədilən uzun ayaqlı, qısa ön ayaqlara malik incə quruluşlu struthiomimus isə saurischian (kələzçanaqlılar) qrupuna daxildir.

Bir sözlə, çanaq quruluşu heç cür dinozavrlarla quşlar arasında təkamül xarakterli əlaqə olması iddiasına dəlil deyil. “Quşçanaqlı dinozavrlar” tərifi sadəcə bənzərlikdən irəli gələn tərifdir və iki canlı qrupu arasındakı digər böyük anatomik fərqlər bu bənzərliyi təkamülçü nöqteyi-nəzərdən belə şərh etməyi qeyri-mümkün edir.

Quşun ağciyərinin özünəməxsus quruluşu

Sürünən-quş təkamülü ssenarisini qeyri-mümkün edən başqa bir səbəb quşun ağciyərinin təkamüllə açıqlanmayan özünəməxsus quruluşudur.

Quruda yaşayan canlıların ağciyərləri “iki-istiqamətli” quruluşa malikdir: nəfəs aldıqda hava ağciyərdəki şaxələnmiş kanallar boyu irəliləyir və kiçik hava kisəciklərinə daxil olur. Oksigen-karbondioksid mübadiləsi burada baş verir. Ancaq daha sonra çirklənmiş bu hava tamamilə əks istiqamətdə hərəkət edir və gəldiyi yolla ağciyərdən çıxır, əsas bronx yolu ilə xaric edilir.

Quşlarda isə hava ağciyər kanalı boyu “tək-tərəfli” hərəkət edir. Ağciyərlərin giriş və çıxış kanalları bir-birlərindən fərqlidir və bu kanallar boyu uzanan xüsusi hava kisəcikləri sayəsində hava daima ağciyərin içində tək istiqamətdə axır. Bu sayədə quş havadakı oksigeni fasiləsiz qəbul edir. Beləliklə, quşun yüksək enerji tələbatı təmin edilir. “Avien ağciyər” adlanan bu xüsusi tənəffüs sistemi Maykl Denton tərəfindən “Böhran içində olan nəzəriyyə” (A theory in crisis) adlı kitabında belə izah edilir:

Quşlarda əsas bronx ağciyər toxumasını təşkil edən borulara ayrılır. “Parabronx” adlandırılan bu borular sonda yenidən birləşərək havanın ağciyərlər boyu tək istiqamətdə davamlı axınını təmin edən sistemi meydana gətirirlər… Quşlardakı ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin fəaliyyəti tamamilə özünəməxsusdur. Quşlardakı bu “avien” sistemi başqa heç bir onurğalının ağciyərində yoxdur. Bu sistem bütün quş növlərində eynidir.

93
Quşun ağciyərləri quruda yaşayan canlıların ağciyərlərinin əksinə çalışır. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə, hava ağciyərdə dayanmadan bir istiqamətli hərəkət edir. Bu ağciyərlərin ətrafında olan xüsusi “hava kisəcikləri” tərəfindən təmin edilir. Təfsilatı sonrakı səhifədə görsənən bu sistem sayəsində quşlar bizim kimi fasilələrlə deyil, davamlı olaraq nəfəs alırlar. Uçuş zamanı yüksək miqdarda oksigenə ehtiyac hiss edən quşlar üçün bu cür xüsusi quruluş yaradılmışdır. Bu quruluşun sürünənlərin ağciyərindən təkamül keçirərək meydana çıxması imkansızdır, çünki iki fərqli ağciyər quruluşu arasındakı “ara” bir quruluşla nəfəs almaq olmaz.

Mühüm olan budur ki, ikitərəfli hava axınına malik olan sürünənlərin ağciyərlərinin təktərəfli hava axınına malik olan quş ağciyərinə təkamül yolu ilə çevrilməsi qeyri-mümkündür. Çünki bu iki ağciyər formasının arasında qalan “keçid” modeli mümkün deyil. Bir canlı yaşamaq üçün daima nəfəs almaq məcburiyyətindədir və ağciyər formasını başdan-ayağa dəyişdirən dizayn dəyişikliyi mütləq ölümlə nəticələnir. Təkamülə əsasən, bu dəyişikliyin milyon illər boyu mərhələli şəkildə baş verməsinə gəlincə, ağciyəri fəaliyyət göstərməyən bir canlı bir neçə dəqiqədən artıq yaşaya bilməz.

