Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

man_is_but_a_wormElmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillərcanlıların təkamülünün əsla baş vermədiyinicanlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

carlz-darvin

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar.Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi.

Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Amerikalı filosof Malkolm Maqeric bu barədə belə deyir:

«Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar». (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

Skandinaviyalı alim Sören Lövtrup isə «Darwinism: The Refutation of a Myth» (Darvinizm: Bir Əfsanənin Təkzibi) adlı kitabında belə deyir:

«Düşünürəm ki, hər kəs elmin bütün sahələrinin yanlış bir nəzəriyyədən asılı hala gəlməsini çox böyük bir uğursuzluq  kimi qəbul edəcəkdir. Biologiyada baş verənlər də elə budur. Uzun müddətdir ki, insanlar təkamül mövzusunu darvinist anlayışlarla müzakirə edir; “uyğunlaşma”, “seçmə təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu müzakirələrlə təbiət hadisələrinin açıqlanmasında töhfələrini vermiş hesab edirlər. Ancaq əslində heç bir töhfə verə bilmirlər… İnanıram ki, Darvinizm əfsanəsi bir gün elm tarixində ən böyük aldanma kimi tanınacaqdır». (Soren Lovtrup , Darwinism: The Refutation of A Myth, New York: Croom Helm, 1987, s.422)

Bəzi təkamülçü elm adamları belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü alim Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “dövrümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək, müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,” -deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla olsa da, qəbul edir. (Paul R. Ehrlich və Richard W. Holm, Patterns and Populations, Science, cild. 137 (31 Avqust 1962), s. 656-7)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s