Daş dövrü yalanı

darwinistler-kabatas-devriNeolit dövrü iddiası yalandan ibarətdir

700.000 il əvvəlki dövrə aid gəmi, 400.000 illik mizraqlar, 35.000 illik şəkillər, 8.000 il əvvəl professional şəkildə aparılan diş müalicəsi… Arxeoloji qazıntılar təkamülçülərin “ibtidai insan” iddiasının doğru olmadığını göstərir. İndiyə qədər əldə edilmiş bütün arxeoloji qazıntılar onu göstərir ki, insan var olduğu gündən insandır və yüksək mədəniyyətə malikdir. Bu səbəbdən, təkamülçülərin iddia etdikləri “tarixin təkamülü” də yalandan ibarətdir.  Təkamülçülər birhüceyrəlidən çoxhüceyrəliyə, sonra da meymundan insana doğru uzanan təkamül prosesini izah etmək üçün tarixin inkişafını da ssenariləşdirmiş, bunun üçün primitiv insanın həyatını açıqlayan “mağara dövrü”, “daş dövrü” kimi xəyali dövrlər uydurmuşlar. Bu iddialarını sübut etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışmışlar.
Arxeoloji qazıntılarda tapılan daşı, oxu və ya saxsı qabı bu istiqamətdə şərh etmişlər. Halbuki qaranlıq bir mağarada bürünərək oturan, nitq qabiliyyəti olmayan yarı insan yarı meymun canlılar yalnız xəyalın məhsuludur. Primitiv insan və daş dövrü heç vaxt olmamışdır.
Daşın daşla yonulması qeyri-mümkündür
Qədim sivilizasiyalardan dövrümüzə qədər gəlib çatan qalıqlarda daş üzərində işləmələr diqqət cəlb edir. Daşa bu dərəcədə detallı və düz forma verilməsi üçün mütləq polad alətlərdən istifadə edilməlidir. Daşı daşa sürtərək düz və iti alətlər əldə etmək mümkün deyil. Qranit və bazalta bənzər bərk daşların parçalanıb dağılmadan nazik kəsilməsi ancaq polad nizələrin, tornaların, lomların, rəndələrin vasitəsilə mümkündür. On min il əvvələ aid bilərziklərin, sırğa və boyunbağıların daşla düzəldilməsinin mümkün olmadığını bilirik. Daşla vuraraq bu əşyalarda kiçik dəliklər açıla bilməz. Daşı sürtərək əşyaların üzərində bəzək düzəltmək olmaz. Bunları düzəltmək üçün dəmir, polad və digər metal alətlərdən istifadə edilmişdir.
Bir çox daş qalığındakı parıltı da onların iti və düz olduğuna görədir. Təkamülçü elm adamlarının bu parlaqlığı cila kimi xarakterizə etmələri, bu dövrü neolit dövrü kimi qəbul etmələri elmdən kənar izahdır. Cilanın min illərlə qalması mümkün deyil. Bu daşlar iddia edildiyi kimi, cilalandığı üçün deyil, düz kəsildikləri üçün parıldayır. Bu, daşın öz quruluşundan qaynaqlanan parıltıdır.
Şəkillərdə görünən bilərzik bazaltdan düzəldilmişdir. Bilərziklər e.ə. 8500-9000-ci illərə aiddir. Təkamülçülər bu dövrdə yalnız daşdan düzəldilmiş alətlərdən istifadə edildiyini iddia edirlər. Bazalt və mərmər çox bərk daşlardır. Bu daşların bu cür düz yumru halqalar halına gətirilməsi üçün polad alətlərdən istifadə edilməlidir. Bilərziklərin polad alətlərdən istifadə edilmədən kəsilib formaya salınması mümkün deyil. Bir insana daş verib onunla bazaltdan şəkildəki kimi bir bilərzik düzəltməsini istəsək, bunu edə bilərmi? Əlbəttə, daşı daşa sürtərək, daşa daşla vuraraq bilərzik düzəldə bilməyəcək. Bu qazıntılar o dövrdə yaşayan insanların estetika və sənətkarlıq anlayışına sahib olduqlarını, mədəni cəhətdən inkişaf etdiklərini göstərir.
Tarixin təkamülü yalanı
Təkamülçülərin tarix anlayışına görə, tarix insanın təkamülünə paralel olaraq müxtəlif dövrlərə bölünərək araşdırılır. Bir çox insanın məktəb illərində, yaxud müxtəlif qəzet və televizor xəbərlərində eşitməyə vərdiş etdiyi Poleolit dövrü, Mezolit dövrü, Neolit dövrü, Eneolit dövrü, Tunc dövrü, Dəmir dövrü kimi xəyali anlayışlar təkamülçü xronologiyanın hissələridir. Bir çox insan bu xəyali cədvəli heç düşünmədən qəbul edir və bəşəriyyətin bir zamanlar yalnız kobud, daş alətlər istifadə edilən, mədəniyyət və texnologiyanın bilinmədiyi bir dövrdə yaşadığını zənn edir. Bu iddialar təkamülçülərin insanları konkret həqiqətlərlə deyil, xəyali nağıllarla inandırmağa çalışdıqlarının ən əhəmiyyətli göstəricilərindəndir. Belə ki, arxeoloji qazıntılar və elmi məlumatlar araşdırıldığı zaman ortaya çox fərqli mənzərə çıxır. Keçmişdən dövrümüzə qədər gəlib çatan izlər insanların tarixin hər dövründə mədəniyyətləri və ictimai həyatları ilə sivil həyat tərzi keçirdiklərini göstərir. Arxeoloji qazıntılarda olan alətlər, tikiş iynələri, bəzək əşyaları, dekorasiya vəsaitləri keçmiş insanların mədəni və inkişaf etmiş həyat sürdüklərinin göstəricilərindəndir.
Bundan yüz minlərlə il əvvəl də eynilə müasir dövrdəki kimi, insanlar evlərdə yaşayır, əkinçiliklə və ticarətlə məşğul olur, tekstil məhsulları hazırlayır, yeməklərini yeyir, qohumlarını ziyarət edir, musiqi ilə maraqlanır, şəkil çəkir, xəstəlikləri müalicə edir, ibadətlərini yerinə yetirir, qısaca desək, normal gündəlik həyat tərzi keçirirdilər. Allahın göndərdiyi peyğəmbərlərə itaət edən insanlar bir olan Allaha iman gətirirdilər. Bu səbəbdən, təkamülçülərin qarşıya qoyduğu “bir olan Allaha iman ilk cəmiyyətlərə məlum deyildi” iddiası da doğru deyil. Allahın varlığını və birliyini xatırlatmaq, din əxlaqını yaşamağa dəvət etmək üçün hər cəmiyyətə elçi göndərildiyi Quranda belə bildirilmişdir:

