Kommunist Separatçi Terrorun Qaynaği Darvinizmdir

 

charles-darwin-standingDarvinizm separatçı terrorun qidasıdır. Bunun üçün Darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır.

Bunu izah etməyin yolu isə, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Darvinizmin yalanlarına görə, həyat mübarizə və döyüş yeridir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə döyüşmək lazımdır. İnsanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu və inkişafın döyüşməklə mümkün olduğunu iddia edən kommunizm və faşizm, Darvinizmin bu əsassız iddialarına əsaslanmışdır.

Günahsız insanları qətl edən, problemləri zor tətbiq edərək həll edilə biləcəyini düşünən, qarşıdurmanın qaçınılmaz olduğuna inanan separatçı terror da, Darvinist təlqinlərlə bəslənir. Darvinizm, separatçı terrorun qidasıdır. Bu zəhərli qida artırıldıqda, yəni Darvinist iddialar dəstəklənib gündəmdə tutulduğunda, separatçı terror daha da güclənir. Bu qida qurtardıqdan sonra, yəni Darvinizmin yalanları elmi cəhətdən ifşa olunduğu təqdirdə separatçı terror da, sona çatar.

Təkamül nəzəriyyəsi, ortaya atıldıqdan qısa bir müddət sonra biologiya və paleontologiya kimi elm sahələrinin hüdudlarından çıxaraq, insan əlaqələrindən tarixin şərh olunmasına, siyasətdən cəmiyyət həyatına qədər bir çox sahədə təsirli hala gətirilmişdir. Xüsusilə də, Darvinizmin “təbiətin mübarizə və qarşıdurma yeri olduğu” yalanı cəmiyyətlərə tətbiq olunduqda,

– Hitlerin üstün irqi meydana gətirmə cəhdinə,

– Marksın “İnsanlıq tarixi sinfi qarşıdurmaların tarixidir” yanılmasına,

– Maonun milyonlarla insanı bir növ heyvan kimi görüb ağlasığmaz vəhşiliklər etməsinə,

– Mussolininin “Müharibənin insan enerjisini ən yüksək səviyyəyə çatdırdığı” iddiasına,

– Kapitalizmin “güclülərin zəifləri əzərək daha da güclənmələrini” nəzərdə tutmasına,

– Stalinin acımasız iş düşərgələrinə,

– Üçüncü dünya ölkələrinin imperialist ölkələr tərəfindən  istismar edilmələrinə, insanlığa sığmayan rəftarlara məruz qalmalarına

elmi don geyindirilmişdir.

Darvinizm, vəhşiliyi istədiyi kimi qanuniləşdirir

Kommunizm və faşizm insanlıq düşmənidir. Yandırıb – yaxmağı, insanlara qorxu, narahatlıq, əzab, dəhşət yaşatmağı, öz ölkəsinin əsgərinə, polisinə hücum etməyi, günahsızları göz qırpmadan öldürməyi əmr edir. Kommunist və faşist rejimlərə ortaq psixologiya hakimdir. Bu sistemdə şəfqət, vicdan kimi hisslər tamamilə yox edilir. İnsan cəmiyyətləri, vəhşi heyvanların yaşamaq və qidalanmaq üçün döyüşdükləri arenalara çevrilir. Vəhşi heyvan, qida və məskunlaşma yeri əldə etmək üçün necə var gücü ilə qarşıdurmaya girirsə, insanların da, eyni şəkildə “heyvanlar” kimi davranması nəzərdə tutulur. Çünki, Darvinin doqması, onlara əslində bir heyvan olduqlarını və heyvanlar necə həyat üçün mübarizə aparırlarsa, özlərinin də elə davranmalı  olduğunu öyrədir.

