Hüceyrələrdəki avtomatik giriş-çıxışlar

  • Hüceyrə qılafı üzərindəki qapılar daxil olan maddənin ölçüsünə görə necə formasını dəyişir?
  • Hüceyrə qılafının hüceyrənin ehtiyaclarını bilərək maddələri bu ehtiyaclara görə içəri alması və bunu edərkən seçməsi nə üçün həyati əhəmiyyət daşıyır?
  • Ağılı və şüuru olmayan mikroskopik ölçüyə malik hüceyrə qlafı hər hansı bir yırtılma və ya deşilmə zaman özünü necə təmir edir?

hucrekapilar

Hüceyrə qılafının ilk vəzifəsi hüceyrənin orqanoidlərini əhatə edərək bir yerdə tutmaqdan ibarətdir. Ancaq bundan daha kompleks bir funksiyanı da yerinə yetirir, bu orqanoidlərdəki proseslərin və hüceyrənin yaşaması üçün lazım olan maddələri xarici mühitdən alır. Hüceyrəxarici mühitdə saysız kimyəvi maddə vardır. O, bunların içindən hüceyrənin ehtiyacı olanları tanıyır və yalnız onları içəri alır. Çox qənaətcildir, hüceyrənin ehtiyac duyduğu miqdardan artığını əsla içəri almır. Bununla da kifayətlənmir, bir tərəfdən də hüceyrənin içindəki zərərli artıqları dərhal təsbit edərək vaxt itirmədən xaricə atır. Hüceyrə qılafı bu əhəmiyyətli prosesi yerinə yetirmək üçün bəzən bir nasos, bəzən də bir qapı kimi çalışan mexanizmlərə sahib olmalıdır. Bunlar hüceyrənin ehtiyacı olan maddələri seçib tanıyaraq və böyük enerji sərf edərək maddələri hüceyrənin içinə alırlar. Bu mürəkkəb proses əsnasında bir çox möcüzə reallaşır. Bu prosesdəki bir çox hadisənin sirri hələ də açılmayıb.

Hüceyrənin yaşaması üçün qılaflardan keçməli olan maddələr arasında elektron və fotonlar, monatomik protonlar, ionlar, su kimi kiçik molekullar, aminturşular və şəkər kimi orta ölçülü molekullar, zülallar və nəhayət DNT kimi makromolekulyar quruluşlar olur. Bəzən qapının özündən böyük bir molekul yüksək enerji sərf edilərək, bir çox fermentin köməyi ilə olduqca diqqətli şəkildə hüceyrənin içinə alınır. Bəzən keçirilən maddə keçəcəyi qapıdan çox böyük olur. Keçidi təmin etmək üçün dəlik əvvəlcə genişləndirilir, sonra yenə əvvəlki halına qaytarılır. Bu proses əsnasında nə qapı, nə keçən maddə, nə də hüceyrə heç bir zərər görmür.

Qılaf üzərində bir-birindən fərqli növdəki qapılar fərqli maddələri fərqli fermentlərin köməyi ilə hüceyrənin içinə alırlar.
 

Ümumiyyətlə iki fərqli tip qapı zülalı vardır:

  • Birincisi, enerji sərf edərək (aktiv daşıma) keçid edilən qapılardır. Lazımlı maddəni seçib içəri alan və ya içəridən xaricə atan daşıyıcı zülallardır.
  • İkinci tip qapılar lazımi zamanlarda açılıb, müəyyən maddələrin sərbəst şəkildə keçmələrini təmin edən kanal zülallarıdır. Bu keçid əsnasında enerji sərf edilmir.

Bəzi kiçik maddələr isə qapıya ehtiyac olmadan hüceyrə qılafından sərbəst şəkildə keçə bilirlər. Buna sərbəst diffuziya deyilir.

Bəzi hüceyrələrdə maddə alış-verişi bir çox mərhələ nəticəsində meydana gəlir. Məsələn, bəzi bakteriyalar cüt qatlı hüceyrə qılafına sahibdir. İçəri maddə aldığı zaman ilk qılafda olan kanal zülallarından keçən maddə periplazmatik aralıqda olan bir zülal tərəfindən (periplazmatik substrat zülalları) tutulur. Zülal-maddə cütlüyü ikinci qılafda olan seçici-keçirici qapıya yapışırlar. Zülalın quruluşunda meydana gələn dəyişiklik qatı maddənin keçirici qapının içinə girməsini təmin edir. İkinci qapı da ATP hidrolizi adlı prosesdən aldığı enerji ilə maddəni hüceyrənin içinə salır.