95a1Quşlara xas tənəfüs sistem95b

Nəfəs alarkən: Quşun nəfəs borusundan içəri girən təmiz hava, həm ağciyərə həm də ağciyərin arxasında yerləşən arxa hava kisəçiklərinə dolur. Ağciyərdə olan kirlənmiş hava isə ön hava kisəçiklərinə ötürülür. Nəfəs verərkən: Quş nəfəs verərkən, arxa hava kisəçiklərində toplanan təmiz hava, ağciyərin içinə dolur. Bu sistem sayəsində ciyərlə təmiz hava ötülməsi heç kəsilmədən davam edir.

95c

Bu sxemlərdə cox sadələşdirilmiş halda göstərilən bu ağciyər sisteminin yetərincə cox açıqlaması var. Məsələn, ciyərlərlə kisəçiklərin birləşmə yerlərində, havanın doğru istiqamətdən axmasını təmin edən xüsusi tıxaclar və qapaqçıqlar yerləşməkdədir. Bütün bunlar cox qüsursuz bir yaratılış olduğunu göstərməkdədir. Bu xüsusi sistemlər, həm təkamül iddiasına qarşı öldürücü zərbədir həm də yaradılış həqiqətinin dəlillərini saysız sübutlarından biridir.

Maykl Denton quş ağciyərinin mənşəyini təkamülçü nöqteyi-nəzərdən izah etməyin qeyri-mümkün olduğunu belə bildirir:

Bu cür tamamilə fərqli tənəffüs sisteminin yavaş-yavaş kiçik dəyişikliklərlə standart onurğalı dizaynından təkamül yolu ilə əmələ gəlməsi iddiası düşünülmədən irəli sürülmüş tezisdir. Tənəffüs fəaliyyətinin bu təkamül prosesi boyu heç dayanmadan qorunması canlının həyatına davam etməsi üçün labüddür. Hər hansı səhv funksiya ölümlə nəticələnir. Quş ağciyəri içində şaxələnmiş parabronxlarla və həmçinin bu parabronxlara hava almağı təmin edən hava kisəsi sistemi ilə birlikdə inkişaf edib ən ali səviyyəyə çatanadək və bununla birlikdə sistemli şəkildə funksiyasını həyata keçirənədək bir tənəffüs orqanı kimi vəzifəsini yerinə yetirə bilməz.

Qısası, quruda yaşayan canlıya məxsus ağciyərdən hava tipli ağciyərə keçid mümkün deyil, çünki ara keçid mərhələsində olan bir ağciyər qeyri-funksionaldır.

Bu məsələ ilə bağlı qeyd edilməli ikinci cəhət də sürünənlərin diafraqmlı, quşların isə diafraqmsız tənəffüs sisteminə malik olmalarıdır. Bu fərqli quruluş da yenə iki ağciyər tipi arasında baş verəcək təkamülü qeyri-mümkün edir. Tənəffüs fiziologiyası sahəsində qabaqcıl mütəxəssislərdən hesab edilən Con Ruben bununla bağlı belə şərh verir:

Teropod dinozavrın quşlara təkamül yolu ilə çevrilməsi diafraqmında ciddi çatışmazlığa səbəb olacaqdır, amma bu vəziyyət canlının nəfəs alma qabiliyyətini çox kritik səviyyədə məhdudlaşdıracaqdır… Buna səbəb olan mutasiyanın seçərək lazım olanı təmin etməsi qeyri-mümkün görünür.

96
Quşun ağciyərinin içində olan və havanın tək istiqamətli hərəkət etməsini təmin edən kiçik “parabronx” boruları. Bu boruların hər biri 0,5 mm olçüdədir.

Quş ağciyərinin təkamülə meydan oxuyan digər xüsusiyyəti heç vaxt havasız qalmayan və havasız qaldıqda “çökmə” təhlükəsiylə qarşılaşan maraqlı quruluşudur. Maykl Denton bu mövzunu belə açıqlayır:

