Su Dövranı və Həyat

world_scenes-262Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya ötürülür. İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon msu buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə hər il 3-4 milyon kmsu okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir.

yagisYAĞIŞDAKI ÖLÇÜ

Yağış müəyyən ölçü ilə endirilir. Yağışdakı bu ölçü də dövrümüzdəki araşdırmalar nəticəsində müəyyən edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. 16 milyon ton su eyni zamanda bir ildə Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıqdadır, müəyyən “ölçü əsasında“ dövran edir. Yer üzündəki həyatın davamı da bu su dövranı sayəsində təmin edilir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövranı əsla süni surətdə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa, qısa müddətdən sonra böyük ekoloji tarazsızlıq meydana gələr və bu da həyata son qoyar. Lakin heç vaxt belə olmur; yağış yer üzünə hər il eyni miqdarda enir.

Yağışdakı ölçü sadəcə miqdarında deyil. Yağış damlalarının enmə sürəti də müəyyən ölçüyə görədir. Yağış damlası nə qədər böyük olsa da, yer üzünə enmə sürəti müəyyən limitdən kənara çıxmır. Nobel mükafatına layiq görülmüş alman fizik Filip Lenardın fəaliyyətləri nəticəsində yağış damlalarının diametri böyüdükcə enmə sürətlərinin artdığını müəyyən etmişdir. Ancaq enmə sürətinin artması yağış damlasının diametri 4.5 mm olana qədər davam edir. Daha böyük yağış damlalarının isə enmə sürəti saniyədə 8 metri keçmir. Bunun səbəbi damlaların enərkən aldıqları formadır. Yağış damlalarının bu xüsusi forması atmosferin sürtünmə təsirini artırır və damlaların müəyyən sürət limitini keçməsinə mane olur.

YAĞIŞIN ƏMƏLƏ GƏLMƏSİ

Yağışın əmələ gəlməsi üçün zəruri olan mərhələlər haqqında məlumat, hava radarlarının kəşfi nəticəsində üzə çıxmışdı. Buna əsasən yağış 3 mərhələdən keçərək əmələ gəlir: küləyin əmələ gəlməsi, buludların meydana gəlməsi, yağış damlalarının əmələ gəlməsi.

1-ci mərhələ:

Okeanlardakı köpüklənmə ilə əmələ gələn saysız-hesabsız hava qabarcığı davamlı partlayır və su damlaları göy üzünə sıçrayır. Duz ilə zəngin olan bu damlalar daha sonra küləklərlə daşınır və atmosferdə yuxarı doğru qalxır. Aerozol adlandırılan bu kiçik zərrələr su tələsi funksiyasını yerinə yetirir və dənizlərdən yüksələn su buxarını öz ətraflarında kiçik damlalar halında toplayaraq bulud damlalarını əmələ gətirirlər.

2-ci mərhələ:

Duz kristallarının və ya havadakı toz zərrəciklərinin ətrafında yığılan su buxarı sayəsində buludlar əmələ gəlir. Bu buludların içərisindəki su damlaları çox kiçik olduğundan (diametri 0.01-0.02mm) havada asılı qalırlar və göyə yayılırlar. Beləliklə göy buludlarla örtülür.

3-cü mərhələ:

Duz kristallarının və ya toz zərrəciklərinin ətrafında birləşən su zərrələri ağırlaşır və yağış damlalarını əmələ gətirir. Beləliklə, havadan daha ağır hala gələn damlalar buluddan ayrılır və yağış formasında yerə enirlər.

ÖLÜ YERLƏRİ DİRİLDƏN YAĞIŞLAR

manzara_170Yağışın canlılar üçün həyati əhəmiyyəti olan suyu yer üzünə endirməsilə yanaşı bir də gübrələmə xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara qalxan yağış damlaları ölü torpağı “canlandıran” bəzi maddələri ehtiva edir. Bu “canlandırıcı” xüsusiyyətə malik yağış damlaları “səth gərginliyi damlaları” adlandırılır. Səth gərginliyi damlaları bioloqların dəniz səthinin mikro təbəqəsi adlandırdıqları yuxarı hissədə əmələ gəlir; millimetrin onda birindən daha incə olan bu təbəqədə mikroskopik dəniz yosununun və zooplanktonun parçalanmasından əmələ gələn bir çox üzvi artıqlar var. Bu artıqların bəziləri dəniz suyunda çox az olan fosfor, maqnezium, kalium kimi elementləri və bundan əlavə mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq öz içlərində toplayırlar. Yer üzündəki toxum və bitkilər, böyümələri üçün ehtiyac hiss etdiklərində çoxlu mədən duzlarını və elementləri məhz bu yağış damlalarından əldə edirlər.

Yağışla torpağa enən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrdən bəzilərinin (kalsium, maqnezium, kalium və s.) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin inkişafında və məhsuldarlığının artırılmasında lazım olan elementləri təşkil edirlər.

Qısaca desək, yağış mühüm gübrədir. Az münbit olan torpaq da yalnız yağış vasitəsilə gələn bu gübrələrlə belə yüz illik müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri qazana bilər. Meşələr də bu dəniz əsaslı aerozollar vasitəsilə böyüyür və qidalanırlar. Bu yolla hər il quruya 150 milyon ton gübrə düşür. Bu təbii gübrələmə prosesi olmasaydı, Yerdə daha az bitki olar, həyatın tarazlığı pozulardı.

Yağışın müəyyən ölçü ilə enməsi, onun tərkibi, əmələ gəlməsi və digər xüsusiyyətləri təsadüflərin deyil, şüurlu yaradılışın göstəricisidir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s