Saç telindən hörümçək ipəyinə

horumcek-toruKeratin saç tellərinin parlaqlığını necə təmin edir?

Saç kremi istifadə etdikdən sonra saç tellərinin bir-birinə qarışmadan asanlıqla açılması keratinin hansı xüsusiyyətindən qaynaqlanır?

Dırnaq, quş tükü, dəri, ipək, yun kimi bir-birindən çox fərqli maddələrin tərkib hissəsi olan keratinin ən əsas xüsusiyyəti nədir?

Kainatın hər yerində, ən kiçik zərrəsində belə böyük yaradılış var. Biz hər tərəfi molekulların birləşməsindən meydana gəlmiş dünyada yaşayırıq. Bəzi molekullar qoxu və dad əmələ gətirir. Bəziləri havada uçur, bəziləri bədənimizi, bəziləri də suyun dərinliyindəki ehtişamlı gözəllikləri əmələ gətirirlər. Qısaca desək, həyatımızdakı hər şey molekuldur. İnsan həyatının hər tərəfini əhatə edən bu molekullardan biri də bir-birindən tamamilə fərqli formalar meydana gətirən və xüsusilə qoruyucu xassəsi ilə fərqlənən keratindir.

Keratin molekulunun saç telinə qazandırdığı xüsusiyyətlər 

Saçlarınız bir-birinə disulfid rabitələri ilə bağlanmış keratin molekullarından təşkil olunmuşdur. Saçınızda hər hansı dəyişiklik baş versə, bu disulfid rabitələri qırılır. Məsələn, saçı müxtəlif proseslərlə dalğalandırdıqda gözlə görünməyən molekulyar rabitələrdə dəyişiklik baş verir.

Saçlarınızın elastikliyinin səbəbi keratini əmələ gətirən hidrogen rabitələridir. Elastik hidrogen rabitələrinin səbəb olduğu bu xüsusiyyətə görə saçlar hərəkət edir və qırılmır. Gəlin, əksini düşünək. Əgər keratin molekulları fərqli kimyəvi rabitə ilə bağlansaydı, asanlıqla formasını dəyişən, hərəkət edən saçlarımızın əvəzinə bərk saçlarımız olardı. Ancaq hidrogen rabitələri sayəsində belə olmur.

Saçın parlaqlığı saçın işığı əks etdirmə xüsusiyyətindən asılıdır. Bəzi saç dərmanları və şampunlar keratin molekullarındakı hidrogen ionlarını çıxararaq onların elektrik yüklərini dəyişdirirlər. Nəticədə, keratin molekulları və mikrofibril topaları daha möhkəm yapışır və işığı daha yaxşı əks etdirirlər. Bu  məmulatlardan istifadə etdikdən sonra saçın daha çox parıldamasının səbəbi molekullarda əmələ gələn bu kiçik dəyişiklikdir.

Saç kremindən istifadə etdikdən sonra saçların daha asan açılması da molekulyar səviyyədə baş verən müxtəlif dəyişikliklərin nəticəsidir. Saç kremlərində ionik maddələr var və onlar keratin liflərinə birləşərək elektrik yüklərinə təsir edirlər. Bu, bir-birinə yaxın görünən saç tellərinin arasındakı itələmə qüvvəsini artırır. Saç telləri bir-birlərindən uzaqlaşdıqlarına görə, bir-birlərinə dolaşıb qırılmırlar.

Keratin hər yerdədir 

Keratin molekulu bədənimizdə, canlılarda və gündəlik həyatda istifadə etdiyimiz əşyalarda müxtəlif formalarda mövcuddur. Buna misal olaraq aşağıdakıları göstərə bilərik:

Caynaqlar və dırnaqlar

Caynaq və dırnaqlar keratindən ibarətdir. Ancaq bunlar daha çox disulfid rabitə ilə çarpaz birləşiblər. Bu çarpaz birləşmə keratini daha möhkəm edir. Dırnaq və caynaqların da bərk olmasının səbəbi budur.

İpək 

İpək də keratin molekullarından təşkil olunur. Bir çox həşəratın ifraz etdiyi bərkləşmiş maye olan ipəyi təşkil edən keratin molekulları digər maddələrdəkindən fərqli olaraq spiralvari deyil. İpəkdəki keratin molekulları bir-birlərinin üstünə yığılaraq birləşmiş möhkəm amin turşusu lövhələri əmələ gətirirlər. İpəyin səthinə toxunduqda bu hamarlığı hiss edə bilirik.

Dəri

Dərini qoruyan maddə keratindir. Dərinin nə qədər möhkəm maddə olduğu məlumdur. Keratin özünəməxsus molekulyar quruluşu ilə dərini xarici amillərə qarşı möhkəmləndirir, dərinin xüsusiyyətini müəyyən edir. Misal olaraq dərinin məsaməli quruluşunu göstərə bilərik. Bu məsaməli quruluş insanın həyatda qalması üçün olduqca vacibdir. Məsaməli quruluş olmasa, orqanizmdəki artıq temperatur və suyun bədəndən xaric edilməsi mümkün olmaz və insanın hərarəti qalxaraq ölər. Keratin bu məsaməli quruluşun əsasını təşkil edir. Daima xarici mühitlə və müxtəlif zərərli mikroorqanizmlərlə təmasda olan dəri bütün bunlara qarşı özünü müdafiə edən quruluşu keratin sayəsində qazanır.

