Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri

04-05a-animalcell-lTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və müəyyən zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir.

protein-artLakin materialist fəlsəfənin tərəfdarı olan müəyyən kütlələr müxtəlif ideoloji mənfəət və gözləntilər səbəbilə yaradılış gerçəyini qəbul etmək istəmirlər. Çünki Allahın əmr və qadağalarına əsasən haqq dinin bəşəriyyətə öyrətdiyi gözəl əxlaqı yaşayan cəmiyyətlərin mövcud olması və yayılması bu materialist kütlələrin işinə yaramır. Öz mənfəətləri üçün yönəldəcəkləri, sui-istifadə edəcəkləri, mənəviyyatsız, dini və əxlaqi dəyərlərdən məhrum olmuş nəsillər hər zaman bu kütlələrin dünyəvi mənfəətlərinə daha uyğundur. Beləliklə, insanlara yaradılmadıqları, təsadüflərlə ortaya çıxıb heyvanlardan təkamül edərək əmələ gəldikləri yalanını təlqin edən təkamül nəzəriyyəsini nəyin bahasına olursa olsun, dirçəltməyə və cəmiyyətlərə qəbul etdirməyə çalışırlar. Elmin təkamül nəzəriyyəsini çürüdən və yaradılış gerçəyini sübut edən bütün açıq dəlillərinə baxmayaraq, ağıl və məntiqi bir kənara qoyaraq, hər mühitdə və hər fürsətdə bu cəfəngiyyatı müdafiə edirlər.

Əslində ilk canlı hüceyrəsinin hətta bu hüceyrənin içindəki milyonlarla zülal molekulundan birinin belə öz-özünə əmələ gəlməsinin mümkün olmadığı, ağıl və məntiqlə bərabər, ehtimallarla riyazi cəhətdən də sübut edilmişdir. Yəni təkamül nəzəriyyəsi hələ ilk mərhələdə ilk canlı hüceyrənin əmələ gəlməsini açıqlama mərhələsində çökmüşdür.

1052dnaƏn kiçik canlı hissəsi olan hüceyrə, təkamülçülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz dünya şərtləri altında, təsadüflərin nəticəsində əsla əmələ gələ bilmədiyi kimi, XX əsrin ən qabaqcıl laboratoriyalarında da sintez oluna bilinməmişdir. Canlı hüceyrəsinin əsasını təşkil edən amin turşularına və onların əmələ gətirdiyi zülallara əsaslanaraq nəinki hüceyrə, hüceyrədəki mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, Holci kompleksi, endoplazmatik şəbəkə və s. kimi orqanoidlərindən bir dənəsi belə əmələ gətirilə bilməz. Ona görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia edən ilk hüceyrə yalnız xəyal gücünə əsaslanan fantaziya səviyyəsində qalmışdır.

Hələ də açıqlanmamış bir çox sirri özündə saxlayan canlı hüceyrəsi təkamül nəzəriyyəsinin ən böyük müəmmalarından birini təşkil edir.

İstər hüceyrə, istərsə hüceyrənin əsasını təşkil edən zülallardan bir dənəsi də təsadüflər nəticəsində əmələ gəlməsi mümkün olmayan mürəkkəb quruluşa malikdir. Laboratoriya təcrübələri və ehtimal hesablamaları bunün mümkün olmadığını sübut etmişdir. Dövrümüzün ən qabaqcıl laboratoriyalarında ən son texnologiya vasitəsilə də canlı hüceyrəsindəki oxşar məhsuldarlıqla zülal əmələ gətirə bilməmişlər.

Təkamül nəzəriyyəsi baxımından digər müəmma da canlı hüceyrəsinin nüvəsində yerləşən və təxminən 3.5 milyard vahidlik şifrələmə sistemi ilə canlıya aid bütün məlumatın kodlandığı DNT molekuludur. 1950-ci illərdə elektron mikroskopunun icad olunması ilə kəşf edilən DNT, möhtəşəm bir nizam və yaradılışa malik nəhəng molekuldur. Uzun illər təkamül nəzəriyyəsinə inanan, Nobel mükafatına layiq görülmüş Frensis Krik də DNT-ni kəşf etdikdən sonra həyatın mənbəyinin təsadüflərə əsaslanmadığını bu cür etiraf etmək məcburiyyətində qalmışdır:

“Bu gün əlimizdə olan məlumatlara əsaslanaraq düzgün insan ancaq bunu deyə bilər: Həyatın mənbəyi möcüzəvi şəkildə ortaya çıxmışdır.” (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon & Schuster, 1981, s. 88)

Amerikalı mikrobioloq Homer Ceykobson isə həyatın təsadüfən əmələ gəlməsinin nə qədər mümkün olmadığını belə ifadə edir:

“İlk canlı əmələ gəldikdə çoxalması, ətrafdan maddə və enerji qəbul etməsi, böyümə mərhələsi və məlumatları böyüməyə çevirən mexanizmlərə əmr bir anda verilməlidir. Bunların hamısı bir yerdə təsadüfən meydana gələ bilməz.” (Homer Jacobson, “Information, Reproduction and the Origin of Life”, American Scientist, Yanvar 1955, s. 121)

coelacanthTəkamül nəzəriyyəsinin digər böyük məğlubiyyətinə səbəb isə fosillərdir. İllərlə davam edən arxeoloji qazıntılarda tapılan fosillər (daşlaşmış canlı qalıqları) arasında təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi canlıların primitiv növlərdən mürəkkəb növlərə mərhələli təkamülünü göstərən keçid formalara əsla rast gəlinmir. Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayları və növləri həddindən artıq olmalıdır. Daha vacib olan budur ki, bu cür əcaib canlıların qalıqlarına fosillər arasında rast gəlinməlidir. Çünki bu keçid formaları həqiqətən mövcud olsaydı, onların sayı bu gün bizə məlum olan heyvan növlərindən daha çox olmalı və dünyanın hər yeri fosilləşmiş keçid forma qalıqları ilə dolu olmalı idi. Təkamülçülər XIX əsrin ortalarından bəri dünyanın hər yerində apardıqları fosil araşdırmalarında bu keçid formalarını axtarırlar. Əslində isə 150 ilə yaxın müddətdə böyük səylə axtarılan bu keçid formalardan əsər-əlamət yoxdur.

Qısaca desək, fosil izləri də canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proseslə deyil, bir anda və ən mükəmməl şəkildə ortaya çıxdığını göstərir.

Təkamülçülər yüz əlli ilə yaxın müddətdir ki, böyük səylə nəzəriyyələrinə dəlil toplamağa çalışarkən öz əllərilə təkamül adlı prosesin baş vermədiyini şəxsən özləri sübut etmişlər. Nəticədə müasir elm bu mübahisəsiz həqiqəti ortaya qoymuşdur: Canlılar kor təsadüflər nəticəsində təkamüllə əmələ gəlməmişdir. Bütün canlıları Rəbbimiz yoxdan yaratmışdır.

Paylaş:

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s