hucrekapilar2

Hüceyrə qılafında olan zülal qapılar kompleks və üstün quruluşa sahibdirlər

Fərqli vəzifələr üçün fərqli qapılar mövcuddur. Məsələn, rhodopseudomonas viridis adlı bir bakteriyanın fotosintetik reaksiya mərkəzinin X – şüualarının köməyi ilə quruluşu araşdırılmışdır. Bu qapının vəzifəsi işıq enerjisini elektron transferi üçün istifadə etməkdir. Günəşdən gələn fotonun enerjisini alıb, bir nanosaniyə (saniyənin milyardda biri) içində elektronu böyük bir sürətlə  hüceyrə qılafından içəri daşıyır. Hüceyrənin içinə girən elektron daşıma sistemləri tərəfindən reaksiyaya girərkən tutulur. Zülal kompleksi dörd fərqli zülalın (L, M, H və sitoxrom) birləşməsindən ibarətdir. Tək bir elektronu reaksiyaya salmaq üçün olduqca inkişaf etmiş bir mexanizmin, 1  metrin ancaq iki yüz əlli milyonda biri qədər bir sahədə qurulmuş olması və vəzifəsini saniyənin milyardda biri qədər qısa bir müddətdə yerinə yetirməsi tək başına yaradılış dəlilidir.

Hüceyrə qılafının ehtiyacı olan maddələri alan və zərərli maddələri xaricə atan mexanizmin mükəmməlliyi

Yuxarıda açıqlandığı kimi, hüceyrənin yaşaması üçün maddənin qılafdan  keçməsi zəruridir.  Bu maddələrin bir qismi “aktiv daşıma” adlanan üsulla daşınır. Əslində, bu daşıma üsulu çox böyük bir diqqət və şüur tələb edir. Çünki yarımkeçirici qılafdan axıma nəzarət etmək olduqca çətindir. Ağılı və şüuru olmayan hüceyrə qılafı bu diqqət və şüur tələb edən prosesi heç xəta etmədən mükəmməl bir şəkildə reallaşdırır. Çünki axım təbii olaraq yüksək konsentrasiyadan kiçik konsentrasiyaya doğru gedir. Osmos adlanan bu hadisədən fərqli olaraq, hüceyrə qılafları ehtiyaclarına uyğun olan molekulları qılaflarından içəri alır, ehtiyacları olmayanları isə xaricə atırlar, üstəlik bunu konsentrasiyanın aşağı və ya yüksək olmasına baxmadan reallaşdırırlar. Tədqiqatçılar hüceyrələrin bunu necə etdiyini daha ətraflı araşdırdıqları zaman Allah’ın möhtəşəm yaradılış sənəti ilə qarşılaşıblar.

Hüceyrələrin maddəni qılaflardan keçirəcək müxtəlif mexanizmləri olan daşıyıcı ailələri var. Bu daşıyıcı ailələrdən birinin quruluşu araşdırılmış və Allah’ın detal sənətinin mükəmməlliyi bir daha isbat edilmişdir.

MATE adlanan ailənin bir üzvü olan və Norm adlandırılan bu daşıyıcı, bakteriyalardan insanlara qədər bütün canlılarda vardır. Məlumdur ki, toksinlərin və substralatın (fermentlərin reaksiyalarında işlənən maddələrə verilən ad) hüceyrələr arasındakı daşınması təməl bir həyat müddətidir. Məsələn, bitkilərin torpaqdan aldıqları toksinləri xaricə püskürtmə qabiliyyəti nə qədər yüksək olarsa, əkinlərin verimliliyi o qədər artar. Heyvanların ciyərləri və mikroblar da toksinləri xaricə püskürdürlər. Hətta bu sistem mikroblarda o qədər mükəmməl çalışır ki, mikrobları öldürmək üçün istifadə edilən dərmanlar toksin kimi qəbul edilərək xaricə atılır, bu vəziyyət bəzi mikrobların dərmanlara göstərdiyi davamiyyəti də açıqlayır. Çünki bu sistem dərmanın xaricə atılmasına kömək edir və ya dərmanların yaxşı hüceyrələrə çatmasının qarşısını alır. Bu səbəbdən, daşıma sisteminin quruluşunu və fermentin vəzifəsini anlamaq xəstəliklərin müalicəsi baxımından çox əhəmiyyətlidir.

