Təkamül Nağılını Sübut Etmə Səyi Elmə Zərər Verir

 

imgres-4Hal-hazırda hələ iman gətirməyən insanlar tərəfindən böyük dəstək görən Darvinin təkamül nəzəriyyəsi elmin yanlış təməl üzərinə qurulmasının ən konkret nümunəsidir. 140 il əvvəl elm dünyasının gündəminə girən bu nəzəriyyə, əslində, bütün elm tarixinin ən böyük yanılmasına səbəb olmuşdur.

Təkamül nəzəriyyəsi canlıların təsadüflər nəticəsində bəzi cansız maddələrin bir yerə gəlməsi ilə meydana gəldiyini iddia edir. Eyni iddiaya görə, təsadüfən yaranan bu canlılar yenə təsadüf nəticəsində təkamül keçirərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin isbat edilməsi üçün bir yarım əsrdir ki, böyük səy göstərilir, amma elmi dəlillər həmişə nəzəriyyənin əleyhinə olur. Bütün dəlillər təkamülün əsla reallaşmadığını, canlıların bir-birinə mərhələli çevrilməsinin mümkün olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir. Bu açıq dəlillərə baxmayaraq, bu iddianı isbat etmək üçün təkamülçülər minlərlə araşdırma və təcrübə aparır, yalnız boş sözlərdən və aldatmacalardan ibarət cild-cild kitablar yazır, institutlar qurur, konfranslar verir, televizor proqramları hazırlayırlar. Bu azğın yolda minlərlə elm adamının vaxtının və imkanın heç edilməsi insanlıq üçün böyük itkidir. Əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə daha çox faydalı mövzularda, daha çox əhəmiyyətli addımlar atıla və qəti nəticələr əldə edilə bilərdi. Bəzi elm adamları və mütəfəkkirlər də təkamülün nə cür böyük bir yanılma olduğunu görürlər. Məsələn, amerikalı filosof Malcolm Muggeridge bu mövzuda belə deyir:

“Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar”. (Malcom Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

Təkamül və materializm kimi xürafatlara inanmaq və bunları elmə baxmayaraq müdafiə etmək psixoloji istiqamətdən elm adamlarını da çətinliyə salır. Kainatdakı ahəng və ya canlılardakı yaradılış onlar üçün böyük çətinlik qaynağı olur. Gördükləri açıq-aşkar dəlillərə gözlərini bağlayan bu insanlarda həqiqətlərə laqeydlik və bununla bağlı mühakimə pozuqluğu yaranır.

Nəticə

imgres-6Ətrafımızda və yaşadığımız kainatda təkamül nəzəriyyəsinin qurucusu Darvini də (“Bir tovuzquşunun tüklərini görmək məni az qala dəli edir”. Çarlz Darvin) yaradılışa aid fövqəladə dəlillərin olması narahat edirdi. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi kompleks və mükəmməl bir orqan və milyonlarla varlıq iman gətirən insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlillərindən yalnız bir neçəsidir. Yaradılış həqiqətini qəbul edən elm adamı da təbiəti bu gözlə araşdırar, apardığı hər müşahidədən, hər təcrübədən böyük  zövq alar və Allahın iznilə yeni araşdırmalar üçün güc tapar. IX və X əsrlərdə imani məsuliyyətin təyin etdiyi çərçivədə elmə xidmət edən, elmin ancaq Allah qatında olduğunu bilən müsəlman alimlər yaşadıqları dövrə və sonrakı dövrə necə rəhbərlik edə bilmişlərsə, güclü səmimiyyətlə Quranın hikmətinə sığınan bu günkü elm adamlarımız da bundan sonrakı əsrləri işıqlandıracaq inkişaflara Allahın iznilə imza atacaqlar. Rəbbimizin bildirdiyi kimi: “Həqiqətən, bu Quran, ən doğru yola yönəldir…” (İsra surəsi, 9)

“Dərin imana sahib olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: dinsiz bir elmə inanmaq qeyri-mümkündür”. (John Clover Monsma, The Evidens Of God İn Expanding Universe (Genişlənən kainatda Allahın varlığının dəlilləri), s. 256) Albert Eynşteyn

Elmin irəliləməsi üçün darvinizm və materializm kimi XIX əsrin azğın inanclarını bir kənara qoymaq və bunun üçün azad düşünən və gördüyü həqiqəti qəbul etməkdən çəkinməyən elm adamları lazımdır.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s