Maddənin Həqiqi Mahiyyəti – 2

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Uzaqlıq hissi də düşünülməsi vacib olan digər məsələlərdən biridir. Əlinizdə bir kitabın olduğunu düşünək. Uzaqlıq deyəndə bu kitabla aranızdakı məsafə nəzərdə tutulur və bu beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqda olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beyinindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın ki, bədəniniz də beyninizdə yaranan görünütüdür.Həyatımız boyu gördüyümüz hər görüntü beyinin arxa tərəfindəki görmə mərkəzində meydana gəlir və bu görmə mərkəzi yalnız və yalnız bir neçə kub santimetr ölçüsündədir. Dar otağın görüntüsü də, geniş mənzərə görüntüsü də bu çox kiçik sahəyə yerləşir. O halda bizim gördüyümüz və xaricdə varlığına əmin olduğumuz həqiqi böyüklük deyil, yalnız beynimizin qəbul etdiyi böyüklükdür.

Bütün digər hissləriniz üçün də vəziyyət eynilik təşkil edir. Məsələn, siz yan otaqdakı televiziorun səsini eşitdiyinizi hesab edə bilərsiniz, amma əslində beyninizin içindəki səsi eşidirsiniz. Nə orada otaq olduğunu, nə də o otaqdakı televizordan səs gəldiyini isbat etməyiniz mümkün deyil. Çox uzaqdan gəldiyini hesab etdiyiniz səs də, yanınızdakı adamın səsi də əslində beyninizdəki bir neçə kvadrat santimetrlik eşitmə mərkəzində hiss olunur. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi anlayışlar da yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmır; səsin gəldiyi bir istiqamət yoxdur.

Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq məsafədən sizə gəlmir. Beyninizdəki qoxubilmə mərkəzində yaranan qıcıqları, beyninizin xaricindəki maddələrin qoxusu zənn edirsiniz. Halbuki bir gülün görüntüsü görmə mərkəzinizin içində olduğu kimi, o gülün qoxusu da eyni şəkildə qoxubilmə mərkəzinizin içindədir; beynimizdən xaricdə nə gül var, nə də ona aid qoxu…

Normal insan, gülü rəngli olaraq gördüyü halda, rəng korluğu olan bir insan da eyni gülü sağdakı kimi boz rəngin müxtəlif tonlarında görür. Yaxşı, bəs hansı “həqiqət”dir?

Hisslərimizin bizə tanıtdığı “xarici dünya” eyni anda beynimizə çatan “elektrik siqnallarının cəmi”ndən başqa bir şey deyil. Beynimiz, ömür boyu bu siqnalları şərh edir. Biz də bunları maddənin “xaricdəki” əsli hesab edib yanılırıq. Yanılırıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik.

“Xarici dünya” hesab etdiyimiz siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn eşitmə prosesinə nəzər salaq. Əslində, qulağımızın içinə gələn səs dalğalarını şərh edərək onu bir simfoniyaya çevirən beynimizdir. Yəni musiqi, məhz beynimizin meydana gətirdiyi qavrayışdır. Rənglər də, əslində gözümüzə gələn işığın fərqli dalğa uzunluqlarıdır. Bu fərqli dalğa uzunluqlarını rənglərə çevirən yenə də beynimizdir. “Xarici dünyada” rəng yoxdur. Nə alma qırmızıdır, nə səma mavidir, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. “Xarici dünya” tamamilə hisslərimizə bağlıdır.

Məsələn, gözdəki retinada yaranan kiçik bir qüsur rəng korluğuna səbəb olur. Bu zaman belə insanlardan bəziləri mavini yaşıl, bəzisi qırmızını mavi, bəzisi də rəngləri bozun müxtəlif tonlarında hiss edirlər. Bu zaman xaricimizdəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.

Məşhur alim Corc Berkli də bu həqiqətə belə diqqət çəkir:

“Əvvəllər rənglərin, qoxuların və s. “həqiqətən var olduğu” zənn edilirdi. Amma daha sonra bu cür baxışlar rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində var olur.”

Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna və ya beynimizin xaricində maddi varlığa sahib olduqlarına görə rəngli görmürük. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər “xarici dünyada” deyil, içimizdədir. Yaxşı, bəs o zaman “xarici dünya”da nə var?…

“Xarici Dünya”nın Varlığı Şərtdir?