Hörümçək ipi

Elm adamlarının fikrincə, hörümçək ipi yer üzündəki ən möhkəm məmulatlardan biridir. Hörümçək ipinin bu üstün quruluşu ipəyin kimyəvi quruluşunda və hasilat mərkəzində gizlidir. Hörümçək iplərinin xam maddəsi spiralvari amin turşusu zəncirlərindən ibarət keratin adlı zülaldır. Keratinin elastik hidrogen rabitələri ilə birləşmiş amin turşularından təşkil olunması hörümçək ipini möhkəm və elastik edir. Bu elastiklik Amerikanın məşhur jurnallarından “Science News”da belə bir bənzətmə ilə tərif edilir:

“Hörümçək ipindən ibarət insan ölçüsündə balıq toruna bənzər bir tor sərnişin təyyarəsini saxlaya bilər”.

Keratin müxtəlif xüsusiyyətlərinə görə, çox müxtəlif sahələrdə istifadə olunur, bir-birilə əlaqəsi olmayan bir çox materialın əsasını təşkil edir. Məsələn, dəri ilə dırnaq bir-birlərindən fərqli maddələrdir. Yun isə tamamilə fərqlidir. Ancaq hamısı keratindən təşkil olunmuşdur və keratinin özünəməxsus xüsusiyyətlərinə görə, hər birinin müxtəlif quruluşu var. Məsələn, saç və dəri elastik, dırnaqlar isə bərk olmalıdır. İpək hamar görünüşü üçün düz quruluşa malik olmalıdır. Hamısının bir-birindən fərqli xüsusiyyətləri məhz keratin molekulundan qaynaqlanır.

Quş tükləri

Quşların asanlıqla uçması üçün qanadları yüngül olmalıdır. Tüklər də quşların bu ehtiyaclarına ən uyğun maddədən yaradılıb. Bu maddə keratin zülallarıdır. Quşların tüklərini meydana gətirən bu həyati əhəmiyyətli maddə, əslində, bir növ tullantı maddəsidir. Bu tullantı maddəsi dərinin alt təbəqələrində ölən yaşlı hüceyrələrdən əmələ gəlir. Ölü hüceyrələr yerlərini yeni hüceyrələrə verirlər. Beləliklə, qida və oksigen mənbələrindən uzaqlaşaraq bərk, davamlı keratin maddəsini əmələ gətirirlər.

Keratin quş tüklərindəki açıq-tünd rənglərin əmələ gəlməsinə də təsir edir. Məsələn, tovuzquşunun tükündəki görmə bucağına görə dəyişən əlvan rənglər “incə kadr” adlanan optik amil nəticəsində əmələ gəlir. Bu “incə kadr” təsiri üç keratin təbəqəsində eyni anda meydana gəlir və fərqli rənglər ortaya çıxır.

Keratin təbəqələrinin müəyyən rəng əmələ gətirməsi onların həddindən artıq incə olmasından qaynaqlanır. Keratin təbəqələrinin qalınlığı millimetrin 20.000-də 1-inə bərabərdir və bu, ən parlaq rəngi əmələ gətirmək üçün optimal qalınlıqdır. Çünki təbəqənin qalınlığı gözlə görünən işığın dalğa uzunluğundan artıq olmamalıdır.

Tukanların dimdiyi

Ekvatora yaxın bölgələrdə tropik meşələrdə yaşayan tukanların ən diqqətçəkən xüsusiyyətləri bədənlərinə nisbətən xeyli böyük olan əlvan rəngli dimdikləridir. Tropik meşələrdə yaşayan tukanların dimdikləri yeyilməsi çətin olan meyvələri belə asanlıqla yemələri üçün möhkəm yaradılmışdır. Bu qədər böyük və möhkəm dimdiyin ağır olduğunu düşünə bilərsiniz; ancaq, əslində, ağır deyil. Bu dimdiklərin ən əsas xüsusiyyəti çox möhkəm olmalarına baxmayaraq, çox yüngül olmalarıdır (Our Amazing World Of Nature, Its Marvels & Mysteries Reader’s Digest, səh. 187). Bunun səbəbi isə tukanların rəngarəng yaradılmış dimdiklərinin, əsasən, keratindən təşkil olunmasıdır.

Keratinin elastik hidrogen rabitələri ilə birləşmiş amin turşularından təşkil olunması maddələrə çox möhkəm elastiklik qazandırır. Buna görə, tukanların dimdiklərinin uzunluğu 20 sm-ə çatsa da, keratinin elastikliyi sayəsində hərəkət qabiliyyətləri çoxdur.

Bizim bədənimizdə müxtəlif görünüşə və quruluşa malik olan keratin molekulu quşların bədənində tamamilə başqa yaradılışdadır. Quş tüklərindəki keratin maddəsi heç vaxt tük əvəzinə insan bədənindəki kimi saça və ya dırnağa çevrilmir. Həqiqətən də, hər maddə ehtiyaca görə formalaşır.

Keratin molekulu yaradılış möcüzəsidir

Molekullar müxtəlif xüsusiyyətlərlə üstün sənət və elmlə yaradılmışdır. Eyni keratin molekulunun dərini və saçı xarici amillərin təsirindən qoruması, saça elastiklik verməsi, ipəyin səthinin hamarlığını və eyni zamanda, dırnaq və caynaqların möhkəmliyini təmin etməsi gözlə görünməyən atomlarda yaradılmış böyük möcüzədir. Yaradıcı yer üzünü yoxdan yaratmış və bütün kainatda heyranedici sənət nümayiş etdirmişdir.

Keratin təbiətdə funksiyasını yerinə yetirmək üçün Allahın yaratdığı sayıb qurtara bilməyəcəyimiz qədər çox nemətlərdən sadəcə biridir. Təkcə bir molekulun bu qədər mükəmməl sistemə malik olması belə canlıların təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu sübut edir. Ətrafımızda gördüyümüz və ya görmədiyimiz bütün incəliklərdə yaradılışın açıq-aşkar izləri var. Şübhəsiz ki, bunların hamısı hər şeyin yaradanı olan Allaha aiddir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s