“…Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin!” (Fatır surəsi, 24)

Əlbəttə, tarix boyu mədəni həyat sürən insanlarla yanaşı, sadə və primitiv şəraitdə yaşayan cəmiyyətlər də mövcud olmuşdur. Ancaq bu, insanlıq tarixinin təkamülünə dəlil deyil. Çünki indiki dövrdə də dünyanın bir yerində kosmosa raket göndərildiyi halda, bir başqa yerində insanlar hələ elektrikin varlığını belə bilmirlər. Amma bu vəziyyət nə kosmik raketləri düzəldənlərin zehni və fiziki cəhətdən inkişaf etdiklərini, yəni təkamül keçirdiklərini, nə də digərlərinin hələ “meymun insan”lara yaxın olduqlarını göstərmir. Bunlar mədəni təkamül prosesinin deyil, yalnız mədəniyyət fərqinin göstəriciləridir.
Bundan 700 min il əvvəl insanlar çox yaxşı düzəldilmiş gəmilərlə okeanda səyahət edirdilər. Bizə “ibtidai mağara adamları” kimi tanıdılan insanlar, əslində, dövrümüzün rəssamlarında olmayan qabiliyyətə və estetik zövqə sahibdilər. 80 min il əvvəl yaşamış və bizə təkamülçülər tərəfindən “meymun insan” kimi göstərilən neandertal irqi musiqi alətləri düzəldirdi, geyim zövqünə sahib idi və isti qumlarda formalı ayaqqabılarda gəzirdi.
İman gətirənlər tarix boyu mədəni həyat sürmüşdür
Tarix boyu yaşamış peyğəmbərlərlə birlikdə iman gətirənlər çox mədəni və müasir həyat sürmüşlər. Hz. Nuh dövründə də, hz. İbrahim dövründə də, hz. Yusif dövründə də, hz. Musa dövründə də, hz. Süleyman dövründə də indiki kimi, ictimai nizam içində müasir həyat yaşanmışdır. Hər dövrdə möminlər namazlarını qılmış, oruclarını tutmuş, Allahın bildirdiyi sərhədləri qorumuş, halal və təmiz həyat sürmüşlər. Arxeoloji qazıntılarda əldə edilən məlumatların göstərdiyi inkişaf etmiş həyat standartlarının ən gözəlinə, ən təmizinə Allaha iman gətirən saleh möminlər sahib olmuşlar. Yaşadıqları dövrün təmin etdiyi hər cür imkanın ən yaxşısını peyğəmbərlər və səmimi möminlər Allah rizasına uyğun olaraq istifadə etmişlər. Bu, “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)” ayəsinin təcəllisidir. Əlbəttə, imtahan mühitinin tələbi olaraq Peyğəmbərimizin (s.ə.v.) dövründə olduğu kimi, insanlar bəzən çətinliklərlə də sınanmışlar. Ancaq bu çətinliklər onların mədəni həyat yaşamadıqlarını göstərmir. Allahı inkar edən, inkarlarında israr edən, gözəl əxlaq göstərməyən və yer üzündə təxribatçılıq edənlərin sonu isə nə qədər varlı və mədəni olsalar da, hüsran olmuşdur. Üstəlik, bunların bir çoxu bəlkə də dövrümüzdəki cəmiyyətlərdən inkişaf etmiş imkanlara sahib olan cəmiyyətlərdir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. (Rum surəsi, 9)
Elm adamlarının dediklərindən:
Darvinizmin əsassızlığı

“Darvinist tezisin doğru olmadığı arxeoloji fosillərlə sübut edilmişdir. Əgər darvinizm doğru olsaydı, bu zaman həm arxeoloji qazıntılarda, həm də fosillərdə iki ayaqlılığın, texnologiyanın və inkişaf edən beyin ölçülərinin dəlillərini görməli idik. Amma bunu görmürük. Tarixi tapıntıların bir cəhəti belə bu tezisin yanlış olduğunu göstərmək üçün kifayətdir: daş alətlər”. (Richard Leakey, The Origin of Humankind, Basic Books, New York, 1994, s. 12)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s