DƏNİZLƏRDƏKİ ECAZKAR MÜXTƏLİFLİK

Deniz_resimleri4

Bu günə qədər bir litr dəniz suyunda 3 min bakteriya növü olduğu hesab edilirdi. “454 tag sequencing” adlandırılan yeni təsnifat texnikası ilə aparılan son araşdırmalar isə bir litr dəniz suyunda 20 mindən çox bakteriya növünün olduğunu aşkar etdi.1

Atlantik və Sakit okeanlarında aparılan tədqiqatlarda 500-4000 metr dərinlikdə 8 ayrı-ayrı yerdən nümunə götürüldü.2
Vudz Houldakı Okeanşünaslıq Biologiyası Laboratoriyasında işləyən və eyni zamanda tədqiqatlar aparan qrupun rəhbəri olan Miçel Soqin mikrobioloji müxtəlifliyin təxmin edildiyindən daha artıq olduğunu vurğulayaraq “əldə etdiyimiz yeni məlumatlar işığında etdiyimiz təxminlərə əsasən okeanlarda 10 milyon növdə canlı yaşayır” deyə bildirdi.3
Şübhəsiz ki, elm dünyasındakı bu yeni məlumat dünyanın hər yerində müxtəlif canlı növlərinin yaşadığını yenidən ictimaiyyətə çatdırmışdır. İnkişaf edən texnologiya ilə gələcək dövrlərdə hələ bir çox kəşfin ediləcəyi təxmin edilir. Belə ki, amerikalı elm adamı Miçel Soqin də apardıqları mühüm kəşfdən sonra belə demişdir: “Bu (tədqiqat) həqiqətən məlumat əskikliyimizə və hələ nə qədər çox şeyi öyrənməli olduğumuza işarə edir.”4
Elm bir daha açıq şəkildə göstərmişdir ki, dünyanın hər yeri qeyri-adi müxtəlifliklə əhatə edilmişdir. Minlərlə metr dərinlikdəki okeanlardan yüksək dağlara, qızmar səhralardan soyuq qütblərə qədər hər yerdə minlərlə canlı növü mövcuddur. Gözlə görünməyən həşəratlardan on metrlərlə hündürlükdəki ağaclara, bir hüceyrəli orqanizmlərdən dəniz canlılarına, quşlardan, sincablardan rəngarəng çiçəklərə qədər bütün canlılar Allahın sonsuz elminin və bənzərsiz sənətinin göstəricisidir.
Allahın Quranda bildirdiyi kimi:
“Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır.”(Casiyə surəsi, 3-4)
QAYNAQLAR:
1. Der Spiegel, Im Meer lebt mehr, 1 avqust 2006.
2. Der Spiegel, Im Meer lebt mehr, 1 avqust 2006.
3 Der Spiegel, Im Meer lebt mehr, 1 avqust 2006.
4. USA Today, Scientists Report Seas Contain More Microorganisms Than Thought, 1 avqust 2006.
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s