Biomimetika: Təbiətdəki Texnologiyaların Təqlidi

26979_109212859109647_100000628013523_119699_3061218_nHal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.

Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin bütününü ifadə edən termindir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat və s. sahələrdə ehtiyac var. Biomimetika təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsədinə çevirmiş yeni elm sahəsidir.

“Biomimikri” kitabının müəllifi Cenin M. Benyus  təbiətdəki mükəmməl sistemlərin, modellərin təqlid edilməsinin vacibliyini nümunələrlə belə izah edir:

skorsky2

  • Arı quşları 10 qramdan daha az “yanacaq” sərf edərək Meksika Körfəzini keçə bilirlər;
  • İynəcələr ən mükəmməl vertolyotlardan belə daha yaxşı manevr edirlər;
  • Termit qüllələrində olan temperatur və ventilyasiya sistemləri, təchizat və enerji sərfi baxımından insanların istifadə etdikləri texnologiyalardan daha üstündür;
  • Yarasanın geniş-tezlikli ötürücüsü, insanların hazırladığı radarlardan daha məhsuldar və həssas işləyir;
  • Qütb balıqları və qurbağalar donduqdan sonra yenidən həyata qayıdır və orqanları buz səbəbiylə zədələnmir;
  • Buqələmun və digər bəzi canlılar olduqları mühitə uyğun şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirə bilirlər;
  • Arılar, çanaqlı bağalar və quşlar xəritələri olmadan uzaq məsafəyə səfərlər edə bilirlər;
  • Balinalar və pinqvinlər oksigen balonu istifadə etmədən suya baş vura bilirlər;
  • DNT molekulunun məlumat saxlama tutumu;
  • Yarpaqlar fotosintez əməliyyatı nəticəsində ildə 300 milyard ton şəkər istehsal edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırır… (1)

Yuxarıda yalnız bir neçə nümunəsinə diqqət çəkdiyimiz təbiətdəki heyranedici mexanizm və dizaynlar, texnologiyanın bir çox sahəsini zənginləşdirmə potensialına malikdir. Məlumat bazasının artması və texnoloji imkanların inkişafı bu potensialı daha da artırır.

1. Janine M. Benyus, Biomimicry, Innovation Inspired By Nature, William Morrow and Company Inc., New York, 1998, s.99-100

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s