Quş Tüklərindəki İncə Yaradılış

amazing_birds_16Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində “tükcük” deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.

Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki tərəfində uzanan 650 ədəd incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər bitişikdir ki, tüstü üfürüldükdə belə aralarından keçmir. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyilə tüklərini düzəltməsi tüklərin əvvəlki halına düşməsi üçün kifayətdir. Quş tükünün bu quruluşu uçuş üçün son dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.

Quş tüklərindəki bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və tükün ilk əmələ gəlməsi əsnasında toplanan piqmentlərlə və ya işıq hərəkətlərilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.

800px-shaft_of_indian_peacock_tail_feather

Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə qanadlardakı incə quruluşlar da yaradılışdakı üstün sənəti və elmi bizə göstərən dəlillərdəndir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s