Materialist Düşüncə Elmə Necə Zərər Verir?

d0b1d0b5d0b7-d0b7d0b0d0b3d0bed0bbd0bed0b2d0bad0b03150 ildir ki, təkamül və materializm kimi xürafatlara inanmaq və onları müdafiə etməyə çalışmaq elm dünyasının önündəki ən böyük maneəyə çevrilib. Materializmin tələsindən qurtularaq tarixin düzgün istiqamətləndirilməsi əmək, vaxt və pul itkisinin qarşısını alar.

Kainatı və varlıqları araşdırmaq, Allahın yaratma sənətindəki ehtişamı kəşf etmək və bu həqiqəti insanlara bildirmək üçün elm ən gözəl vasitələrindən biridir. Bu səbəbdən, elmi araşdırmaların Rəbbimizin Quranda bildirdiyi həqiqətlər istiqamətində dəyərləndirilməsi böyük əhəmiyyət daşıyır. Çünki:

–  Quran elmi təşviq edir.

–  Quranda bildirilən həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və konkret nəticələr verir.

–  Ən əhəmiyyətlisi də odur ki, kainatın və canlıların necə var olmasısualına ən doğru və ən qəti cavabı verən yeganə qaynaq Qurandır.

Bu səbəbdən, doğru yerdən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların var olmasına aid sirləri ən qısa zamanda daha az əmək və az enerji sərf edərək ortaya çıxarar.

Quranın yol göstərmədiyi elm isə inkişaf edə bilməz, konkret nəticələrə yiyələnməsi çox vaxt aparar və hətta çox vaxt nəticəsiz olar. Doğrulardan uzaq olan və materialist elm adamları tərəfindən istiqamətləndirilən elmin son iki yüz ildə bizə nə qədər vaxt itirdiyi isə gözlər önündədir. Həqiqətləri görə bilmədikləri üçün bu yolda gördükləri işlərin böyük hissəsi heç olmuş və bu yolda xərclənən külli miqdarda pul boşa getmişdir.

imgres2Məhz bu səbəbdən, insanlar bu həqiqəti bilməlidirlər: elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırdıqca doğru nəticələr əldə edə bilər. Elm ancaq doğru istiqamətləndirildiyi təqdirdə əsl məqsədinə qısa müddətdə çata bilər.

Elmin doğru istiqamətləndirilməsi niyə əhəmiyyətlidir?

Elmin ilk mərhələsi fərziyyə xarakterlidir və bu müddət elm adamlarının mənimsədiyi əsas dünyagörüşü ilə əlaqədardır. Məsələn, elm adamları sahib olduqları dünyagörüşü səbəbindən “maddənin hər hansı bir şüurlu tənzimləməsi olmadan öz-özünü tənzimləmə meyli vardır” kimi ağıl və elmdən kənar fərziyyə irəli sürə bilərlər. Sonra da bu fərziyyəni təsdiqləmək üçün illərlə araşdırmalar apara bilərlər. Amma maddənin belə bir xüsusiyyəti yoxdur və dolayısilə, bütün səylər müvəffəqiyyətsizliklə nəticələnər və çox böyük vaxt və pul itkisinə səbəb olar. Halbuki əvvəldən  ”maddənin hər hansı bir şüurlu tənzimləməsi olmadan öz özünü tənzimləməsi mümkün deyil” fikri ilə yola çıxsalar, buna əsaslanan elmi araşdırmalar da çox sürətli və məhsuldar olar.

Diqqət yetirsək, bu cəhət, yəni fərziyyəni doğru təyin etmə xüsusiyyəti elmi tapıntılardan fərqli  qaynaq tələb edir. Bu qaynağı doğru təsbit etmək isə çox əhəmiyyətlidir. Çünki qaynağın yanlış təyin olunması elm dünyasında illərin, on illərin, hətta əsrlərin itməsinə səbəb ola bilər. Bu qaynaq isə Allahın insanlara çatdırdığı vəhydir. Çünki Allah kainatın və bütün canlıların yaradıcısıdır və dolayısilə, onlar haqqında ən doğru məlumat Allahdan gələn məlumatdır. Belə ki, Allah Quranda bu mövzular haqqında bizə əhəmiyyətli məlumatlar verir.

Quranda xəbər verilən elmi həqiqətlərdən nümunələr

Allah kainatı yoxdan var etmişdir. Materialist elm adamlarının iddia etdiyi kimi, kainat təsadüfi hadisələr nəticəsində və ya özbaşına meydana gəlməmişdir. Təbiətdə və bütün kainatda təsadüflərin meydana gətirdiyi xaos deyil, Allahın üstün yaradılışla var etdiyi qüsursuz bir nizam var.

Yaşadığımız dünyanın bütün xüsusiyyətlərini insan həyatına uyğunlaşdıran Allahdır. Allah ulduzların və planetlərin hərəkətlərini, yer üzünün müxtəlif formalarını, suyun və ya atmosferin xüsusiyyətlərini insan həyatına uyğunlaşdırmışdır.

Bütün canlı növlərini Allah yaratmışdır və bu canlıların hərəkətləri də Allahın xüsusi ilhamı ilə reallaşır.

imgres-31Allah yaradılış haqqında bir ayəsində belə buyurur:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2) 

Bunu əsas kimi götürən bir elm anlayışı da, şübhəsiz ki, böyük müvəffəqiyyət əldə edər, çox məhsuldar şəkildə insanlara xidmət edər. Belə ki, tarixdə bunun açıq nümunələri vardır. Müsəlman elm adamlarının IX və X əsrlərdə dünyanın ən qabaqcıl sivilizasiyasına liderlik etmələri elmin yuxarıda sadalanan doğru əsaslarına söykənərək inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur. Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrinin bütün qabaqcılları Allahın varlığına inanan və Onun yaratdıqlarını araşdıran böyük elm adamlarıdır. Ancaq XIX əsrin ortalarından bu yana elm dünyası Allah inancından uzaqlaşaraq materialist fəlsəfənin təsiri altına düşmüşdür.

Səhv istiqamətləndirilən elmin çarəsizliyi

Materializm maddənin mütləq varlığına inanır. Əslində, Allahı və Onun mütləq hakimiyyətini inkar etmək məqsədilə materialistlər bu iddialarını (Allahı tənzih edirik) elm dünyasına mərhələli şəkildə mənimsətmiş və XIX əsrin ikinci yarısından etibarən elmi araşdırmaların böyük hissəsini bu iddiaları dəstəkləməyə ayırmışlar.

Ancaq bu gün geriyə dönüb baxsaq, materializmin iddialarının elmə yalnız vaxt itirtdiyini görərik. Çünki bu iddiaların hər birini isbat etmək üçün on illərlə saysız elm adamı çalışmış, ancaq ortaya çıxan nəticələr bu iddiaların əsassızlığını göstərmişdir. Tapıntılar Allahın Quranda xəbər verdiyi kimi:

Kainatın insan həyatına uyğun olaraq yoxdan yaradıldığını və canlıların təsadüflərlə doğulması və təkamül keçirməsinin qeyri-mümkün olduğunu isbat etmişdir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s