Buraya qədər “xarici dünya”dan və eləcə də bizim gördüyümüz və beynimizdə yaranan hisslər dünyasından bəhs etmişdik. Amma “xarici dünya”ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğundan necə əmin ola bilərik? Əlbəttə ki, əmin ola bilmərik. Əksinə, hər bir əşya yalnız hisslərin cəmi olduğuna, hisslər də zehində var olduğuna görə var olan tək dünya yalnız hisslər dünyasıdır.Tanıdığımız yeganə  dünya, zehinimizin içində olan, orada təsvir olunan, səsləndirilən və rəngləndirilən bir sözlə zehnimizdə meydana gələn dünyadır və bizim varlığından əmin olacağımız yeganə dünya da elə budur.

Əsli qədər gerçək və canlı maddi dünya, xaricdə hər hansı maddi həqiqət olmadığı halda, elektrik siqnalları vasitəsilə süni olaraq beynimizdə yaradıla bilir… Göndərilən süni qıcıqlar nəticəsində bir insan, əslində evində oturduğu halda avtomobil sürdüyünü zənn edə bilər.

Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılığının olduğunu isə əsla sübut edə bilmərik. Bu hisslər “süni” qaynaqdan da gələ bilər.

Süni şəkildə meydan gətirilən xəbərdarlıqlar nəticəsində, bizdən kənarda hər hansı maddi həqiqət olmadığı halda, beynimizdə əsli qədər gerçək və canlı olan maddi dünya yaradıla bilər… Verilən süni xəbərdarlıqlar nəticəsində bir insan, gerçəkdə evində oturduğu halda avtomobil istifadə etdiyini zənn edə bilər.

Bunu belə bir nümunə ilə zehinimizdə canlandıra bilərik:

İlk əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb şüşə qutunun içində süni olaraq yaşatdığımızı düşünək. Həmçinin qutunun yanına hər cür elektrik siqnalının istehsal olunduğu bir kompüter yerləşdirək. Sonra hər hansı mühitə aid görüntü, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdə istehsal edək və yaddaşa köçürək. Bu kompüteri elektrik kabelləriylə beyninizdəki müvafiq qəbul mərkəzlərinə calaşdıraq və burada qeyd olunmuş siqnalları beyninizə ötürək. Bu siqnalları qəbul etdikcə beyniniz (başqa cür desək “siz”) elektrik siqnallarının qarşılığı olan mühiti görəcək və yaşayacaqdır.

Bu kompüterdən beyninizə öz görüntünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir stulda oturduğunuzu təsvir edən bütün görmə, eşitmə, toxunma kimi hissləri müvafiq elektrik siqnalları vasitəsilə beyninizə göndərdiyimizdə, beyniniz özünü şirkətdə oturmuş işadamı hesab edəcək. Kompüterdən gələn siqnallar davam etdikcə, bu xəyali dünya da davam edəcəkdir. Yalnız bir beyindən ibarət olduğunuzu isə heç bir şəkildə anlaya bilməyəcəksiniz. Çünki beyinin içində dünyanın meydana gəlməsi üçün beyindəki müvafiq mərkəzlərə lazımlı siqnalların çatması kifayətdir. Bu siqnallar süni qaynaqdan, məsələn bir cihazdan və ya daha fərqli mənbədən gələ bilər. Tanınmış elm filosofu Bertrand Russell bu mövzudakı fikirləri belədir:

“…Barmaqlarımızla masaya toxunduğumuz zaman hiss etdiyimiz toxunma duyğusuna gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Bu təsir isə müasir fizikaya görə masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir bir başqa üsulla ortaya çıxsaydı, ortada masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.”

Bəli, maddi qarşılıqları olmayan hissləri həqiqət sanaraq aldanmağımız çox asandır. Məsələn, biz bu həqiqəti yuxularımızda tez-tez yaşayırıq. Yuxuda həqiqi olduğuna tam əmin olduğumuz hadisələr yaşayır, insanlar, əşyalar, obyektlər görürik. Amma hamısı hissdən başqa bir şey deyil. Yuxu ilə “gerçək dünya” arasında isə ciddi fərq yoxdur; hər ikisi də zehnimizdə yaşanır.

——————————————————————————–

Qeydlər

6″Treaties Concerning the Principle of Human Knowledge”, 1710, Works of Corc Berkeley, vol. I, et. A. Fraser, Oxford, 1871

7 Bertrand Russell, Rölativitenin Alfabesi, Onur Yayınları, 1974, s.161-162

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s