Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr

Selakant sinfinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.

Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsininlatimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq J.L.B.Smit “yolda dinozavrla qarşılaşsaydım, bundan daha az  təəccüblənərdim” demişdi.88Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çoxselakant  tutuldu.


Əldə Selekantın sadəcə fosilləri olduğu halda, təkamülçü  paleontoloqlar  canlı haqqında həddidən artıq  Darvinist fərziyyə  ortaya atmışlar. Ancaq  həmin balıqdan canlı tutulanda  bütün fərziyyələr alt-üst oldu. Altda  Selekantın canlı nümunələri  görsənir. Sağdakı şəkil 1998-ci ildə İndoneziyada  tutulan  ən  son  Coelacanth  nümunələrə aiddir.

Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant  iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.89Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90

Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir:

Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid edilmişdi… Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaq ənin sadəcə bir istəkdən ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91

Beləliklə, balıqlar və su da-quruda yaşayanlar arasındakı yeganə ara forma iddiası da əsassız oldu.

YÜZGEÇ İLE AYAK ARASINDAKİ FARK


Təkamülçülərin,Selekant və ona oxşar balıqları quruda yaşayan calıların atası olaraq fərz etmələrinin  əsil səbəbi , bu balıqları üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin  zamanla  ayaqlara çevrildiyi fərz edirldilər.Ancaq bu balıqların  sümükləri  ilə ichthyostega kimi quruda yaşayan canlıların ayaqlaqları arasında əsas bir fərq var: Selekant-da sümüklər 1-ci şəkildəki kimi onurğaya bitişik deyil. Ancaq ichthyostega-da sümüklər 2-ci şəkildəki kimi  birbaşa onurğaya bitişikdir. Qısacası bu üzgəclərin  yzvzş-yzvzş ayaqlara çevrilmələri iddiası tamamilə əsasızdır. Selekant-ın üzgəclərindəki  sümüklərin quruluşu  ilə ichthyostega-nın  ayaqlarındakı sümüklərin quruluşu  da 33-cü və 4-cü şəkildə görsəndiyi kimi  cox fərqlidir.

 

 

Mənbələr:

88 Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd., 1984, s. 120. 

89 http://www.ksu.edu/fishecology/relict.htm
90 Bilim ve Teknik Dergisi, Kasım 1998, Sayı 372, s. 21; http://www.cnn.com/TECH/ Science /9809/23/living.fossil/index.html

91 P. L. Forey, Nature, vol 336, 1988. s. 729.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s