Kök hüceyrələrin tibbdə geniş istifadəsi

kok-huceyreSon günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların  yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.

Kök hüceyrə nədir? 

Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.

Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir.Daxildəki bu hüceyrə yığını müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilir. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrəkök hüceyrə deyilir. Bədənimizdəki əzələ, dəri, qaraciyər hüceyrələri kimi hüceyrələrin müəyyən hədəfi var və bu hüceyrələr bölündükdə özləri kimi hüceyrə əmələ gətirirlər. Yəni qaraciyər hüceyrəsi bölündükdə yeni qaraciyər hüceyrəsi, əzələ hüceyrəsi bölündükdə yeni əzələ hüceyrəsi əmələ gəlir. Ancaq bu hüceyrələrdən fərqli olaraq kök hüceyrələrin müəyyən sabit funksiyaları yoxdur. Aldıqları impulsa əsasən müxtəlif hüceyrə növlərinə çevrilə bilirlər. Orqanizmimizdəki kök hüceyrələrin bu cür çevrilməsini genlər tənzimləyir.

Kök hüceyrələr necə əldə edilir? 

Kök hüceyrələr rüşeym və yetkin kök hüceyrəsi olmaqla iki mənbədən əldə edilir.

Ana bətnindəki rüşeymdən əldə edilən kök hüceyrəyə embrional kök hüceyrə deyilir. Embrional kök hüceyrələr ilk dəfə süni mayalanma metodu ilə əmələ gətirilən rüşeymdən əldə edilmişdir. Ancaq göbək bağından götürülən qandan körpənin cift və amnion mayesindən (dölyanı su) də kök hüceyrə əldə edilir. Kök hüceyrə əldə etmək üçün heyvanlar üzərində də təcrübələr keçirilmişdir. Cəmiyyətə yaxşı məlum olan və klonlaşdırma metodu ilə əldə edilən Dollidə olduğu kimi, kök hüceyrələr klonlaşdırma ilə də əldə edilə bilir.

Bəzən də yetkin kök hüceyrələrindən istifadə edilir. Bunlar müxtəlifləşmiş toxumalardakı müxtəlifləşmiş hüceyrələrdir. Hər yaşdakı insanda olan bu hüceyrələr özlərini yeniləyir və lazım gəldikdə aid olduqları toxumadakı fərqli hüceyrə növlərinə çevrilirlər. Yetkin kök hüceyrələri orqanizm yaşadığı müddət boyu özlərinin surətini köçürərək çoxalırlar.

Yetkin kök hüceyrələri sümük iliyi, əzələ, göz, sinir, dəri kimi toxumalarda olur və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, sümük iliyindən əldə edilən qan kök hüceyrələri qan xərçənginin müalicəsində istifadə edilir.

Təcrübələrdə hər iki mənbədən əldə edilən kök hüceyrələr əsas mənbədən götürüldükdən sonra laboratoriya mühitində çoxaldılır. Beləliklə, yeni kök hüceyrə və ya müxtəlif hüceyrələr əldə edilir.

Kök hüceyrələrin tibbdə istifadəsi 

Dövrümüzdə xərçəng və ya orqan çatışmazlığı kimi xroniki xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edilir. Bədənimiz yaşlanmış, funksiyasını yerinə yetirə bilməyən və ya ölən hüceyrələrin əvəzinə yenilərini əmələ gətirdikcə, yəni özünü yenilədikcə orqanlar işləyir və həyatımız davam edir. Ancaq funksiyasını normal yerinə yetirməyən və ya ölən hüceyrələr yenilənmədikcə orqanlar fəaliyyət göstərmir və müxtəlif xəstəliklər meydana gəlir. Orqanizm hüceyrələri yeniləyə bilmədikdə kənardan orqanizmə yeridilən yeni hüceyrələr xəstəliyi müalicə edib insanın ömrünün uzanmasına səbəb olur. Son illərdə kök hüceyrələr üzərində aparılan tədqiqatlar xəstə hüceyrələrin yenilənməsi üçün çox faydalıdır. Laboratoriyalarda kök hüceyrələrdən hasil edilən xüsusiləşmiş hüceyrələr orqanizmdə köhnə hüceyrələri əvəz edir. Kök hüceyrələrin bu gün tibbdəki istifadə sahəsi aşağıdakı kimidir:

  • Xərçəng və anadangəlmə bir çox xəstəliyin müalicəsində istifadə edilir. Çünki xəstəliklər bu hüceyrələrin xüsusiləşmə mexanizmlərindəki fərqlərdən meydana gəlir.
  • Kök hüceyrələri qüsurlu və funksiyası pozulmuş hüceyrələrin əvəzinə sağlam hüceyrə və toxumaların əldə edilməsi üçün də istifadə edilir. Bir çox xəstəliyin müalicəsi zərər çəkmiş hüceyrələrin dəyişdirilməsilə mümkün olacaq. Parkinson, Alçheimer, onurğa zədələri, sinir zədələnmələri ilə əlaqədar iflic, şəkər xəstəliyi, oynaq xəstəlikləri, osteoporoz və revmatizm kök hüceyrələri ilə müalicə oluna bilir.
  • Böyrək xəstəlikləri, yarıq damaq, yarıq dodaq, xərçəng, allergiya, infeksion xəstəliklər, göz və dəri xəstəliklərinin müalicəsində də kök hüceyrələrdən faydalanaraq təcrübələr aparılır. Bu sahədə uğurla nəticələnmiş təcrübələr KİV-də tez-tez xəbər verilir.

Elm adamları bir tərəfdən kök hüceyrə köçürməsi ilə məşğul olarkən, digər tərəfdən də daha vacib suala cavab axtarırlar. Kök hüceyrələri dəyişdirən impulsun mənbəyi nədir? Deyək ki, kök hüceyrə köçürülməsi uğurla nəticələndi, bəs kök hüceyrələri özünəməxsus funksiyalarını yerinə yetirən hüceyrələrə çevirən impuls haradan gəlir? Hər biri atom yığınından ibarət və heç bir ağıla malik olmayan hüceyrələr necə olur ki, bir anda dəyişməyəqərar verirlər?

Sümük iliyindəki kök hüceyrəheyranedici qabiliyyətə malikdir. Orqanizmdə azalan hüceyrələri dərhal müəyyən edir və xüsusi bölünmə qabiliyyəti ilə ehtiyac olan hüceyrələr xüsusiyyətində lazımi miqdarda çoxalır. Kök hüceyrənin bu möcüzəvi çoxalması orqanizmdə heç vaxt tarazlığın pozulmaması, həyatımızın problemsiz davam etməsi üçün lazımlı səbəblərdən sadəcə biridir.

 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s