P. J. Darlington, bir təkamülçü olaraq, Evolution For Naturalists (Natüralistler Üçün Təkamül) adlı kitabında vəhşiliyin, təkamül nəzəriyyəsinin təbii nəticəsi olduğuna və hətta bunun qanuni görülməsinin vacib olduğuna dair batil inancını belə etiraf edir:

Eqoizm və vəhşilik içimizdəki təbii bir şeydir, ən qədim atamızdan bizə miras qalmışdır… Deməli, vəhşilik insanlar üçün normaldır; təkamülün bir məhsuludur. 1

Bir təkamülçünün bu etirafından da aydın olduğu kimi, Darvinin təkamül nəzəriyyəsini rəhbər olaraq qəbul edən ideologiyaların digər insanları heyvan hesab etməsi, onlara bu şəkildə münasibət göstərməsi, zülm etməsi onlara görə çox təbiidir. Çünki bu insan, Darvinist ideologiyanı mənimsəyərək, bir Yaradıcı olduğunu, özünün dünyada mövcud olma məqsədini və axirətdə dünyada etdiklərinə görə Allahın hüzurunda hesab verəcəyini unudur. Bunun nəticəsi olaraq da Allah qorxusu ortadan qalxan hər insan kimi yalnız öz mənfəətlərini düşünən eqoist, mərhəmətsiz, zalım, qatil olur.

Kommunizm, Darvinist bir ideologiyadır

Kommunizmin baniləri Marks və Engels, materialist fəlsəfəni “dialektika” adı verilən yeni bir üsulla açıqlamağa çalışdılar. Dialektika, kainatdakı bütün inkişafın qarşıdurma sayəsində əldə edildiyi fərziyyəsi idi. Marks və Engels, bu fərziyəyə söykənib bütün dünya tarixini şərh etməyə başladılar. Marks, insanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu, mövcud qarşıdurmanın işçilər və kapitalistlər arasında baş verdiyini və yaxın gələcəkdə işçilərin qiyam qaldırıb kommunist inqilab edəcəklərini iddia edirdi.

Kommunizmin banilərinin ən diqqəti cəlb edən xüsusiyyətləri isə, hər materialist kimi Allah inancına düşmən mövqedə olmaları idi. Hər ikisi də qatı ateist olan Marks və Engels, dini inancların yox edilməsini kommunizm baxımından zəruri görürdülər. Ancaq daha geniş kütlələrə təsir edə bilmək üçün ideologiyalarına elmi görünüş vermələri lazım idi. Məhz 20-ci əsrdə yaşanan hərc-mərcliyə, xaosa, kütləvi qırğınlara, qardaşı qardaşa qırdıran hərəkatlara imza atan təhlükəli ittifaq, bu nöqtədə ortaya çıxdı. Darvinin, “Növlərin Mənşəyi” adlı kitabında qarşıya qoyduğu təməl iddialar, Marks və Engelsin axtardıqları izahlar idi. Darvin, canlıların “həyat mübarizəsi” nəticəsində, yəni “dialektik qarşıdurma” ilə ortaya çıxdıqlarını iddia edirdi. Yəni, yaradılışı inkar edərək dini inancları rədd edirdi. Bu, Marks və Engels üçün böyük fürsət idi.

Darvinizm, kommunizm üçün o qədər böyük əhəmiyyət daşıyırdı ki, Engels, Darvinin kitabı nəşr olunan kimi Marksa belə yazdı: “Bu anda kitabını oxuduğum Darvin, bir sözlə möhtəşəm”dir. 2

Marks isə 19 dekabr 1860-cı il tarixdə Engelsə yazdığı cavabında belə deyirdi: “Bizim fikirlərimizin təbii tarix təməlini ehtiva edən kitab məhz budur. “3

Marks, bir başqa sosialist dostu Lasalleyə 16 yanvar 1861-ci il tarixdə yazdığı məktubda isə, “Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini meydana gətirir.”4 deyərək, təkamül nəzəriyyəsinin kommunizm üçün əhəmiyyətini açıqlayırdı.

Marks, Darvinə olan simpatiyasını ən əhəmiyyətli əsəri “Das Kapitalı” Darvinə ithaf edərək göstərmişdi. Kitabın Almanca nəşrində belə yazmışdı: “Charles Darvinə, həqiqi bir pərəstişkarı olan Karl Markstan”.5

Engels də, Darvinə olan heyranlığını fərqli bir yerdə belə ifadə edirdi:

Təbiət metafizik olaraq deyildialektik olaraq işləyir. Bununla əlaqədar olaraq hər kəsdən əvvəl Charles Darvinin adı çəkilməlidir. “6

