Maddənin Həqiqi Mahiyyəti – 4

SAHİB OLDUĞUNU HƏR ŞEY ƏSLİNDƏ HİSSDİR (XƏYALDIR)

“Xarici dünya”nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə “xarici dünya” anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.

Bu mövzuda bir az səmimi və cəsarətlə düşünsəniz, evinizin, əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, təzəcə aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz hər şeyin də sizə göstərilən bu “xəyali xarici dünya”ya aid olduğu həqiqətini anlayarsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, bir sözlə, beş duyğu üzvü ilə qavradığınız hər şey bu “xəyali dünya”ya aiddir. Ən sevdiyiniz müğənninin səsi, oturduğunuz oturacağın yumşaqlığı, qoxusu xoşunuza gedən ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan çiçək, pəncərənizdən çöldə uçan quş, dənizin üzərində sürətlə gedən kater, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüteriniz…Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan görüntülər cəmidir. İnsanlar qısa həyatları boyunca həqiqətdə, maddi əsli olmayan hisslərlə sınanırlar. Bu hisslər isə əsasən möhtəşəm və cazibədar göstərilir. Bu həqiqiət, Quranda belə xəbər verilir:

“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl və cazibədar göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah qatında olandır.” (Ali imran Surəsi, 14)

İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, ləl-cəvahiratların, kredit kartlarının, istifadə etdikləri şkaf dolusu paltarların, son model avtomobillərin, bir sözlə hər cür zənginliyin sehriylə dinlərini bir kənara qoyur, axirəti unudur və yalnız dünyaya yönəlirlər. “İşim var”, “idealarım var”, “məsuliyyətim var”, “vaxtım azdır”, “vacib işlərim var”, “sonra edərəm” deyərək, dünyanın “bər-bəzəkli və cazibədar” üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc əldə etməyə vasitə olan ibadətlərə yönəlməzlər. Əksinə, yalnız dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini sərf edərlər. “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.”ayəsində məhz bu aldanma təsvir edilir. (Rum Surəsi, 7) İnsan, bu izah edilənlər haqqında bir az dərin düşünsə, bu cür qeyri-adi, heyrətamiz həqiqəti özü də açıq-aydın dərk edər. Yəni, dünyadakı bütün hadisələrin xəyaldan ibarət olduğunu…

Hər şeyin görüntü olduğu gerçəyi bütün bu ehtirasların mənasızlaşması baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin – ehtirasla sahib olduqları mülklərinin, bütün varlıqları ilə öyündükləri uşaqlarının, özlərinə ən yaxın hesab etdikləri həyat yoldaşlarının, dostlarının, sevdikləri bədənlərinin, üstünlük olaraq gördükləri vəzifələrinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin xəyaldan ibarət olduğunu göstərir. Bu vəziyyətdə bütün bunlar naminə sərf edilən ehtiraslar, sərf edilən vaxtlar, səylər də mənasızlaşır.

Baxın, bu halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, “yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, torpaqlarıyla” sanki bütün bunlar həqiqətən varmışcasına öyündükləri zaman necə də kiçilirlər. Yaxtalarında özlərini “dartaraq” gəzən zənginlər, tanışlarına avtomobillərini lovğalıqla nümayiş etdirənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, tutduqları mövqelərinin onları hər kəsdən üstün etdiyini zənn edənlər, əslində özlərini digərlərinə xəyal ilə göstərdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bütün bunları eyniylə yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, son model avtomobilləri, hədsiz dərəcədə qiymətli ləl-cəvahiratları, paket-paket dollarları, qızıl və brilliantları olur. Yuxularında da yüksək vəzifə sahibi, minlərlə adamın işlədiyi fabrikləri, bir çox insana hökm edə biləcək gücləri olur, hər kəsin heyran qaldığı paltarları geyinirlər… Ancaq yuxuda sahib olduqlarıyla öyünmək onları komik vəziyyətə saldığı kimi, eyni şəkildə bu dünyada yaşadıqları görüntülərlə öyünmək də buna ekvivalentdir. Yuxularında gördükləri də bu dünyada əlaqədə olduqları da nəticədə zehinlərindəki görüntüdən ibarətdir.

Eyniylə dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, həqiqəti anladıqlarında insanları utandıracaq. Özünü itirərək mübahisə edənlər, qışqırıb çağıranlar, fırıldaqlıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanları incidənlər, onları döyüb söyənlər, vəhşicəsinə təcavüz edənlər, qəlbləri vəzifə eşqiylə dolu olanlar, həsəd aparanlar, özlərini nümayiş edənlər və s. xəyal içində bunları etdiklərini anladıqları zaman rəzil olacaqlar.

Bilməliyik ki, “dünya” dediyimiz görünütüləri yaradan Allah olduğuna görə bu dünyadakı bütün malın, mülkün sahibi də yalnız Allahdır. Necə ki, Quranda vurğulanır:

“Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir. (Nisa Surəsi, 126)

Əsli xəyal olan ehtiraslar naminə dini bir kənara qoymaq və nəticədə sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bunun insana gətirdiyi tək şey sonsuz itkidir. Yeri gəlmişkən, diqqət yetirməli olduğumuz çox mühüm məsələ var: Qarşı-qarşıya olduğumuz bu həqiqət bizi “bütün sahib olduğunuz vədəlicəsinə sevdiyiniz var-dövlət, uşaqlar, dostlar, yoldaşlar, vəzifə-mövqe yox olacaq, ona görə dəmənası yoxdur” nəticəsinə gətirməməlidir. Doğru nəticə belədir: Sahib olduqlarınızın heç biri bu an onsuz da yoxdur, hamısı yalnız xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntülərdir. Diqqət yetirsəniz bu iki nəticə arasındakı fərqi görərsiniz.

İnsan bu gerçəyi bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını varmış kimi qəbul edərək özünü aldatsa belə nəticədə ölümündən sonra yenidən dirildiyində, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. İnsan “…Sən bu gün sərrast görürsən!” (Qaf Surəsi, 22) ayəsinin sirri ilə hər şeyi daha açıq fərq edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər naminə sərf edibsə, orada heç yaşamamağı diləyəcək, “Kaş o ölüm qəti (əbədi) olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi, güc və qüdrətim yox olub getdi” deyərək həlak olacaq. (Həqqa surəsi, 27-29)

Ağıllı bir insanın öhdəsinə düşən, bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü ilğımlar arxasınca qaçaraq israf edər və sonda çox böyük itkiyə məruz qalar. Allah, dünyada ilğımlar arxasınca qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirir:

“İnkar edənlər; onların əməlləri ucsuz-bucaqsız ərazidəki ilğıma bənzəyər; susayan onu su sanar. Nəhayət ona çatdığında bir şey tapa bilməz və yanında Allahı tapar. (Allah da) Onun hesabını tam olaraq verər. Allah tez haqq-hesab çəkəndir.” (Nur Surəsi, 39)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s