Su və Bitkilər Arasındakı Ahəng

Title Goes Here

Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.

Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.

Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su, hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir.Suyun səthi gərilməsi məlum olan digər mayelərin hamısından daha çoxdur və bunun yer üzündə çox vacib bəzi bioloji təsirləri var. Bitkilərə təsirini vacibliyinə görə birinci yerdə qeyd etmək olar.

Bitkilər suyun səthi gərilməsi sayəsində hər hansı bir pompaya (nasosa), əzələ sisteminə və s. malik olmadan torpağın dərinliklərindəki suyu metrlərlə yuxarı daşıya bilirlər. Məlum olduğu kimi, binalarda suyun yuxarı mərtəbələrə çatdırılması üçün son dərəcə kompleks sistem olan hidrofor sistemindən istifadə edilir. Ancaq bitkilərdə belə bir sistem yoxdur. Su səth gərginliyi sayəsində bitkinin ən ucqar nöqtəsinə qədər çatır. Bitkilərin köklərindəki və damarlarındakı kanallar suyun səthi gərilməsindən faydalancaq şəkildə qurulmuşdur.

Sequoia National Park, California

Yuxarıya doğru getdikcə daralan bu kanallar suyun yuxarı doğru qalxmasına səbəb olur. Əgər suyun səth gərginliyi digər bir çox mayelərinki kimi aşağı səviyyədə olsaydı, böyük bitkilərin bundan faydalanması mümkün olmazdı. Bu da yer üzündəki bütün canlılara mənfi təsir edərdi. Ancaq həm suyun, həm də bitkilərin qüsursuz yaradılışı sayəsində bu cür problemlər ortaya çıxmır.

Suyun yüksək səth gərginliyi ilə bitkilərin bu xüsusiyyətdən faydalanan quruluşu arasındakı uyğunluq yaradılışdakı qüsursuzluğu göstərir. Bütün bunlar təbiətin və canlıların təsadüflər nəticəsində əmələ gəlmədiyini, qüsursuz şəkildə yaradıldığını göstərən mühüm dəlillərdəndir.

2006-01-15_coin_on_water   amenbo_06f5520sx

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s