Südyolu qalaktikası kainatdakı görkəmli yaradılışa nümunədir

sud-yolu-qalaktikasi2Bir çox insan aydın, dumansız yay gecəsində səmaya tamaşa etmiş və ulduzlarla dolu göy haqqında düşünmüşdür. Kainatın böyüklüyü haqqında bir-birindən fərqli bir çox nəzəriyyə irəli sürülmüşdür. İnsan ağlının qavramadığı qədər böyük fəza boşluğu və bu boşluğu dolduran qalaktikalar, milyardlarla göy cismi və onlar arasındakı qüsursuz müvazinət Allah’ın sonsuz gücünün dəlillərindəndir. Mükəmməl yaradılışı daha yaxşı təqdir etmək üçün Yer kürəmizin də yerləşdiyi Südyolu qalaktikasını təhlil etmək faydalı olar.

Kainat bir nöqtədən böyük partlayışla yaradılmışdır. Bütün partlayışlar mövcud nizamı pozduğu halda, “Big Bang” adlandırılan bu partlayış ilə kainatda sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm nizamla 300 milyard qalaktika əmələ gəlmişdir. Yaşadığımız Südyolu qalaktikası müşahidə edilən kainatdakı 300 milyard qalaktikadan biridir.

Südyolu qalaktikası spiral formasındadır

Südyolu çubuqlu spiral şəklində görünür. Mərkəzdəki çubuq formasındakı ulduz, loqarifm spiral kimi uzanan iki əsas qol və köməkçi qollar qalaktikanın formasını təşkil edir. Spiral görünüşlü bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.

Südyolu qalaktikası təkcə spiralvarı qalaktika deyil, həm də milyonlarla işıq ilinə uzanan böyük imperiyanın mərkəzidir. Südyolunun imperiyanın mərkəzi olmasının səbəbi ətrafında yerləşən 10 qalaktikanı cazibə qüvvəsi ilə idarə etməsidir. Qalaktika sistemini təşkil edən 10 qalaktika 2 qrupa bölünür. İlk qrup iki Magellan dumanlığından (nebulasından) ibarətdir. Bu Magellan dumanlıqları Südyolu qalaktikasının peykləri olmaqla yanaşı, ən yaxın iki üzvüdür. Digər qrup isə demək olar ki, heç kimin bilmədiyi 8 qalaktikadan təşkil olunmuşdur.

Günəş sistemimiz Südyolu qalaktikasının mərkəzinə yaxın yerdədir. Ancaq bu yaxınlığa baxmayaraq, mərkəzin ətrafında dövrünü 220 milyon ilə tamamlayır.

Forması və ölçüləri ilə qeyri-adi böyüklüyə malik olan Südyolunu və bu qalaktikanın peyklərini tənzimləyən bir çox qanun, müvazinət və ölçü var. Bunların hər biri isə içində insanın yaşaması üçün kainatı əmələ gətirəcək şəkildə İlahi hesablama və nizamla yaradılmışdır.

Südyolu qalaktikasının içində milyardlarla göy cismi var

Südyolu qalaktikasının içində Günəş kimi və əksəriyyəti ondan daha böyük olan təxminən 250 milyard ulduz var. İki ulduzlu planetlər, cırtdan ulduz sistemləri, süngər kimi büzülmüş planetlər və cırtdan günəşlər Südyolu qalaktikasının içindəki milyardlarla göy cisimlərindəndir.

Kosmosda saatda950.000 kmsürətlə naməlum istiqamətdə hərəkət edən qalaktikamızın bu böyük sürətdəki səyahəti həm milyonlarla ildir davam edir, həm də 300 milyard qalaktikanın heç biri ilə toqquşmur.

Bu sətirləri oxuyarkən içində olduğumuz qalaktika bizim nəzarətimiz olmadan eyni sürətlə, naməlum istiqamətdə səyahətinə davam edir. Ancaq bu yalnız bizim üçün naməlumdur. Qalaktikamız və içindəki milyonlarla tonluq kütlələr eyni sürət və istiqamətdə, heç biri orbitindən çıxmadan Allah’ın nəzarəti altında Onun müəyyən etdiyi yönə doğru axıb gedir.

