MƏDƏALTI VƏZİ (PANKREAS)

pankreas4

Əgər ehtiyacınızdan çox şəkər qəbul edirsinizsə, qandakı şəkər nisbətinin yüksəlməsinə mane olmaq üçün orqanizminizdə bir sistem fəaliyyətə başlayar:

1- Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesi daxilində mövcud olan milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Üstəlik bu molekulların çox və ya az olduqlarına qərar verir, sanki şəkər molekullarını bir-bir sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz ölçüdəki hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının nisbəti haqqında fikir sahibi olması insanı çox düşündürür.

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda ehtiyacdan artıq şəkərin olduğunu təyin etsə, artıq şəkər miqdarının yığılmasına qərar verər. Ancaq bu “yığılma” işini özləri görməz, bunu onlardan tamamilə uzaqda olan başqa hüceyrələrə etdirərlər.

3- Uzaqdakı bu hüceyrələr onlara müvafiq əmr gəlmədiyi müddət ərzində şəkər yığmaq istəməzlər. Ancaq mədəaltı vəzi hüceyrələri “şəkər yığmağa başlayın” əmrini bu hüceyrələrə aparan bir hormon yollayarlar. “İnsulin” adı verilən bu hormonun bütün informasiyası mədəaltı vəzi hüceyrələri ilk meydana gəldikləri andan etibarən DNT-lərində qeyd olunub.

4- Mədəaltı vəzi hüceyrələrindəki xüsusi “fermentlər” (işçi zülallar) məhz bu informasiyanı oxuyarlar. Oxunan informasiyaya görə də insilin hasil edərlər. Bu istehsalda hər biri fərqli vəzifələr icra edən yüzlərlə ferment işləyər.

5- Hasil edilən insulin hormonu ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yoluyla hədəf hüceyrələrə çatdırılır.

6- İnsilin hormonunda qeyd olunan “şəkər yığın!” əmrini oxuyan digər hüceyrələr isə bu əmrə qeyd-şərtsiz itaət edərlər. Şəkər molekullarının hüceyrələrin içinə daxil olmasını təmin edəcək qapılar açılar.

7- Ancaq bu qapılar təsadüfi açılmaz. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını ayırd edər, tutar və öz içlərinə təhvil verərlər.

8- Hüceyrələr onlara çatan əmrə heç zaman itaətsizlik etməzlər. Bu əmri səhv anlamaz, yalnış maddələri tutmağa, ehtiyacdan çox şəkər yığmağa cəhd belə etməzlər. Böyük bir intizam və fədakarlıq ilə çalışarlar.  Beləcə, siz şəkəri çox olan bir şirinçay içdiyinizdə, bu fövqəladə sistem dövrəyə girər və artıq şəkəri yığıb bədəninizdə saxlayarlar. Əgər bu sistem işləməsəydi, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya girərək ölərdiniz. Bu, o qədər mükəmməl bir sistemdir ki lazım olduğu zaman tərsinə də işləyə bilər. Əgər qandakı şəkər normadan az olarsa, bu zaman mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan “qlükaqon”u hasil edərlər. Qlükaqon daha əvvəl şəkər yığan hüceyrələrə bu dəfə “qana şəkər əlavə edin!” əmrini ötürər. Bu əmrə itaət edən hüceyrələr yığdıqları şəkəri geri buraxarlar. Necə ola bilər ki, beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Yan-yana düzülmüş zülal və yağ molekullarından ibarət olan bu şüursuz varlıqlar, necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işləri icra edirlər? Şüursuz molekulların ortaya qoyduğu bu böyük şüurun mənbəyi nədir? Əlbəttə ki, bunlar bizə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s