Təkamül Yalanı

tekamulTəkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır.

Müraciət olunan bütün elmi metodlar hər dəfə belə bir nəzəriyyənin heç bir həqiqi tərəfinin olmayacağını sübut etmişdir: Laboratoriya təcrübələri və təxmini hesablamalar canlılığı meydana gətirən amin turşularının təsadüflərlə əmələ gəlməyəcəyini qəti şəkildə ortaya qoymuşdur. Ən kiçik canlı vahidi olan hüceyrə isə  təkamülçülərin iddia etdiyi kimi ibtidai və nəzarətsiz dünya şərtlərində təsadüflər nəticəsində əmələ gəlmək bir yana, hətta XX əsrin milyonlarla dollarlıq texnoloji laboratoriyalarında belə sintez oluna bilməmişdir. Bundan başqa, illərlə davam edən paleontoloji qazıntılarda tapılan skeletlər arasında təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi canlıların ibtidai növlərdən inkişaf etmiş növlərə, mərhələ-mərhələ təkamülləşdiyini göstərən ara-keçid növlərinə heç bir yerdə rast gəlinməmişdir.

Nəticədə etibarı ilə təkamülçülər böyük səylə təkamül nəzəriyyəsinə dəlillər toplamağa çalışarkən şəxsən öz əlləri ilə təkamül deyilən bir şeyin olmayacağını sübut etmişlər.

Bu gün müdafiə olunduğu şəkildə təkamül düşüncəsini ilk ortaya atan insan həvəskar ingilis bioloqu Charles Darwindir. Darvin təkamülçü fikirlərini 1859-cu ildə nəşr etdirdiyi “Növlərin mənşəyi” (The Origin of Species) adlı kitabında ortaya atdı. Darvinin bu kitabında iddia edildiyinə görə yaşayan bütün canlılar ortaq mənşəyə sahibdir və təbii seleksiya yolu ilə bir-birindən törəmişdir. Mühitə ən yaxşı uyğunlaşanlar bu xüsusiyyətlərini gələcək nəsillərə ötürürdü, beləcə, bu yararlı dəyişikliklər zaman keçdikcə öz əcdadlarından tamamilə fərqli canlıya çevrilirdi. İnsan isə təbii seleksiya mexanizminin ən inkişaf etmiş məhsulu idi. Qısacası bir növün mənşəyi digər növdür.

Darvinin irəli sürdüyü fantaziyalar, xüsusilə, müəyyən siyasi və ideoloji fikirlərə sahib olan dairələrdə böyük rəğbətlə qarşılandı. Nəzəriyyə olduqca populyar olmuşdu. Çünki o dövrdəki mövcud bilik səviyyəsi Darvinin xəyal etdiyi ssenarilərin yalan olduğunu göstərmək üçün hələ kifayət deyildi. Belə ki, Darvin fərziyyələrini irəli sürdüyü dövrdə genetika, mikrobiologiya, biokimya kimi elm sahələrinin heç biri yox idi. Sadaladığımız bu elmlər Darvinin müddəalarından daha əvvəl kəşf edilmiş olsaydı, Darvin, nəzəriyyəsinin elmi cəhətdən tamamilə əsassız olduğunu görəcək və belə mənasız iddia ortaya atmayacaqdı. Çünki növləri müəyyən edən məlumatlar genlərdə mövcuddur və təbii seleksiyanın genlərdə dəyişiklik edərək yeni növlər meydana gətirməsi mümkün deyil.

Darvinin kitabının əks-sədası davam edərkən avstraliyalı botanik Mendel 1865-ci ildə irsiyyət qanunlarını kəşf etdi. Mendelin əsrin sonuna qədər bir çox bilinməyən kəşfləri 1900-cu illərin əvvəlində genetika elminin ortaya çıxması ilə məna qazandı. Həmin illərdə genlər və xromosomların quruluşu kəşf edildi. 1950-ci illərdə DNT molekulunun kəşfi isə nəzəriyyəni böhrana saldı. Çünki DNT-dəki nəhəng məlumatın qaynağı təsadüflər nəticəsində izah oluna bilməzdi.

Bu cür elmi inkişaflarla birlikdə uzun illər davam edən qazıntılar ibtidai növlərin mərhələ-mərhələ təkamülləşdiklərini isbat edəcək ara-keçid növlərini indiyə kimi tapa bilməmişdir.

Bütün bunlarla elmi əsasının olmadığı ortaya çıxan Darvinin, nəzəriyyəsini tarixin tozlu rəflərinə qoyması lazım idi. Ancaq müəyyən dairələr israrla nəzəriyyəni yeni tərzdə təqdim etməyə və necə olursa olsun elmi platformaya oturtmağa çalışdılar. Bütün bu cəhdlər nəzəriyyənin ardında elmi qayğılardan çox, ideoloji hədəflərin olduğunu göstərməsi baxımından olduqca mənalı idi.