Bu cür fərqli tənəffüs sisteminin standart onurğalı dizaynından təkamül yolu ilə necə əmələ gəlməsini düşünmək demək olar ki, qeyri-mümkündür. Xüsusilə tənəffüs sisteminin funksionallığının qorunmasının bir canlının həyatı üçün nə qədər labüd olduğunu nəzərə aldıqda. Habelə quş ağciyərinin özünəməxsus forma və funksiyası hələ bir çox xüsusiləşmiş adaptasiya tələb edəcəkdir… Çünki əvvəla, quş ağciyəri bədən divarlarına bərk birləşmişdir və həcm cəhətdən genişlənməsi mümkün deyil. Digər tərəfdən, ağciyərdəki hava borularının çox dar radiusları və onların içindəki hər hansı bir mayenin yuxarı səth gərginliyi səbəbi ilə quş ağciyəri digər onurğalıların əksinə, öz içinə çökdükdən sonra yenidən hava ilə doldurula bilməz… (Buna görə) quşlarda ağciyərin içindəki hava kisəcikləri digər onurğalıların əksinə, heç vaxt boşaldılmır. Əksinə, ciyərlər ilk dəfə inkişaf etməyə başladıqları andan etibarən daima ya maye ilə (rüşeym mərhələsində), ya da hava ilə dolu olurlar.

Yəni quşların ağciyər kanalları o qədər dardır ki, bu ağciyərin içindəki hava kisəcikləri digər quruda yaşayan canlıların ciyərləri kimi hava ilə dolub-boşala bilməz. Əgər quş ağciyəri bir dəfə tamamilə boşalsa, quş bir daha ciyərlərinə hava çəkə bilməyəcək və ya bunu etmək üçün çox böyük çətinlik çəkəcəkdir. Ona görə ağciyərin ətrafına yerləşdirilmiş hava kisəcikləri daimi hava axınını təmin edir və ciyərləri havasız qalıb funksiyasını itirməkdən qoruyur.

Əlbəttə, sürünənlərin və digər onurğalıların ağciyərlərindən tamamilə fərqli olan və qeyri-adi dərəcədə həssas tarazlıqlara əsaslanan bu sistem təkamülün iddia etdiyi kimi, şüursuz mutasiyalarla mərhələ-mərhələ inkişaf edə bilməz. Denton quş ağciyərinin bu quruluşunun darvinizmi təkzib etdiyini belə ifadə edir:

Quş ağciyəri Darvinin “əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaqdır” şəklindəki sözlərinə cavab verir.

Quş tükləri və sürünən pulcuqları

98
Təkamülçü paleontoloqlar tərəfindən “ tüklü dinozavr” adlandırılan ,ancaq belə bir xüsusiyyəti olmadığı sonra meydana çıxan   Sinosauropteryx fosili.

Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət isə tamamilə quşlara xas forma olan tüklərdir. Sürünənlərin bədənləri pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Quş tüklərinin sürünən pulcuqlarından təkamüllə əmələ gəlməsi fərziyyəsi tamamilə əsassızdır və fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:

Tüklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi təhlillərlə təsdiqlənmir… Tüklərin kompleks quruluşu göstərir ki, bu cür formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcəkdir. Bu vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.

Konnektikat Universitetində fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş isə “tüklər və pulcuqlar… genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşuna qədər hər şeyiylə bir-birlərindən fərqlidirlər” deyərək eyni həqiqəti qəbul edir. Habelə prof. Braşın fikrincə, “quş tüklərinin zülal quruluşu da digər onurğalıların heç birində rast gəlinməyən, tamamilə özünəməxsus”dur.

Bununla belə, quş tüklərinin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəldiyini göstərən heç bir fosil dəlili də yoxdur. Əksinə, prof. Braşın ifadəsiylə “tüklər fosil qeydlərində sadəcə quşlara xas xüsusiyyətlərlə bir anda üzə çıxırlar.Sürünənlərlə quş tüklərinin ortaq mənşəyinə dəlil olan “heç bir epidermal (üst dəriyə aid) forma yoxdur”. indiyə kimi bir çox fosil üzərində “tüklü dinozavr” fərziyyəsi qurulmuş, amma ətraflı araşdırmalar bu iddiaları təkzib etmişdir. Məşhur ornitoloq (quşları öyrənən elm adamı) Alan Feduççia “Dinozavrların tüklərdən məhrum olmasına dair” (On why dinosaurs lacked feathers) adlı məqaləsində belə yazır:

Tüklər tamamilə quşlara xas olan formadır və sürünən pulcuqları ilə quş tükləri arasında ara keçid forma olan heç bir forma yoxdur. Longisquama kimi bəzi nümunələrdə rast gəlinən uzununa pulcuqların forması haqqındakı fərziyyələrlə razı deyiləm. Bunların tükə bənzər formalar olduğuna dair heç bir konkret dəlil yoxdur. 

