Özlərinə dərman istehsal edən canlılar

Dərman almaq istədikdə həkimlə məsləhətləşir və həkimin təklif etdiyi, təcrübə və araşdırmalar nəticəsində istehsal edilən dərmanları alırsınız. Çünki bunları özünüz istehsal edə bilməzsiniz. Halbuki, bir çox canlı ehtiyac duyduğu dərmanları öz bədənində istehsal edir.

550988_372797486122087_1002726847_n-300x221

Öz aspirinlərini istehsal edən qoz ağacları

Quraqlıq, yüksək temperatur və buna bənzər şəraitlə qarşı-qarşıya qalan qoz ağacları aspirinə bənzər kimyəvi dərman ifraz edirlər. Qızdırma və ya infeksiyaya qarşı aspirin qəbul edən insanlardan fərqli olaraq, bitkilər çətin hava şəraitinə qarşı mübarizə aparmaq üçün biyokimyəvi müdafiə mexanizmlərini gücləndirən kimyəvi maddələri (metil salisilat və s.) qaz halında istehsal edirlər. Bunlar qozun müdafiə mexanizmini gücləndirən zülalların istehsal edilməsini sürətləndirir.

Qoz ağacı kimi bir çox bitki də Allahın onlar üçün yaratdığı xüsusi sistem vasitəsilə çətin hava şəraitinə müqavimət göstərirlər. Bundan əlavə, aspirinin əsas maddəsi olan metil salisilat günəş kremlərində, revmatizmin müalicəsində ağrıkəsici və antiseptik kimi istifadə edilərək insanlara fayda verir.

Mədə dərmanlarını özləri istehsal edən timsahlar

Çox miqdarda yemək həzm prosesini çətinləşdirir. Bu, tez-tez rast gəldiyimiz mədə narahatlıqlarından biridir. Bu narahatlıq hissindən xilas olmaq üçün dərmanlara və  müxtəlif üsullara müraciət edilir. Halbuki, öz bədən ağırlığının təxminən 23%-i qədər yemək yeyən timsahlar heç vaxt mədələrində narahatlıq hiss etmirlər. Çünki mədə dərmanlarını özləri istehsal edirlər. Üstəlik, bunu müasir dövrdə istehsal edilən bəzi mədə dərmanları ilə eyni xammaldan istifadə edərək edirlər. Bu dərmanı qanlarının axma istiqamətini dəyişdirərək əldə edirlər.

İnsan, məməli və quş damarlarının timsahlarda olduğu kimi, xüsusi axma sistemi yoxdur. Sol aorta damarı timsahlardan başqa bütün canlılarda karbondioksidi daşıyan çirkli qanın ürəyin sağ tərəfindən nasosla vurularaq ağciyərlərə çatmasını və buradan karbondioksid alaraq ağciyərlərdən kənara atılmasını təmin edir.

Timsahlar sol aorta damarından istədikləri kimi istifadə edirlər. Yeməkləri həzm edərkən qanın normal axma istiqamətini dəyişdirərək karbondioksidlə zəngin olan qanı mədələrinə göndərirlər. Çünki ifrazat vəzlərinin həzm üçün mədə turşusuna, bikarbonat ifraz etmək üçün karbondioksidə ehtiyacı var.

Həzm dərmanı kimi istifadə edilən bəzi mədə həblərinin tərkibində karbonun olduğunu nəzərə alsaq, timsahın karbondioksidi qarnına göndərərək həzm üçün lazım olan mədə turşusu və bikarbonat istehsalını sürətləndirməsi prosesində üstün ağıl sahibi olan Allahın yaratma sənətini görə bilərik.

Antibiotik istehsal edən arılar

Zərərli bakteriya ilə birlikdə yaşayan çöl arısı istehsal edilən 9 cür antibiotikdən istifadə edərək sürfələrini infeksiyalardan qoruyur.

Çöl arılarının dişiləri yuvalarını torpağın içində qazır və burada yumurta qoyur. Çıxan sürfələri yedirtmək üçün bir bal arısını tutub, iflic edərək yumurtaların önünə qoyurlar. Ancaq torpağın altı canlılar və xüsusilə yumurta və sürfələr üçün etibarlı yer deyil. Torpaq isti, nəm və orqanik maddə baxımından zəngin olduğundan kif və bakteriyaların təsirinə məruz qalır. Arıların vəzifəsi sürfələri bu zərərdən qorumaqdan ibarətdir.