Engels, Darvini Marksla bərabər səviyyədə tərifləyir və “Darvin necə orqanik təbiətdəki təkamül qanununu kəşf etdisə, Marks da insanlıq tarixindəki təkamül qanununu kəşf etdi” deyirdi. 7 Marksizm-Darvinizm əlaqəsi bu gün hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Karl Marksın həyatından bəhs edən kitablarda da, bu əlaqə həmişə ifadə edilir. Məsələn, Karl Marks bioqrafiyasında bu əlaqə bu cür təsvir edilir:

Darvinizm, Marksist fəlsəfəni dəstəkləyən, inkişaf etdirən, həqiqiliyini sübut edən silsilə həqiqəti təqdim etdi. Darvinist təkamülçü fikirlərin yayılması, cəmiyyətdə bütövlükdə Marksist düşüncələrin əməkçi xalq tərəfindən qavranılması üçün əlverişli zəmin yaratdı… Marx, Engels və Lenin, Darvinin düşüncələrinə böyük dəyər verdilər və bunların daşıdığı elmi əhəmiyyətə işarə etdilər, beləliklə bu düşüncələrin yayılmasına sürət qazandırdılar. 8

Darvinizm ilə Marksizm arasındakı bu güclü əlaqə, müasir təkamülçülər tərəfindən də qeyd edilir. Təkamül nəzəriyyəsinin dövrümüzdəki müdafiəçilərinin ən tanınmışlarından biri olan bioloq Douglas Futuyma, “Təkamül Biologiyası” adlı kitabının ön sözündə belə yazır: “Marksın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə birlikdə Darvinin təkamül nəzəriyyəsi materializm zəminində böyük mərhələ idi”. 9 Rus Kommunist İnqilabının Lenin ilə birlikdə iki böyük memarından biri olan Leon Trotsky də“Darvinin kəşfi bütün orqanik maddə sahəsində dialektikanın (dialektika materializmin) ən böyük zəfəri oldu.” şəklində izah vermişdir. 10

Kommunist diktatorlardan Stalinin “Gənc nəsillərin zehinlərini yaradılış düşüncəsindən təmizləmək üçün onlara yalnız bir şeyi öyrətməliyik: Darvinintəlimlərini. “ 11 sözləri, Çində on milyonlarla insanı acımasızca qətl etdirən, bir o qədərini də aclığa məhkum edən Maonun, “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə söykənmişdir” 12 etirafı,  Darvinizmin qan tökən Marksist, Leninist, Maocu ideologiyaların mövcudluğu üçün nə qədər əhəmiyyətli olduğunun isbatıdır.

Sepratçı terrorizm Darvinist təlqinlərlə qidalanır

Cənub-şərqdə illərdir davam edən separtçı fəaliyyətlərin arxasında Marksist-Leninist-komunist ideologiya durur. Bu ideologiyanın təməli isə, yuxarıda dəlilləri ilə təqdim edildiyi kimi, Darvinizmə söykənir. Separatçı terror təşkilatı, terrorist olaraq yetişdirəcəyi şəxslərə əvvəlcə dialektik materializm və bu fəlsəfənin təməli olan Darvinizm təhsili verir. Darvinizm olmadan separatçı terrorizmin təşəkkül tapması qeyri-mümkündür. Darvinizmin insanların şüuraltına yeritdiyi “İnsan, mübarizə aparan heyvandır” yalanının separatçı terrorizmin davam etməsində son dərəcə təsirli olduğu açıqdır. Darvinizm insanlara öz “dünya görüşünü” və “qaydasını” izah edir. Bu azğın dünya görüşünün və üsulun təməl anlayışı isə, “özündən olmayanla mübarizə aparmaq”dır.

Həyatı, qarşıdurma sahəsi kimi təqdim edən Darvinist təlqinlər nəticəsində separatçı militanlar, heç düşünmədən  körpələri, qocaları, günahsız insanları öldürürlər. Əsgərimizi, polisimizi qətl edir və hər cür terror üsuluna əl atırlar.