97
Sürünənlərin pulçuqları
Sürünənlərin bədənlərini  örtən pulçuqlar, hər tərəfli quş tükündən fərqlidir.Pullar  tüklər kimi  dərinin altına   girməzlər, sadəcə canlının  xaricində sət təbəqə yaradırlar. Genetik, biokimyəvi,anatomik  tərəflərdən   quş tükləri ilə heç bir  oxşarləqları yoxdur. Pullar ilə  tüklər  arasındakı böyük   fərq , sürünən- quş  təkamülü  fərziyyəsini  bir daha alt-üst etmişdir.

Tüklərin yaradılış

Quş tüklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Tüklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu tüklərin hər birinin üzərində də “tükcük” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu tükcüklərin üzərində isə “çəngəl” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.

Durnanın bircə tükünün üzərində tük borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük yerləşir. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə tüklərini düzəltməsi tüklərin normal şəklə düşməsi üçün kifayətdir.

Tüklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan Ernst Mayr bu mövzuda illər əvvəl bu etirafı etmişdir:

Duyğu orqanlarının, məsələn, bir onurğalının gözünün və ya bir quşun tükləri kimi qüsursuz şəkildə tarazlanmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində təkmilləşdiyini fərz etmək bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudlaşdırmadır.

Quş tüklərinin kompleks quruluşu

99
Quç tüklərini əsaslı şəkildə  tətqiq etdikdə cox həsas dizayn ortaya çıxır.Hər tükçüyün üstündə  coxlu kiçik tükcüklər  və bu tükçükləri bir-birinə  bərkidən çəngəllər var. Şəkillərdə quş tüklərinin  böyüdülmüş  şəkilləri var.

Tüklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu tüklərindəki mükəmməl estetika öz ifadəsilə Darvini “xəstə etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel, 1860-cı il tarixli məktubunda “gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur. Amma özümü zamanla bu problemə alışdırmışam” dedikdən sonra belə davam edir: “İndi isə təbiətdəki bəzi formalar məni daha çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərini görmək məni az qalır ki, xəstə etsin”.

Qısa desək, quş tükləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş tüklərinin həddindən artıq kompleks quruluşu tüklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.

Archæopteryx xətası

Sürünən-quş təkamülü ilə bağlı iddiaları dəstəkləyən fosil nümunəsini soruşduqda təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edilir. Bu, ələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox məlum olan archæopteryx adlı fosil quşdur.

101
Archeopteryxin uçan bir quş olduğunun  mühüm sübutlarından biri,  asimmetrik tük  quruluşudur. Yuxarıda bu canlıya aid tük fosili var.

Dövrümüzün quşlarının əcdadı” olduğu irəli sürülən archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən,velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar.Archæopteryx dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.

Lakin əslində archæopteryxin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.

Archæopteryxin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).

Ancaq 1992-ci ildə tapılan yeddinci archæopteryx fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son archæopteryxfosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:

Son tapılan yeddinci archæopteryx fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.

Bu tapıntı archæopteryxin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.

Digər tərəfdən archæopteryxin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu.Archæopteryxin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”..

20question13a
Berlində   nümaiş etdirilən  ən  məşhur Archaeopteryx  fosili

Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir:

Archæopteryxin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir… Van Tayn və Berqerin fikrincə, archæopteryxin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir… Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).

Archæopteryxin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Archæopteryxin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

Dişlər, pəncələr və digər orqanlar

Təkamülçü bioloqların archæopteryxi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Archæopteryxin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də archæopteryxin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.

Archæopteryxin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə archæopteryxlə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.

Ən mühüm məsələ isə ondadır ki, archæopteryx və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. Eyni tədqiqatçılar eyni zamanda archæopteryx ilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar. Archæopteryxin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə əslində səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur..

A.D.Uolker archæopteryxin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir

Ueyls Universitetinin Biologiya Elmləri İnstitutundan C.Riçard Hinçlif isə rüşeymlər üzərində müasir izotopik texnikadan istifadə edərək quşların əllərinin II, III və IV barmaqlardan ibarət olduğunu, teropod dinozavrlarınkının isə I, II və III barmaqlardan təşkil olunduğunu müəyyən etmişdir. Bu isə archæopteryx-dinozavr əlaqəsinin müdafiə edənlər üçün böyük problemdir. Hinçlifin tədqiqatları və müşahidələri məşhur elmi jurnal olan “Elm”in (Science) 1997-ci ildəki bir sayında belə dərc edilmişdir:

103
Dövrümüzdə  yaşayan  Opisthocomus hoazin quşunun   qanadlarında da eyni  Archaeopteryx  kimi pəncəyə  oxşar   dırnaqlar var.

