BURNUMUZ 3000 FƏRQLİ QOXUNU AYIRD EDƏ BİLİR

612-200x200İnsan burnu təxminən 3000 fərqli qoxunu bir-birindən ayırd edir. “Dünyanın təqlid edilməsi mümkün olmayan ən yaxşı ventilyasiya sistemi” olaraq xarakterizə edilən burun, əlbəttə ki, Allahın bənzərsiz yaratma sənətinin dəlilərindən biridir.

Yaddaşınızdakı qoxuları nəzərdən keçirin. Təzə çörəyin, yeni biçilmiş otların, yağışdan sonrakı torpağın, yeni toplanmış çiyələyin, şaftalının, cəfərinin, istifadə etdiyiniz sabunun qoxusunu və buna bənzər daha bir çox qoxunu hiss etmənizi Allahın bir nemət olaraq verdiyi burnunuza borclusunuz.

İnsan burnu hiss etdiyi qoxunu 30 saniyədə incələyib, təxminən 3000 fərqli qoxunu da bir-birindən ayırd edə biləcək qədər müdhiş bir yaddaşa malikdir. “Dünyanın təqlid edilə bilməyən ən yaxşı ventilyasiya sistemi” olaraq xarakterizə edilən burun, əlbəttə ki, Allahın bənzərsiz yaratma sənətinin bir əsəridir.

Burunun üst hissəsində çoxlu sinir hüceyrəsi ehtiva edən və qoxuları qəbul etməmizi təmin edən iki kiçik sahə var. Bu sahələr qoxu duyğusuna cavabdehdir. Qoxu isə havada molekul olaraq vardır. Nəfəs alarkən havadakı oksigenlə yanaşı bu molekullar da buruna daxil olur. Havada olan “qoxu molekulları” reseptorlara çatdıqda burada olan hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beyinə elektrik siqnalı göndərir. Beyinə qoxu molekulu deyil, yalnız elektrik siqnalı gedir. Elektrik siqnalını beyin qoxu kimi qəbul edir.

Burun gözəl qoxulu çiçəklərin, ya da iştah açan yeməklərin qoxularını qəbul etməmizi təmin etməklə yanaşı, çox əhəmiyyətli funksiyaları olan bir orqandır. Havadakı oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qanla təməl əlaqə yollarından biridir. Burun həm qoxu qəbul etmək, həm də tənəffüs yollarının başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. Hava buruna daxil olduqda dərhal analiz edilir. Havadakı molekullar təhlil edilərək araşdırılır və beyinə çatdırılaraq qoxunun nə olduğu təyin olunur.

Burunun içində aerodinamik baxımdan da qüsursuz bir dizayn vardır. Hava buruna daxil olduqda birbaşa tənəffüs borusuna getmir. Burun, sanki bir kondisioner kimi çox xüsusi filtr sistemləriylə çöldən daxil olan çirkli, isti, soyuq, ya da nəmli havanı ağciyərlər üçün əlverişli hala gətirir. Burundakı xüsusi çoxqatlı quruluşu sayəsində hava burada dövr edir. Beləliklə burun çəpərində olan tükcüklərə və damarlara daha çox təmas etmiş olur. Bu çoxqatlı sistem sayəsində burun gündə 15 m3 havanı süzür, təmizləyir, nəmləndirir və isidir. Bu, təxminən bir otağın içindəki havaya bərabərdir.

Əgər hava bayırdakı halıyla ağciyərlərə getsəydi, çox ciddi xəstəliklərə tutula bilərdik. Havanın soyuqluğu, quruducu təsiri, eyni zamanda bakteriyalı halı ciyərlərin aşağı hissələrində şiddətli infeksiyalara səbəb olardı. Burada çirkli hava deyildiyi zaman ağla yalnız tozlu hava gəlməməlidir. Havayla birlikdə bakteriya, bitki tozları kimi təxminən 20 milyard xarici maddənin bədənə girməsinə, burundakı xüsusi sistem mane olur. Bir bakteriyanın, ya da zərərli bir cismin ağciyər kimi həssas bir orqana keçməsi, insanın sağlamlığına mənfi təsir edər.

İnsanı ən gözəl şəkildə yaradan Allah, bizlərə yaratmasında qüsursuzluğu, möhtəşəm sənətini həyatımızın hər anında göstərir. Elm inkişaf etdikcə, bu qüsursuzluq daha da yaxşı aydın olur, Allahın böyüklüyü daha da yaxşı qavranılır.

Quranda Allah belə buyurmuşdur:

    “O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr Surəsi, 24)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s