Görünən kainatdakı Günəş kimi ulduzların sayı 1024 ədəddir. 1024 milyard dəfə milyard dəfə milyondan belə daha böyük olan qeyri-adi rəqəmdir. Bu 1024 ədəd ulduzun hər birindəki bircə toz zərrəsi belə hər an Allah’ın nəzarətindədir. Hər bir planetin, 1024 ulduzdan hər birinin, 300 milyard qalaktikadan hər birinin hərəkəti, dövretmə sürəti, temperaturu, məsafələri Allah tərəfindən müəyyən edilir və hər an yaradılır. Allah insanın xəbəri belə olmadan yer üzündəki qeyri-adi müvazinətləri hər an, hər saniyə qoruyur. Kosmik fəzadakı qüsursuz müvazinət qorunarkən bir neçə saniyə ərzində orqanizmin hər mm2-də qeyri-adi komplekslikdə və mükəmməllikdə, eyni zamanda, heyrətamiz sürətdə müxtəlif proseslər baş verir. 

Südyolu qalaktikası çox böyükdür

Yaşadığımız Yer kürəsində hər şeyi metr, kilometr kimi ölçü vahidləri ilə ölçürük. Ona görə, qarışqa5 mm, qolf topu 5 sm, zürafə 5.5 metr, Çin səddi6400 kmvə Yerin ekvatoru 40.000 km-dir. Ancaq kosmosun böyüklüyünü qavramaq üçün daha böyük ölçü vahidlərinə ehtiyacımız var. “İşıq ili” bu ölçü vahidlərindən biridir.

İşıq ili kainatdakı bir-birindən çox uzaq cisimlər arasındakı məsafəni hesablamaq üçün istifadə edilən ölçü vahididir və işığın bir ildə getdiyi yolu ifadə edir. İşıq bir saniyədə300.000 km, bir ildə isə təqribən 9.461.000.000.000 km yol qət edir. Bizə ən yaxın ulduz 4.22 işıq ili məsafədədir. Yer kürəmizin yerləşdiyi Südyolu qalaktikası təqribən 100.000 işıq ili böyüklüyündədir.

Südyolu qalaktikası çox böyük olduğuna görə, astronomlar işıq ili əvəzinə kiloparsek ölçü vahidindən istifadə edirlər (1 kpk=3260 işıq ili). Məsələn, Günəşimizlə qalaktikanın mərkəzi arasındakı məsafə 8.5 kpk, qalaktika diskinin diametri 35 kpk-dir, Südyoluna ən yaxın peyk qalaktika 50 kpk və ən uzaq peyk qalaktika isə 250 kpk məsafədədir. Şübhəsiz ki, bu rəqəmlər Südyolu qalaktikasının böyüklüyü haqqında təsəvvür yaradır.

Südyolu qalaktikasının öz mərkəzi ətrafında dövretmə sürəti saatda 914.000 km-dir. Aparılan tədqiqatlar qalaktikanın sıxlığının daha əvvəl hesablanandan 1.5 dəfə çox olduğunu, qalaktikamızın əvvəl bilinən böyüklüyündən 15% daha geniş və 50% daha sıx olduğunu, bundan əlavə, zənn edildiyindən daha sürətlə dövr etdiyini üzə çıxarmışdır.

Ancaq maraqlısı budur ki, kosmosu düşündükdə Südyolu qalaktikası özü də çox kiçik yerdir. Çünki kosmosda başqa qalaktikalar da var, üstəlik, təxminlərə görə, təqribən 300 milyard ədəd!… Corc Qrinstayn bu böyüklük haqqında “Simbioz kainat” (The Symbiotic Universe) adlı kitabında belə yazır:

“Əgər ulduzlar bir-birlərinə bir az da yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində baş verən əsas fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Yeganə fərq bu olardı ki, gecə otların üstündə uzanıb tamaşa etdiyim göy üzündə daha çox sayda ulduz olardı. Ancaq, yox, bir fərq də olardı: bu mənzərəyə baxan “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim mövcudluğumuzun ilkin şərtidir”. (George Greenstein, The Symbiotic Universe, səh. 21)

Qrinstayn bunun səbəbini də açıqlayır, kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişənlərin məhz insan həyatına uyğun formalaşmasını təmin edir. Bundan əlavə, Yerin kosmik fəzada hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasının qarşısını alan amil də kainatdakı göy cisimlərinin arasının bu qədər böyük boşluqlarla dolu olmasıdır. Qısaca desək, kainatda göy cisimlərinin səpələnməsi, qüsursuz nizam və müvazinət insan həyatı üçün məhz lazımi quruluşdadır. Nəhəng boşluqlar məqsədsiz meydana gəlməyiblər, məqsədli yaradılışın nəticəsidirlər.

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s