Teropodlarla quş sümükləri arasındakı homologiya “dinozavr mənşəyi” hipotezi ilə əlaqədar digər bəzi problemləri də yada salır. Onlardan bəziləri bunlardır: (i) archæopteryx qanadı ilə müqayisə edildikdə (bədən ölçüsünə görə) teropodun daha kiçik olan qabaq qolu. Bu cür kiçik qollar olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açıb uçması üçün inandırıcı ön qanad deyil. (ii) Teropodlardakı bilək sümüyü sadəcə dörd növdə var. Teropodların çoxunda bilək sümüyü çox sayda hissələrdən təşkil olunmuşdur. Bunun archæopteryx ilə bənzərlik təşkil gətirməsi çox çətindir. (iii) Zaman baxımından müqayisə ilə bağlı paradoks isə bir çox teropod dinozavrın və xüsusilə də quşabənzər dromazavrların fosil qeydlərində archæopteryxdən daha sonra tapılmalarıdır.132

Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” archæopteryx haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonları” (İcons of evolution) adlı kitabında archæopteryxin təkamül adına sanki “ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin fikrincə, bunun göstəricilərindən biri archæopteryxin əcdadı kimi göstərilən teropod dinozavrların əslində archæopteryxdən daha gənc olmalarıdır: “Yerdə qaçan ikiayaqlı dinozavrlararchæopteryxin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) archæopteryxdən daha sonra üzə çıxırlar

 Bütün bunlar archæopteryxin ara keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə olduqca əsassızdır. Amerikalı bioloq Riçard L.Dim də ““Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu” (Demise of the “Birds are dinosaurs” theory) adlı məqaləsində quş-dinozavr təkamülü iddiası vəarchæopteryx haqqında bunları yazır:

Son tədqiqatların nəticələri göstərir ki, teropod dinozavrların əlləri (qabaq qol sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir, amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyirlər… “Quşlar dinozavrdır” nəzəriyyəsi ilə əlaqədar başqa problemlər də vardır. Teropodların qabaq ayaqları archæopteryxlə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənlərini də düşündükdə bir cür “ön qanad” (proto-wing) inkişafı ehtimalı qeyri-mümkündür. Teropod dinozavrların çoxunda (quşlardakı) semilunatik bilək sümüyü yoxdur və archæopteryxdə heç bir bənzəri olmayan bəzi bilək hissələri var. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların  çox böyük qisminin archæopteryxdən daha sonra ortaya çıxmalarıdır.

Archæopteryx və digər qədim quş fosilləri

Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.

107
Archaeopteryxlə eyni  dövrdə  yaşamış  Confudusornis, dövrümüşdə yaşayan quşlarala cox oxşarlıqları var.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle  (büzdüm sümüyü)  adlı forma bu quşda da vardı Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət  dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.  Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi.

Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.

Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.

Archaeoraptor: Dino-quş saxtakarlığı

Təkamül nəzəriyyəsinin tərəfdarları archæopteryxdə axtardıqlarını tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu. Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu qısa müddətdə başa düşüldü.

“Dino-quş” iddialarının ilk nümunəsi 1996-cı ildə böyük media təbliğatı ilə gündəmə gətirilən “Çində tapılmış tüklü dinozavr fosilləri” hekayəsi idi.Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu. “Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq” (Plucking the feathered dinosaur) adlı məqalədə təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi olmadığı bildirilirdi:

Bir il əvvəl paleontoloqlar “tüklü dinozavra” aid fotoşəkillərin ortaya çıxması ilə həyəcan yaşamışdılar. Çinin Yixian bölgəsində tapılan sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlardan gəldiyinə dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası toplantısında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini təhlil edən altı qərbli paleontoloq bunların müasir quş tükləri olmadığını söylədilər… Kanzas Universitetindən paleontoloq Lari Martin onların çürümüş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildird.

