Zaman Hissi Və Hafizənin Sirləri

“Keçmiş” qavrayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Allah Qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”.

Biz, bizə edilən təlqinə görə keçmiş, bu an və gələcək kimi bölmələrə ayrılmış zaman hissələrini yaşadığımızı zənn edirik.

Əslində isə “keçmiş” kimi qavrayışa malik olmağımızın tək səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz buna görə bunu keçmiş hadisə kimi hiss edirik. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində isə keçmiş bizim üçün necə yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşlı bir insanın hafizəsində 30 illik xatirələr var və buna görə bu insan 30 illik bir keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr də verilsəydi, onda 30 yaşlı bu insan üçün həm 30 ili, həm də 30 ilə 30 yaşı arasındakı “gələcəyi” keçmiş hala gələr. Çünki bu vəziyyətdə keçmişi də gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görülmüş, təcrübədən keçirilmiş hadisələr olacaqdır.

Ancaq Allah bizə hadisələri müəyyən sıra ilə, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman var imiş kimi hiss etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirməz, bunlar haqqında məlumatı hafizəmizə yerləşdirməz. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri vardır. Bu, bir insanın həyatını artıq mövcud olan bir filmdən izləməsi kimidir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə ötürmə imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

Keçmiş və gələcək əslində “bu an” yaşanmaqda davam edir

Allah bu görüntülərin hamısını “bu anda”, bizim bilmədiyimiz daha dəqiq şəkildə görür və eşidir. Allah bizim eşidə bilmədiyimiz dalğa ölçüsündəki səsləri də eşidir və görə bilmədiyimiz görüntüləri də görür. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah Qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşanır. Bunların heç biri heç vaxt itməz, hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.

Ancaq bir cəhətin səhv anlaşılmaması çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal deyildir. Bunların hamısı eynilə bu an yaşadığımız an kimi canlıdır. Hər şey canlı şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi an bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Allah üçün keçmiş, gələcək, indi – hamısı birdir. Elə buna görə də Allaha heç bir şey gizli qalmır. Belə ki, ayədə də bu həqiqətə diqqət çəkilmişdir:

“Oğlum, (dünyada gördüyün hər hansı yaxşı yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər (aşkar edər). Həqiqətən, Allah lətifdir, (hər şeydən) xəbərdardır.” (Loğman surəsi, 16)

Keçmiş və gələcək qeybdən xəbərdir

Allahı Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir. Bunlardan birində belə buyurulur:

De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi bir-bir xəbər verəcəkdir!” (Cumuə surəsi, 8)

Adətən qeybin sadəcə gələcəyə aid məlum olmayan məlumatlar olduğu düşünülür, ancaq əslində həm keçmiş, həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da, gələcəkdə yaşanacaqlar da Allah Qatında saxlanılan məlumatlardır. Ancaq Allah Öz Qatında olan qeyb xəbərlərindən bəzilərini insanların hafizələrinə verərək bunları bilinən, yəni müşahidə edilən hala salır. Allah bəzi ayələrində keçmişə aid məlumatlar verərək Peyğəmbərimizə (s.a.v.) bunların qeyb xəbərləri olduğunu söyləmişdir. Hud surəsində belə buyurulur: “Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!” (Hud surəsi, 49)

Allah Peyğəmbərimizə (s.a.v.) hələ yaşanmamış bəzi hadisələrlə bağlı xəbərlər də vermişdir ki, bunlar gələcəyə aid qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth surəsi, 27) və Romalılar bütpərəstlərə qarşı qələbəsi (Rum surəsi, 3-4) kimi hadisələr hələ baş vermədən əvvəl Peyğəmbərimizə (s.a.v.) bildirilmişdir. Peyğəmbərimizin qiyamət əlamətləri, axırzamanla bağlı hədisləri də o dövrün bütün insanları üçün qeyb xəbərlərini Allahın ona öyrətdiyini göstərir. Məsələn, Hz. Yusifin qardaşlarının tələsinin boşa çıxacağı xəbər verilmiş, (Yusuf surəsi, 15), Hz. Musanın anasına körpə oğlunu Fironun zülmündən xilas olacağı və peyğəmbər olacağı vəhyi ilə açıqlanmışdır. (Qəsəs surəsi, 7)

Keçmiş, gələcək, hafizə haqqında bütün bu izah edilənlər Qurana əsaslanan və qədərin dərk edilməsini təmin edən çox əhəmiyyətli məlumatlardır. Bu mövzunu qavrayan mömin Allaha və Onun yaratdığı  qədərə təslimiyyətin gətirdiyi təvəkkülü tam şəkildə yaşayacaqdır. Bir ayədə möminlərin belə dediklərindən xəbər verilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

 
Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s