Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur

fosil2Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar.

Bundan başqa bildirmək lazımdır ki, daşlaşmış qalıqların araşdırmaları çox çətin şəraitdə aparılır və böyük maliyyə imkanları tələb edir. Əsasən Afrika çölləri kimi sahələrdə onlarla adamdan ibarət araşdırma qruplarına aylarla yaşamaq üçün düşərgələrin qurulması, bu çətin şəraitdə, qızmar günəşin altında milyardlarla dollar tələb edən maliyyə dəstəyi ilə aparılan fəaliyyətlər son 1.5 əsrdir ki, heç bir nəticə verməmişdir.

Tanınmış təkamülçü fosil tədqiqatçısı Riçard Likey və tanınmış elmi yazıçı Rocer Luin bu nəticəsiz çalışmalar haqqında belə bir etiraf etmişlər:

Təəssüf ki, insanın təkamülü yolu bizə çox az və zəif ipucu verir:

Daş alətlər, kəllə parçaları, bir ayaq sümüyü parçası, yarım çənə sümüyü, nadir hallarda bütöv bir kəllə sümüyü və təbii ki, çox sayda diş… Bir zaman atalarımızın yaşadığı, indi dərinliklərə gömülmüş süxurlarda tapa bildiklərimiz elə bunlardır… Əgər birisi məsələn, beş və ya bir milyon əvvəl yaşamış atalarımızın indiyə qədər tapılan bütün daşlaşmış qalıqlarını bir otağa toplamağa çalışsaydı, hamısını nümayiş etmək üçün sadəcə bir neçə böyük stol kifayət edərdi.

images2Bundan da betəri odur ki, 15 və ya 6 milyon il əvvəl yaşamış hominedlərə aid daşlaşmış qalıqların tapıntılarını  yerləşdirmək üçün çox da böyük olmayan bir ayaqqabı qutusu kifayət edəcək.22

Bütün bunlar “elm” adı altında istifadə edilən vaxt, məlumat, əmək, pul və imkan israfıdır. Bütün dünyada minlərlə universitet, elmi qurum və təşkilatlar, milyonlarla elm adamları, müəllimlər və tələbələr, laboratoriyalar, texniki işçi və texniki alətlər və daha saymaqla bitməyən imkanlar həqiqətdənkənar bir iddianın sübut edilməsi uğrunda səfərbər edilmişdir. Ancaq ortaya heç bir nəticə çıxmır, ələ keçən yeni tapıntılar təkamül iddiasının səhv olduğunu daha açıq göstərir.

Təkamülçü elm adamı S. J. Conz  «Nature» (“Təbiət”) jurnalında yazdığı bir məqalədə paleoantropologiyanın, yəni insanın əcdadı ilə bağlı daşlaşmış qalıq araşdırmalarının düşdüyü çıxılmaz vəziyyəti belə izah edir:

«Paleoantropoloqlar fosil  azlığını əsəbi halda gizlətməyə çalışırlar. Paleoantropologiya hələ də sadəcə bir fikir irəli sürərək tanınacaq tək elm sahəsi olmalıdır. Paleoantropologiyada bir fikrin qəbul edilməsi kimin daha yüksək səslə qışqırmasından asılıdır».23

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s