İşıq Verən Dəniz Canlıları

comb-jellyDəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları də daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Bunda başqa demək olar ki, bütün Comb Jelly-lərin arxasında eynilə tikiş yerinə bənzəyən zolaqlar formasında işıq verən hüceyrələr yerləşir. Növlərin özlərinin də maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunduqda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənəciklər buraxır. Bu düşmənlərindən xilas olmaq üçün istifadə edilən yanıltma üsuludur.

Dəniz ulduzları, dəniz kirpiləri, tüklü ulduzlar kimi canlılar “tikanlı heyvanlar” adlandırılır. Bu heyvanların bir çoxunun dərisi müdafiə məqsədilə istifadə etdikləri iti tikanlarla örtülüdür. Dəniz sahillərində mərcan qayalıqlarında və dəniz yataqlarında yaşayırlar. Bu canlılar da düşmənlərindən qorunmaq üçün işıq verirlər. Parlaq qollara və ya onurğaya malik olan bu canlılara hücum edildikdə suda işıq buludları əmələ gətirirlər.

Qorunmaq üçün işıq verən canlılara başqa bir misal kimi dəniz ulduzu növünü göstərmək olar. Bu dəniz ulduzu dəniz səthinin təxminən 1000 m dərinliyində yaşayır. Qollarının ucundan parlaq yaşıl-mavi işıqlar saçır. İşıqlı xəbərdarlığı düşmənlərinə dadının pis olduğunu bildirmək üçündür. Başqa bir dəniz ulduzu növü isə hücuma məruz qaldıqda parlamağa başlayır və düşməni uzaqlaşdırmaq üçün qollarından birini düşmənə tərəf atır. Bu, dəniz ulduzunun istifadə etdiyi mühüm müdafiə taktikasıdır. Qopan qolun ağ işıq saçmağa davam etməsi düşmənin diqqətini qola yönləndirir. Dəniz ulduzu da bu arada qaçır. (Ani­ta Ga­ne­ri, Cre­atu­res That Glow in The Dark, Marshall Editions dev., 1995, s. 16)

ig46_sea_comb_jelly_02

Canlılardakı işıq vermə mexanizmləri də göründüyü kimi, yaradılışdakı möhtəşəmliyin nümunələrindəndir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s