Atomun Möcüzəvi Xüsusiyyətləri

how-to-draw-an-atom31-300x300Dağları, dənizləri, yarpaqları, heyvanları, planetləri, ulduzları, hüceyrələri, DNT-ləri, əllərinizi, dərinizi, sizi, qısacası, hər şeyi atomlar meydana gətirir. Stəkanı tutduqda atomlara toxunursınız, mənzərəyə baxdığınızda böyük bir atom toplusuna baxırsınız, yaşadığınız yer, yediyiniz yemək, içdiyiniz su atomlardan ibarətdir.

Ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan təşkil olunmuşdur. Əlinizdəki jurnalın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə onları görmək mümkün deyil. Atomun diametri, ancaq millimetrin milyonda biri qədərdir.

Bu cür kiçik olmasına baxmayaraq, atomun içində qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Bu kiçik atomlardan ibarət bədənlə havadakı atomlarla tənəffüs edir, qidalardakı atomları yeyir, suyun atomlarını içirsiniz. Gördükləriniz isə gözünüzdəki atomlara aid elektronların fotonlarla toqquşmasıdır. Bəs toxunduqda hiss etdikləriniz? Onlar da dərinizdəki atomların əşyalardakı atomlarla bir-birlərini itələməsindən ibarətdir.

Hazırda insanların çoxu bədəninin, kainatın, dünyanın, qisaca, hər şeyin atomlardan ibarət olduğunu bilir. Amma, bəlkə də, bu günə qədər “atom” adlandırdığımız bu varlığın necə sistemə sahib olduğu haqqında düşünməmişdir.

Halbuki insan bu qüsursuz sistemlə yaşayır. Üstəlik bu elə bir sistemdir ki, ona çox ciddi bir müdaxilə olmadıqca təbii şərtlərdə əsla pozulmur.

Atomdakı həssas tarazlıq

Atomu möcüzəvi edən fövqəladə kiçik ölçüsü və buna rəğmən sahib olduğu xüsusiyyətlərdir. Atomun radiusu millimetrin milyonda biri qədərdir. Bu böyüklüyü anlaya bilmək üçün belə bir nümunə verə bilərik. 100 milyon atomu yan-yana qoyduğunuzda əldə edəcəyiniz uzunluq yalnız 1 santimetrdir. Jurnalın bir səhifəsi təxminən 1 milyon atom “qalınlığındadır”.

Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz, bu açarın içindəki atomları görməyiniz mümkün deyil. “Atomları mütləq görmək istəyirəm”, -deyirsinizsə, əlinizdəki açarı dünyanın böyüklüyünə qədər böyütmək lazım olacaq. Əlinizdəki açar dünya böyüklüyündə olsa, o zaman açarın içindəki hər bir atom albalı böyüklüyündə olar və siz də onları görə bilərsiniz. (Jean Guitton, Tanrı və elm, Simavi nəşrləri, 1993, səh: 62)

Kainata baxdığımızda yaradılan hər şeyin zaman keçdikcə məhv olduğunu, xarici təsirlərlə köhnəldiyini və aşındığını görürük. Hər şeyin təməl elementi olan atomda isə belə bir pozulma -xüsusi müdaxilələrlə reallaşdırılan nüvə reaksiyaları xaricində- əsla olmur.

Elektronların atom içindəki hərəkəti

Atom1-300x300

– Elektronların orbiti: Hər atom bir nüvə və nüvədən çox uzaqdakı orbitlərdə hərəkət edən elektronlardan təşkil olunub. Elektronlar eynilə dünyanın Günəş ətrafında dönərkən eyni zamanda öz ətrafında da dönməsi kimi, atom nüvəsinin ətrafında dönən hissəciklərdir. Planetlərdə olduğu kimi, bu dövran bizim orbit adlandırdığımız yollarda çox böyük bir nizamla və fasiləsiz reallaşır.

– Saniyədə 1000 km sürət: ən güclü mikroskoplar tərəfindən belə görünə bilməyəcək bir sahədə, nüvənin ətrafında dövr edən elektronlar atomun içərisində qarışıq bir trafik meydana gətirir. Burada diqqəti cəlb edən isə nüvənin ətrafını elektrik yükündən yaranan bir zireh kimi əhatə edən elektronların atomun içərisində qəza törətməmələridir. Saniyədə 1000 km kimi fövqəladə bir sürətlə hərəkət edən elektronlar bir-birlərilə bir dəfə belə olsun toqquşmurlar.

Elektronların hər birinin öz orbitlərində dövr etdikləri, heç bir səhvə yol vermədikləri və kiçik ölçülərinə baxmayaraq, yüksək sürətləri ilə niyə toqquşmadıqları kimi suallar bizi bir nöqtəyə aparır. Bu bənzərsiz nizam və həssas tarazlıqda qarşımıza çıxan tək həqiqət Allahın qüsursuz yaratmasıdır.

Elektronlar Allahın özləri üçün təyin etdiyi orbitlərdə heç dayanmadan dövr edirlər. Orbitlərində ən kiçik bir dəyişiklik belə olmur.

Atomların  99,9999999%-i boşluqdur

Bu çox kiçik möcüzə var olan hər şeyin səbəbidir. Ən maraqlı olan isə atomların 99.9999999%-nin boşluq olmasıdır. Atomlar müsbət yüklü protonlar, mənfi yüklü elektronlar və yüksüz neytronlardan ibarətdir. Neytron və protonlar bir-birləri ilə bitişik halda nüvəni təşkil edir, elektronlar isə saniyədə 1000 km kimi yüksək bir sürətlə, fasiləsiz olaraq nüvə ətrafında fırlanırlar. Atomun kütləsini təşkil edən nüvə atomun həcminin milyardda birinin yalnız milyonda birini meydana gətirir. Ancaq bu kütlə olduqca böyük sıxlığa malikdir. Çünki atomun ağırlığının demək olar hamısını ehtiva edir. Əgər Empire State binasını təşkil edən atomların içindəki boşluqları çıxarmaq mümkün olsaydı, binanın əvəzində kibrit qutusundan daha kiçik bir şey qalardı. Ancaq kütləsi dəyişmədiyi üçün bu qutunu ən güclü kranlar belə qaldıra bilməzdi.

Atomun sahib olduğu kiçikliyi anlamağımız canlı-cansız bütün varlıqlarda təcəlli edən sənəti görə bilməyimiz üçün çox əhəmiyyətlidir. Boşluqlardan ibarət olan bədənimiz boşluqlardan ibarət kresloya oturur, boşluqlardan ibarət olan mənzərəni seyr edir və bizlər boşluqlardan ibarət kosmosun içində fasiləsiz şəkildə fırlanırıq. Az qala hamısı boşluq olan atomlardan ibarət nəhəng okeanlar, gözəlliklər və nemətlər Allahın əsərləridir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s