Ultrasəs Dalğaları ilə Xəbərləşən Qurbağalar

feng_albert_qurbaga-206x300Elmi adı Amolops tormotus olan Çin qurbağası Çində hündür şəlalələr və çaylarla örtülü ərazidə yaşayan nadir rast gəlinən qurbağa növüdür. Bu qurbağaların həyatında su səsi hakimdir. (1) Ünsiyyətə mane olan bu cür səslər elm adamları tərəfindən “gurultu” adlandırılır. Elm adamları əvvəlcə qurbağaların bu gurultu səbəbindn xəbərləşmədə çətinliklər yaşadıqlarını düşünürdülər. Ancaq çox maraqlıdır ki, aparılan tədqiqatlar bu qurbağaların problemsiz xəbərləşdiklərini göstərdi. Bəs nə cür?

Bu kiçik canlılar səs siqnallarını “ultrasəs” adlanan, insan qulağının eşitmədiyi çox yüksək tezliklərdə yollayırlar. (2) Tədqiqatı həyata keçirən qrupun rəhbəri İlinoys Universitetindən Albert Fenq bu növ qurbağaların erkəyinin 128 kHz-dən çox tezliklərdə səslər çıxartdığını müəyyən etdiklərini bildirir. (3) Bu tezlik insanın eşidə bildiyi ən yüksək tezlikli səsdən qat-qat çoxdur. Belə ki, səs siqnallarını bu yüksək tezliklərdə göndərmənin öz-özlüyündə mənası yoxdur. Çünki bu səs siqnallarının məna qazanması üçün onları qəbul edəcək xüsusiyyətdə qulaqların da olması şərtdir. Allah bu kiçik canlıların qulaqlarını yüksək tezlikli səs siqnallarını qəbul edəcək şəkildə yaratmışdır.Albert Fenq bu qurbağalar üzərində apardığı tədqiqatlarda heyvanın qulaq pərdələrinin incə olduğunu, çuxur formasındakı qulaqlarının qulaq pərdəsi və qulaq arasındakı məsafəni azaltdığını, bu sayədə də ultrasəsləri eşitmənin mümkün olduğunu müəyyən etmişdir. (4)

Çin qurbağaları haqqında əldə bu məlumatlardan sonra bu suallar gündəmə gəlmişdir:

Bu qurbağalar yaşadıqları bölgədəki səs-küyün müəyyən tezlikdə olduğunu haradan bilirlər?
Bu problemin öhdəsindən gəlmək üçün yüksək tezliklərdə səs siqnalları göndərməli olduqlarını bilirlər?
Yüksək tezlik yayan səs sistemi orqanizmlərində necə əmələ gəlib?
Yüksək tezlikli səsləri qəbul edən qulaqları necə əmələ gəlib?

Əlbəttə, qurbağadakı bu mükəmməl sistemi bu kiçik canlının özbaşına təkmilləşdirməsi mümkün deyil. Çünki ortada xüsusi şərtlərdə istifadə edilmək üçün hazırlanmış ötürücü və bu ötürücüyə uyğun nizamlanmış qəbuledici var.

Bütün bu sistemin ortaya çıxmasını təkamül nəzəriyyəsinin iddia ediyi kimi “təsadüf” ilə açıqlamaq da mümkün deyil. Çin qurbağasındakı ultrasəs rabitə sistemi mürəkkəb quruluşdadır və əsla təsadüfi baş verən mutasiyalarla açıqlana bilməz. Sistem işləmək üçün bütün təfərrüatları ilə eyni anda, qüsursuz şəkildə mövcud olmalıdır. Qurbağa həm yüksək tezliklərdə səs yayan quruluşa, həmdə bu səsləri qəbul edib təhlil edəcək xüsusiyyətdə orqana malik olmalıdır ki, bu sistem işə yarasın. Əlbəttə, bütün bunlar təsadüflərlə açıqlana bilməz. Aydındır ki, bu qüsursuz sistemi elmi hər şeyi ehtiva edən və hər şeyə gücü çatan aləmlərin Rəbbi olan Allah yaratmışdır.

ses_ustu_dalgalar_qurbaga-300x199

Qurbağanın bunları bilmə ehtimalı varmı?

Tezlik, səs mənbəyinin bir saniyədəki rəqslərinin sayı.

Hertz, səs dalğaıarının 1 saniyə ərzində yayılma tezliyini ifadə etmək üçün istifadə edilən vahid.

Səs, cisimlərin titrəyişi nəticəsində meydana gəlir. Səsin çatdırılması üçün hava və ya su şəraiti lazımdır. Səs dalğalarının yayılma sürəti olduğu şəraitin sıxlığına bağlıdır.

Səs dalğaları 3 cür olur:
1. Infrasound (infrasəs), tezliyi 20 hertz və ya daha aşağı olan səslərdir.

2. Eşidilən səs, tezliyi 20 – 20.000 hertz arasında olan qulaqlarımızla eşidilən səslərdir.

3. Ultrasound (ultrasəs), frekansı 20.000 hertz`dən çox (2 – 15 Mhz) qulağımızla eşidə bilmədiyimiz səslərdir.

Qeydlər:
1)     Old World frog and bird vocalizations contain prominent ultrasonic harmonics, Acoustical Society of America, February 2004
2)     Ultrasonic communication in frogs, Nature Volume 440, March 2006
3)     http://dsc.discovery.com/news/afp/20060313/frog_ani.html?source=rss
4)     http://dsc.discovery.com/news/afp/20060313/frog_ani.html?source=rss
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s