Özlərini və digər insanları, Allahın yaratdığı ruh, ağıl və vicdana sahib varlıqlar olaraq görmədikləri üçün heyvanın heyvana etdiyini, bir-birlərinə və digər insanlara edirlər. Bu bəlanın bitməsi üçün bu vəhşiliyin təməl dayaq nöqtəsinin, yəni Darvinizmin ortadan qaldırılması vacibdir. Bir tərəfdən terrora hər gün şəhidlər verərək, bir tərəfdən də rəsmi olaraq təkamülü izah etmək çox yanlışdır. Bu, terrorun təməl qaynağını bəsləmək deməkdir. Darvinist yalanları gənclərə izah edilmədikcə terrorun qarşısını almaq mümkün deyil. Darvinist təbliğatın və ona söykənən dialektik materializmin  təsirini aradan qaldırmaq üçün təxminən 150 ildir dünyanı qana bulayan bu nəzəriyyənin etibarsızlığı, saxta üsulları və yalanları müasir elmin işığında türk gənclərinə öyrədilməlidir.

Bu çərçivədəki təhsillə birlik və bərabərliyimizi təhdid edən ideologiyaların önü kəsilmiş olacaq.

Millətimizi Darvinist yalanlarına qarşı xəbərdar etmək və bu yalanın mənfi təsirini aradan qaldırmaq üçün aparılan fəaliyyətlər illərdir materialistlərin hədəfi olmuşdur. Elmi mübarizəyə elmi cavab verilməlidır. Ancaq materialistlər sahib olduqları nəşriyyat evlərindən psixoloji mübarizənin hücum vasitəsi kimi istifadə edir, təkamül nəzəriyyəsinin çöküşü haqqında elmi nəşrlərə təhqir və böhtanlarla cavab verməyə çalışırlar. Materialistlər, aylardır tələb edilməsinə baxmayaraq keçid canlılara aid bir tək qalıq belə ortaya qoya bilməmişlər, Türkiyənin hər yerində davam edən “Yaradılış Sərgiləri” qarşısında tamamilə səssizliyə qərq olmuşlar.

Terror, separtçı təşkilatların əvəzolunmaz üsuludur

Terror, əsası Darvinizmə söykənən separatçı ideologiyaların hədəfə çatmaq üçün istifadə etdikləri ən əhəmiyyətli üsuldur. Kommunist liderlər terroru əvəzolunmaz silah kimi tərəfdarlarına tövsiyə etmişlər. Separatçı terror təşkilatlarının bütün üsulları kommunist ideoloq və liderlərin tövsiyələrinə əsaslanır. Bu liderlərdən biri olan Leninin terror təlimatları olduqca təəccüblüdür:

Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar çıxarmaq… Dövlətin xəzinələrindən pulları götürmək… İnqilabçı kommunist güclər məğlub olmaz silahlı güc kimi ortaya çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları havaya uçuraraq qorxu yaymaq və bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluğunu təşkil etmək, iqtidara çatmağımızın ən əhəmiyyətli ünsürlərindəndir. 17

Kommunizm və Faşizmin dayaq nöqtəsi eynidir: Darvinizm

Yuxarıda bir neçə nümunəsini verdiyimiz kommunist liderlərin ifadələri, Darvinizmin kommunizm üçün daşıdığı əhəmiyyətin dəlillərindəndir. Eyni şəkildə faşist liderlərinin izahları da, Darvinizmin faşizm üçün nə qədər vacib olduğunu göstərir. Faşist lideri Adolf Hitler, məşhur kitabı “Müharibəmdə” guya “Ari irqinə təbiət tərəfindən üstünlük verildiyini” iddia etmiş18, bu kitabın adını seçərkən də Darvinin “həyat mübarizəsi” fikirindən ilham almışdır. 19 Hitler, 1933-cü ildəki məşhur Nürnberg mitinqində isə “yüksək irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdəki ən məntiqli haqq olduğu” şəklindəki Darvinist fikri dilə gətirmişdir. Məşhur təkamülçü Stephen Jay Gouldun “Almaniyada Darvinizmin müharibə  səbəbi halına gəldiyi” şəklindəki təsbiti isə olduqca əhəmiyyətlidir. 20

Hitlerin ən böyük müttəfiqi olan Benito Mussolini isə 1935-ci ildə başlatdığı Efiopiya işğalını Darvinin irqçi fikirlərinə və həyat mübarizəsi anlayışına söykəyəcək, İngilis İmperiyasının zəifləməsinin səbəbi olaraq “Təkamülün ən əhəmiyyətli gücü olan mübarizədən qaçmağa çalışması” şərhini edəcək qədər qatı Darvinist idi. 21 Mussolini, bir zamanlar redaktorluğunu etdiyi “Sinfi Qarşıdurma” adlı jurnalın ilk sayında Marks və Darvindən, “Keçən əsrin ən böyük iki mütəfəkkiri” deyə bəhs etmiş və Darvinizmə təriflər yağdırmışdır. 22