Bu inkişafla bərabər getdikcə çıxılmaz vəziyyətə düşən nəzəriyyənin necə olursa olsun qüvvədə qalmasının vacibliyinə inanan bəzi dairələr vaxt itirmədən yeni model uydurdular. Bu yeni modelin adı neo-darvinizm idi. Buna görə canlıların genlərindəki mutasiya deyilən kiçik dəyişikliklərlə növlər təkamülləşir və təbii seleksiya metodu ilə güclü olanlar həyatda qalırdı. Ancaq canlıların meydana gəlməsi üçün kiçik dəyişikliklərin kifayət etmədiyi, neo-darvinizmin irəli sürdüyü mexanizmlərin elmə zidd olması aydınlaşdıqca təkamülçülər yeni model axtarışlarını davam etdirərək “sıçrayışlı təkamül nəzəriyyəsi” adını verdikləri yeni iddia ortaya ataraq heç bir elmi və məntiqi əsası olmayan model irəli sürdülər. Buna görə canlılar birdən-birə, heç bir ara-keçid növləri olmadan başqa bir növə çevrilirdilər. Başqa sözlə, o günə qədər heç bir təkamül keçirmiş əcdadları olmayan növlər bir anda meydana gəlirdi. Əslində bu yaradılışın tərifi idi, ancaq, təkamülçülərin bunu qəbul etmələri mümkün deyildi. Bu həqiqəti ağlasığmaz ssenarilərlə gizlətməyə çalışırdılar. Məsələn, tarixdəki ilk quşun bir sürünən yumurtasından ortaya çıxmış ola biləcəyi söylənilirdi. Eyni nəzəriyyəyə görə ətyeyən quru heyvanları keçirdikləri ani və əhatəli dəyişikliklə birdən-birə böyük balinalara çevrilə bilərdi.

Bilinən bütün genetika, biofizika və biokimya qanunlarına zidd olan bu iddialar, ancaq, qurbağaların şahzadələrə döndüyünü söyləyən uşaq nağılları qədər elmi idi. Amma neo-darvinist nəzəriyyənin düşdüyü böhran qarşısında sıxıntıya düşən bəzi təkamülçü paleontoloqlar bundan yaxa qurtarmaq üçün neo-darvinizmdən daha da gülünc və əsassız olan bu nəzəriyyəyə əl atdılar.

Bu modelin tək hədəfi neo-darvinist modelin izah edə bilmədiyi, qazıntılar nəticəsində tapılmayan ara-keçid formaların boşluqlarını (fosil) açıqlamaq idi. Ancaq tapılmayan fosil boşluqlarını “quşların sürünən yumurtalarından anidən çıxdıqlarını” irəli sürərək ya da oxşar iddialarla izah etmək başlı-başına ağılsızlıqdır. Çünki bir növün başqa bir növə çevrilməsi üçün genetik məlumatlarında çox saylı və faydalı dəyişiklik lazımdır. Lakin heç bir mutasiya genetik məlumatı inkişaf etdirmir, ona yeni məlumat əlavə etmir. Mutasiyalar sadəcə genetik məlumatın azalmasına və zərər görməsinə yol açırlar. Sıçrayışlı təkamül nəzəriyyəsi müdafiəçilərinin xəyal etdikləri “qrosmutasiyalar” isə genetik məlumatda “qros”, yəni böyük azalma və zərər əmələ gətirirlər.

Sıçrayışlı təkamül nəzəriyyəsi xəyalın məhsulu idi. Amma bu açıq həqiqətə baxmayaraq, təkamül müdafiəçiləri bu nəzəriyyəyə etibar etməkdən çəkinmədilər. Çünki Darvinin irəli sürdüyü təkamül modelinin ara-keçid formaları ilə isbat edilməməsi onları belə etməyə məcbur edirdi. Darvin növlərin yavaş-yavaş dəyişdiklərini irəli sürmüşdü. Bu isə tarixdə yarı quş – yarı sürünən, yarı balıq-yarı sürünən kimi, əcaib varlıqların yaşamasını labüdləşdirirdi. Ancaq təkamülçülərin bütün araşdırmalarına və tapılan yüz minlərlə daşlaşmış qalığa (fosil) baxmayaraq, bu cür “ara-keçid formaların” birinə belə rast gəlinməmişdi.

Təkamül nəzəriyyəsi tərəfdarları sıçrayışlı təkamül modelinə bu böyük “fosil süqutunu” ört-basdır edə bilmək ümidi ilə ət atdılar. Ancaq yuxarıda da vurğuladığımız kimi bunun bir fantaziya olduğu çox aydındı və çox qısa zamanda özünü məğlub etdi. Sıçrayışlı təkamül modeli heç vaxt əsaslı model kimi irəli sürülmədi, amma, mərhələli təkamül modelinə uyğun olmadığı açıq şəkildə bəlli olan vəziyyətlərdə bir çıxış yolu olaraq istifadə edildi. Dövrümüzdə təkamül nəzəriyyəsi tərəfdarları canlılardakı mürəkkəb quruluşlara sahib olan – göz, qanad, ağ ciyər, beyin və s. kimi orqanların mərhələli təkamül modelini çox açıq şəkildə təkzib etdiyini gördüklərinə görə bu məsələlərdə sıçrayışlı təkamül modelinin fantastik izahlarına arxalanmaq məcburiyyətində qalırlar.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s