Daha böyük bir dino-quş qalmaqalı isə 1998-ci ildə başladı. “National geographic” jurnalı 1998-ci il, iyul sayında quşların dinozavrlardan təkamül yolu ilə törədiyi iddiasının artıq tutarlı fosil dəlilinə əsaslandığını irəli sürdü. Çində tapıldığı bildirilən fosilə məqalədə geniş yer ayrılaraq fosilin quş və dinozavr xüsusiyyətlərini daşıdığı müdafiə edilirdi. Məqaləni qələmə alan “National geographic” jurnalisti Kristofer P.Sloun fosil haqqında verdiyi şərhə o qədər inanmışdı ki, “insanların məməli olduğunu necə əminliklə deyə biliriksə, artıq quşların da teropod (dördayaqlı dinozavr) olduğunu eyni şəkildə söyləyə bilərik” deyirdi. 125 milyon il əvvəl yaşadığı deyilən bu növə dərhal elmi ad da verildi: archaeoraptor liaoningensis. 

Lakin fosil beş fərqli fosilin bir-birinə ustalıqla birləşdirilməsiylə hazırlanmış saxta fosil idi! Aralarında üç paleontoloqun da olduğu bir qrup tədqiqatçı bir il sonra kompyuter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər. Dino-quş əslində çinli bir təkamülçünün əl işi idi… Çinli həvəskarlar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Archaeoraptorun ön hissəsi bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər var idi.

İşin maraqlı cəhəti bu idi ki, “National geographic” jurnalı bu cür səviyyəsiz saxtakarlığı heç şübhələnmədən dərc etmiş və hətta buna əsaslanaraq “quşların təkamülü” ssenarilərinin sübut edildiyini irəli sürmüşdü. ABŞ-dakı məşhur Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən dr. Storrs Olson bu fosilin saxta olduğuna dair daha əvvəl “National geographic”i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu tamamilə qulaqardı etdiyini deyirdi. Olsonun fikrincə, “onsuz da “National geographic” uzun zamandan bəri sensasiyalı, əsassız və bayağı xəbərlər yayaraq səviyyəsini aşağı salmışdı”..

Olson “National geographic” jurnalının idarə heyətindəki Piter Reyven adlı elm adamına yazdığı aşağıdakı məktubunda jurnalın “tüklü dinozavrlar” qalmaqalının pərdə arxasını hərtərəfli şəkildə izah edirdi:

108a
“National Geographic” jurnalının  quşların təkamülü fərziyyəsinin sübutu olaraq tanıtdığı  Archaeoraptor  adlı “dino quş”-un  bir ildən sonra saxta fosil olduğu bilindi.

“National geographic”in 1998-ci il, iyul sayında dərc edilən “Dinozavrlar qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə ilə əlaqədar fikirlərimi soruşdu. Onda “National geographic”in göstərmək istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək etiraz etdim, amma sonda açıq şəkildə gördüm ki, “National geographic”quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa heç nəyə maraq göstərmirdi.

Slounun məqaləsi (quş-dinozavr əlaqəsi haqqında) ön mühakiməni tamamilə yeni şəklə salan və böyük ölçüdə təsdiqlənməmiş və ya sənədləşdirilməmiş məlumatlara əsaslanaraq xəbər yaymaq əvəzinə onları “uydurur”.“İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə, quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə bilərik” şəkilindəki bəsit cümləsi bir və ya bir neçə elm adamının fikri kimi göstərilmir, sadəcə “KİV təbliğatı” kimi qalırdı. Bu melodramatik iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan yeni tədqiqatlarla təkzib edilmişdir, amma, əlbəttə, bunlar (“National geographic” məqaləsində) heç bildirilmir.

Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri olduğu iddia edilən formaların heç birinin quş tükü olduğu sübut edilməmişdir. Bunların bu cür olduğunu iddia etmək bir həqiqəti dilə gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə edir” şəkilindəki ifadə cəfəngiyyatdır, çünki “ibtidai quş tükləri” sadəcə nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.

“National geographic” cəmiyyətində (National Geographic Society) hələ də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç şübhəsiz, bir dinozavr olan deinonychus üçün düzəldilən maket və bala tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil…

Hörmətlə,
Storrs L.Olson
Ornitologiya Şöbəsinin Rəhbəri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi.