Göründüyü kimi kommunizm və faşizm, eyni materialist təmələ əsaslanan azğın ideologiyalardır. Bu ideologiyalara tərəfdar yığmaq üçün ilk atılan addım, “İnsanın, təbiətin və təsadüflərin məhsulu olan bir növ heyvan olduğu” istiqamətindəki Darvinist yalanları cəmiyyətlərə mənimsətməkdir. Darvinist təhsil verən cəmiyyətlərdə fərdlərin bir hissəsi mənəvi və milli dəyərlərdən uzaq qalmışdır. Belə cəmiyyətlərdə sədaqətin, şəfqətin və fədakarlığın heç bir əhəmiyyəti yoxdur. Gənclər bu təhsilin nəticəsində, dünyada təsadüflər nəticəsində var olduqları, bir gün yox olub gedəcəkləri zənninə qapılmışlar. Bu şəxslər üçün din, ailə, millət, bayraq kimi müqəddəs anlayışlar bir şey ifadə etmir. Onlar üçün insan həyatı dəyərsizləşir, rahatlıqla insan öldürə bilir, öldürdükləri insanların da bir növ heyvan olduqlarını düşündükləri üçün də vicdanları narahat olmur.

Darvinizm İmperializmin də silahıdır

Darvinizm, dünya imperializminin istifadə etdiyi silahdır. İmperialist ölkələr işğal etmək istədikləri ölkələrdə “5-ci qol fəaliyyəti” olaraq mənəvi gücü qırmağa səy göstərirlər. Bu fəaliyyətdə Darvinizm baş rolu oynayır. Çünki Darvinist təlimləri mənimsəyən cəmiyyətlər rahatlıqla imperialist dövlətlərin hakimiyyəti altına girirlər.

Osmanlı, son dövrlərdə məktəblərə daxil olan Darvinist fikirlər nəticəsində gücünü itirmiş, cəmiyyəti bir yerdə tutan mənəvi dəyərlərdən məhrum idarəçilik nəticəsində də çökməyə başlamışdır.

İmperialistlər Darvinist fikirləri, “cəmiyyətləri hissələrə bölüb vuruşdurmaq” üçün istifadə edirlər. Dünyanın bir çox ölkəsindəki faşist-kommunist düşərgələri “mübarizənin təbiət  qanunu olduğunu” iddia edən Darvinist təlqinlərin məhsuludur. Bu təlqinlər inkişafın şərti kimi göstərilir. Milyonlarla insanın həyatını itirməsinə səbəb olan Darvinizmin “həyatın mübarizə yeri” olduğu, “inkişafın mübarizə ilə” reallaşacağı yalanları imperializmi də gücləndirir.

Darvinist üsullarla gücsüz vəziyyətə düşən müsəlman ölkələrin, imperialist güclərin təsirinə düşməyi danılmazdır. Sovet İmperiyası dövründə müsəlman-türk dövlətlərinin uzun illər Darvinist-kommunist əsarətin altında qaldığı həqiqəti unudulmamalıdır.

İmperializm, kommunizm və faşizmin görünməyən gizli gücü olan massonlar isə ideologiyalarını dəstəkləyən Darvinizmi öz nəşrlərində belə müdafiə edirlər:

Bu gün artıq ən inkişaf etmiş ölkələrdən ən geridə qalan ölkələrədək tək etibarlı elmi qayda Darvinin və onun yolunu izləyənlərinkidir. 24

Gənclərini Darvinist və materialist ideologiya ilə yetişdirən bəzi millətlər, 150 ildir kommunist, faşist və ya neo-nasist kimi tanınan təcavüzkar və mərhəmətsiz insanlar formalaşdırırlar. Sonra da həmin insnların qan tökməsinin, dövlətinə və millətinə düşmən olmasının qarşısını ala bilmirlər. Bu ölkələrin ən böyük səhvi, əvvəl Darvinist təhsillə bu cinayətkarları yetişdirmək, sonra da onların qarşısını almaq üçün müxtəlif yollar axtarmaqdır.

