Suyun Mühüm Xüsusiyyətləri

world_scenes-001YUXARIDAN DONMANIN FAYDASI

Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.

Əgər buz sudan ağır olsaydı (əslində belə olması daha təbii olardı), bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. Donan su maye sudan daha çox yer tutduğu üçün donan dənizlər əvvəlkinə nisbətən daha çox yer tutar və digər dənizlərin səviyyəsinin artaraq daşmasında səbəb olardı.

Bununla yanaşı suyun ən ağır halının +4°C-dəki kimi olması həyat üçün mühüm əhəmiyyət kəsb edir. Dənizlərdə +4°C temperatura çatan su, ən ağır vəziyyətdə olduğundan dibə çökür. Buna görə səthi buz dağları ilə örtülən dənizlərin dibi daima maye halındadır və canlıların yaşaya biləcəyi +4°C-lik temperaturdadır. Eyni şəkildə qış aylarında buz təbəqəsi ilə örtülən göl və çayların da alt hissələri həyat üçün əlverişlidir.

SUYUN GEC İSİNİB GEC SOYUMA XÜSUSİYYƏTİ

world_scenes-052Suyun digər xüsusiyyəti də buxarlanma və donma sürətinin çox yavaş olmasıdır. Yay aylarında gündüz istisi ilə çox tez isinən qumun gecə çox tez soyuduğu məlumdur. Lakin dəniz suyunun temperaturu gecə ilə gündüz arasında ancaq 2-3 dərəcə fərqlənir. Bunun səbəbi suyun kəskin isinmə və soyuma halında, malik olduğu istini müəyyən ölçüdə qoruyaraq buxarlanma və donma hadisəsini gecikdirməsidir. Suyun bu təsirini bütün yer üzünə aid etsək, okeanlarda və atmosferdə maye və ya buxar halda olan suyun Yerin temperaturunda çox mühüm rol oynadığı başa düşülər. Yer üzünü əhatə edən sular Yerin günəş şüalarına məruz qalan hissəsində temperaturu udaraq həddindən artıq isinmənin qarşısını alır. Eyni şəkildə günəş şüası ala bilməyən hissələrdə isə okeanlar və digər sular malik olduqları temperatur sayəsində kalorifer vəzifəsi yerinə yetirərək temperaturun həddindən artıq aşağı düşməsinə mane olurlar. Belə olmasaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox artacaq, Yer səhralaşacaq və həyat mümkün olmayacaq və ya çətin olacaqdı.

BULUDLARIN AĞIRLIĞI

Buludlar inanılmaz dərəcədə ağırdırlar. Məsələn, “Kumulo-nimbus” növündən olan fırtına buludunda 300.000 ton ağırlıqda su toplanmışdır. Göy üzündə 300.000 tonluq bir kütlənin saxlandığı bi nizamın “qurulması”, şübhəsiz , heyrətamizdir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s