X –şüalarından istifadə edərək quruluşu araşdırılan Norm daşıyıcısı iki ədəd altılı qurp halında nizamlanmış 12 aminturşusundan meydana gəlir. Onun xaricə baxan V biçimində stəkan formasında bir quruluşu vardır. Toksinlər aminturşuları vasitəsilə bu stəkanın içinə girir və stəkan tərs dönərək toksini hüceyrənin xaricinə atır, atma prosesi reallaşanda isə stəkan əvvəlki halını alır. Bu avtomatik qapı dəqiqədə 14 ilə 15 000 molekulu bu formada püskürdə bilər. Bu kiçik stəkanın saniyədə 25 dəfə döndüyü və hər səfərində də istənilməyən maddələri xaricə atdığı düşünülsə, sistemin çalışmasının mükəmməl bir yaradılış əsəri olduğu görünər. Elm adamlarının sistemin necə işlədiyini tapmalarına baxmayaraq, ağılı və şüuru olmayan, qapqaranlıq bir mühitdəki hüceyrə qılafının zərərli və faydalı maddələri nəyə görə müəyyən edib ayırdığını hələ də müəyyən edə bilməyiblər.

  Rəbbimiz bədənimizdəki hər nöqtəni elmilə əhatə edəndir

Aydındır ki, məqalədə bəhs edilən işləri edə bilməsi üçün hüceyrə qılafı içindəki bütün fəaliyyətləri və inkişafları bilməli, lazımlı və ya artıq olan maddələrin siyahısını çıxarmalı, ştokları nəzarət altında tutub, üstün bir hafizə və qərarvermə qabiliyyətinə sahib olmalıdır. Görəsən hansı təsadüf belə ağıllı bir yağ kütləsini meydana gətirə bilər?

Bütün təkamül nəzəriyyəsini təkbaşına çökdürən bu problemə aid bir sual verək: Sözünü etdiyimiz proseslər əsnasında ortaya çıxan ağıl hüceyrə qılafına aiddirmi?

Burada danışılanları edən bir kompüter və ya robot deyil, yalnız hüceyrənin ətrafını əhatə edən, yağdan meydana gələn və üzərində zülal olan bir örtükdür. Bu qədər kompleks işi xətasız edə bilən hüceyrə qılafında düşünmə mərkəzi və ya beyin də yoxdur. Heç bir düşünmə qabiliyyəti olmayan bir quruluşda bu qədər üstün xüsusiyyətlər göstərən Allah’ın insanlara öz varlığını isbat edən bu qədər açıq bir dəlil təqdim etməsi göz görə-görə Onu inkar edənləri bir daha bəhanəsiz qoyur. Allah bir ayədə belə buyurur:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah’dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah’ın hər şeyə qadir olduğunu və Allah’ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq surəsi, 12) 

Hüceyrənin içində və xaricində hər molekul öz vəzifəsini yerinə yetirməklə məsuldur. Hüceyrə qılafı üzərindəki molekullar olmadığı zaman onların işini reallaşdıran bir başqa molekul olmayacaq. Onlar hüceyrələri, dolayısı ilə insan həyatını qorumaq üçün xüsusi olaraq var edilmiş, varlığından bir çox insanın xəbərinin belə olmadığı yaradılış dəlillərindən biridir.

hucrekapilar3

Öz-özünü təmir edən möcüzə

Hüceyrə qılafının üzərindəki molekullar, eyni zamanda, qılafda meydana gələn hər hansı bir zədəni də təmir edə biləcək qabiliyyətə sahibdirlər. Hüceyrə qılafında hər hansı bir yırtılma və ya dəlik olduğu zaman qılaf üzərində olan və bu zədəni dərhal təsbit edə bilən molekullar hərəkətə keçir və qısa müddət ərzində bu problemi həll edirlər. Bu molekullar qılafın hər tərəfinə hər dəqiqə nəzarət edirlər. Onlar da digər molekullar kimi, vəzifələrini tam olaraq bilir və hüceyrənin içində başqa işə qarışmazlar. Bu molekulların olmaması vəziyyətində hüceyrədə meydana gələn problemlərin ortadan qaldırılması mümkün olmayacaq və hüceyrənin pozulması ölümlə nəticələnən müxtəlif xəstəliklərə səbəb olacaqdır.

Hüceyrə qılafının xüsusiyyətlərini öz-özünə əldə etmədiyi, bu sistemin Allah tərəfindən yaradıldığı açıqca ortadadır. Belə bir sistem, əlbəttə ki, bir məqsədlə yaradılmışdır. Məqsəd insanın özünü yaradan sonsuz mərhəmət və şəfqət sahibi Allah’ın varlığını daha yaxşı anlaya bilməsidir. Vicdanlı və ağıllı insan bu dəlilləri görür və Allah’ı daha yaxşı tanıyır. Quranda möminlərin baxışı belə xəbər verilir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
(Ali İmran surəsi, 190-191)
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s