Dişi arılar balalarını qorumaq üçün öz antenalarında saxladıqları streptomiset bakteriyaları yuvanın tavanından asırlar. İsti yuva əldə edən bakteriya doqquz antibiotik maddədən ibarət olan ifrazat istehsal etməyə başlayır. Bu ifrazat bir çox zərərli bakteriya və göbələyə təsir edir. Yumurtadan çıxan sürfələr də tavandakı bu əcza şkafını açaraq bakteriyaları baramalarına sürtürlər.

Bu nümunələr üzərində dərin düşünmək canlıların davranışlarının təsadüfən ortaya çıxmadığını anlamaq üçün kifayət edir. Çünki arının öz antenasında saxladığı bir bakteriyanın antibiotik ifraz edəcəyini bilməsi, bu antibiotikin balaların qorunması üçün lazımlı olduğunu düşünməsi, balaların isə tavandan asılan bakteriyaların ifrazatının  onları qoruyacağını bilməsi, əlbəttə, qeyri-mümkündür.

Həkim qarışqalar

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru  Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.

Bildiyimiz kimi, qarışqaların bədəni çox kiçikdir və onlar sadə bir orqanizmə sahibdirlər. Xəstəlik, mikrob və antibiotik arasındakı əlaqəni təhlil etmək isə olduqca kompleks  davranışdır. Əlbəttə ki, qarışqalar xəstəlik yaradan bakteriya və ya mikroblardan xəbərdar ola bilməzlər. Elm adamları xüsusi mikroskoblar sayəsində bunları araşdıra bilirlər.

Qarışqaların qatranın xəstəliyin qarşısını alacağını bilmələri heyrətamizdir. Onların ətrafında çox sayda bitki olmasına baxmayaraq, məhz qozalı ağaclarını seçmələri şüurlu hərəkətdir. Qarışqalar sanki hansı xəstəliyə qarşı hansı dərmanı verəcəklərini bilirmiş kimi davranırlar. Ayrıca, qarışqaların qatran toplayarkən birlikdə çalışması yuvanın ümumi sağlamlığını düşündüklərini də ortaya qoyur

Qanlarındakı antitellərlə xəstəliklərin qarşısını alan köpək balıqları

Avstraliyalı elm adamları köpək balıqlarının qanında olan antitellərin xərçəng xəstəliyi ilə mübarizədə əhəmiyyətli rol oynayacağını açıqlayıb. Tədqiqatçılar  müəyyən edib ki,

köpək balıqlarının qanında xəstəliklərlə mübarizə aparan fərqli antitellər var və bunlar xərçəng hüceyrələrinin çoxalmasına mane olur. Köpək balıqlarının güclü immun sisteminə sahib olmalarının və nadir halda infeksiyaya yoluxmalarının səbəbi də bu antitellərdir.

Bu canlıların xüsusi kimyəvi əməliyyatlar apararaq xəstəliklərə qarşı tədbir görməsi Allahın yaratdığı gözəlliklərdən biridir.

Bədənləri üçün xüsusi dərman hazırlayan koalalar

Avstraliyada evkalipt ağacının 600-dən çox növü var. Ancaq koalalar bunların yalnız 35-indən istifadə edirlər. Evkalipt ağacı koala üçün təkcə sığınacaq deyil, eyni zamanda, qida mənbəyidir. Evkalipt yarpaqları koalanın yeganə qidasıdır. Bununla yanaşı, evkalipt yarpaqları koalalar üçün dərman rolunu da oynayır.

Evkalipt yarpaqları bir çox tibbi təsirə malikdir. Yarpaqları efir yağı ilə zəngindir. Bu yağ bir çox heyvan üçün öldürücüdür. Koalanın qaraciyəri isə bu maddənin zəhərini zərərsizləşdirir. Koala bu yağı bədənindən çıxarır. Bütün bədənə sürtülən yağın bir qismi havaya sovrulur, bir qismi isə bədənin içinə girir. Yağ heyvanın bədənindəki parazit həşəratların yerə tökülməsini təmin edir. Əslində, koalanın bunların heç birindən xəbəri yoxdur. Koalanı bu xüsusiyyətlərlə Allah yaratmışdır.

Ağıl və şüura sahib olmayan bir canlının öz dərmanını özü istehsal etməsi, müxtəlif kimyəvi maddələr ifraz etməsi, qanının axma istiqamətini dəyişdirməsi və ya qanında infeksiyalara qarşı antitel yaratması, bakteriyaların istehsal etdikləri antibiotikləri bilməsi, bunların nə işə yaradıqları haqqında doğru qərarlar verərək hansı vəziyyətlərdə istifadə edəcəyini düşünməsi, üstəlik, bu məlumatın o canlı növünün bütün üzvlərində var olması bizə bir həqiqəti göstərir: bu canlılara hökm edən, onlara məlumatları ilham edən və davranışlarını idarə edən güc Allah’a aiddir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s