Bu fosil saxtakarlığının göstərdiyi iki mühüm həqiqət var: birincisi, təkamül nəzəriyyəsinə dəlil tapma axtarışında asanlıqla saxtakarlığa əl ata bilən insanlar var. İkincisi, təkamül nəzəriyyəsini cəmiyyətə təlqinlə qəbul etdirmək kimi missiya üzərinə götürmüş bəzi “elmi jurnallar” təkamül nəzəriyyəsi lehinə istifadə etmək istədikləri tapıntıları səhv olma və ya başqa cür şərh edilmə ehtimallarını tamamilə nəzərdən qaçırıb təbliğat materialına çevirirlər. Yəni elmi deyil, doqmatik davranır, inancla bağlı olduqları təkamül nəzəriyyəsini müdafiə etmək üçün elmdən istifadə edirlər.

Mövzunun digər mühüm cəhəti isə quşların dinozavrlardan təkamüllə törədiyi tezisinə heç bir dəlil tapılmamasıdır. Dəlil tapılmadığı üçün saxtası düzəldilir və ya mövcud dəlillər təhrif edilərək şərh edilir. Əslində isə quşların başqa canlı sinfindən təkamüllə törədiyinə dair heç bir sübut yoxdur. Əksinə, dəlillər quşların yer üzündə özünəməxsus bədən quruluşları ilə ortaya çıxdığını göstərir.

John Ostrom, “Bird Flight: How Did It Begin?”, American Scientist, Ocak-Şubat 1979, Sayı 67, s. 47

. Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, Sayı 203, Ekim 1984, s. 25

Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 314. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 Şubat 1997, s. 28. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 Şubat 1997, s. 28. Duane T. Gish, Dinosaurs by Design, Master Books, AR, 1996, s. 65-66. Michael Denton, A Theory in Crisis, Adler & Adler, 1986, s. 210-211. Michael Denton, A Theory in Crisis, Adler & Adler, 1986, s. 211-212. Ruben, J. A., T. D. Jones, N. R. Geist and W. J. Hillenius, “Lung Structure And Ventilation in Theropod Dinosaurs and Early Birds”, Science 278:1267. Michael J. Denton,. Nature’s Destiny, Free Press, New York, 1998, s. 361. Michael J. Denton, Nature’s Destiny, Free Press, New York, 1998, s. 361-62.  Barbara J. Stahl, Vertebrate History: Problems in Evolution, Dover, 1985, s. 349-350.A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, vol. 9, 1996, s. 132. A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, vol. 9, 1996, s. 132. A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, vol. 9, 1996, s. 132.1 A. H. Brush, “On the Origin of Feathers”, Journal of Evolutionary Biology, vol. 9, 1996, s. 132. Alan Feduccia, “On Why Dinosaurs Lacked Feathers”, The Beginning of Birds, Eichstatt, West Germany: Jura Museum, 1985, s. 76. Ernst Mayr, Systematics and The Origin Of Species, Dover, New York, 1964, s. 296. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, s. 101. Nature, cilt 382, 1 Ağustos 1996, s. 401. Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, s. 310. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 280-81. L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cilt 98, 1980, s. 86.L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cilt 98, 1980, s. 86; L. D. Martin “Origins of Higher Groups of Tetrapods”, Ithaca, New York: Comstock Publising Association, 1991, s. 485, 540. S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cilt 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, cilt 177, 1980, s. 595.1 A. D. Walker, as described in Peter Dodson, “International Archaeopteryx Conference”, Journal of Vertebrate Paleontology 5(2):177, Haziran 1985. Richard Hinchliffe, “The Forward March of the Bird-Dinosaurs Halted?”, Science, Volume 278, no. 5338, Issue of 24 Oct 1997, s. 596-597.Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s, 117.Richard L. Deem “Demise of the ‘Birds are Dinosaurs’ Theory”, http://www.yfiles.com/dinobird2.html =Pat Shipman, “Birds do it… Did Dinosaurs?”, New Scientist, 1 Şubat 1997, s. 31. “Old Bird”, Discover, 21 Mart 1997. “Old Bird”, Discover, 21 Mart 1997.Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, s. 28.Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, volume 278, no. 5341, Issue of 14 Nov 1997, p. 1229 – 1230.National Geographic, “Feathers for T. Rex?”, vol. 196, no. 5, Kasım 1999,  Tim Friend, “Dinosaur-bird link smashed in fossil flap”, USA Today, 01/25/00.Open Letter: Smithsonian decries National Geographic’s ‘editorial propagandizing’ of dinosaur-to-bird ‘evolution'”, http://www.trueorigin.org/birdevoletter.asp

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s