Halbuki, edilməli olan şey çox açıqdır: Darvinizm elmi mübarizə ilə ortadan qaldırılmalıdır. Bunun yolu isə insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allahın yaratdığı, ruh sahibi, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Zərərli ideologiyaların mənşəyi olan Darvinizmin süqut etdirilməsi ilə ortada yalnız bir həqiqət qalacaq. O da, bütün insanları və kainatı Allahın yaratdığı həqiqətidir. Bunu anlayan insanlar səmimi olaraq din əxlaqına yönələcəklər. İnsanların din əxlaqına yönəlməsi ilə dünyadakı çətinliklər, qırğınlar, bəlalar, ədalətsizliklər, yoxsulluqlar gedəcək, bolluq, bərəkət, rifah gələcəkdir.

Buna görə batil olan, insanlığa zərər verən hər fikirin haqq olan, insanlığa gözəllik gətirəcək fikirlərlə məğlub edilməsi vacibdir. Yumruğa qarşı yumruqla cavab vermək, təcavüzkara qarşı təcavüzkar olmaq çıxış yolu deyil. Çıxış yolu, bunları edənlərin fikirlərini çökdürmək və doğruları səbirlə və gözəlliklə onlara izah etməkdir.

Qarşıdurmaların, anarxiyanın, terrorun, qiyamların, zülmün, vəhşiliyin, mərhəmətsizliyin, məzlumları əzmənin həyatın qaçınılmaz həqiqətləri olduğunu düşünənlər yanılırlar. İnsanlar arasında təbii olan sülhün, əmin amanlığın, təhlükəsizliyin, qardaşlığın, dostluğun, səmimiyyətin, insanpərvərliyin, mehribanlığın, şəfqətin, anlayışın, hörmətin hakim olduğu mühitlərdir. Bu da ancaq Darvinizmin fikri yolla ortadan qaldırılması və din əxlaqının hakim olması ilə təmin edilə bilər.

Müasir elm 1859-cu ildə Charles Darvinin primitiv texniki imkanlarla və öz təxəyyülünün nəticəsi olaraq ortaya atdığı nəzəriyyəni çürütmüşdür.

Nəzəriyyənin ortaya atıldığı gündən bu günə qədər keçən təxminən 150 ildə aparılan qazıntılarda 250 min növə aid, təxminən 100 milyon qalıq çıxarılmasına baxmayaraq, bunlardan heç biri Darvinin iddialarını dəstəkləməmişdir. Darvinin nəzəriyyəsinin isbatı üçün lazım olan keçid canlılara aid qalıqlar heç vaxt tapılmamışdır. Çünki, belə canlılar əslində heç vaxt mövcud olmamışdır. Qarışqalardan ağaclara, yarasalardan köpək balıqlarına qədər çox müxtəlif növlərə aid milyon illik qalıqlar mövcuddur və bunlar canlıların təkamül keçirmədiklərini dəqiq olaraq isbat edən konkret dəlillərdir.

Darvindən çox sonra ortaya çıxan biokimya, mikrobiologiya, biyomatematik, molekulyar genetika kimi çox saylı elm sahəsi canlılığın təsadüfən meydana gələ bilməyəcəyini və canlıların təkamül keçirmədiyini ortaya qoymuşdur.

Elm, həyatın mənşəyində sonsuz sayda məlumat olduğunu, DNT-nin sanki hərf-hərf yazılmış cildlərlə dolu ensiklopediyaya bənzədiyini, hüceyrənin “molekulyar maşınlar”dan meydana gəldiyini kəşf etmişdir. Bunların təsadüflərlə və yavaş-yavaş inkişaf edərək meydana gələ bilməyəcəyi isbat edilmişdir.

Bioriyaziyyat sahəsində aparılan hesablamalar, həyatın bu kompleks quruluşunun təsadüflərlə meydana gəlmə ehtimalının “0″ (sıfır) olduğunu sübut etmişdir. Tək bir zülalın belə təsadüflərlə ortaya çıxma ehtimalını 10 üstü 950-də 1 olaraq hesablayan riyaziyyatçılar Darvinizmə ən böyük zərbələrdən birini vurmuşdur.

Darvinin təkamül mexanizmi olaraq tanıtdığı təbii seleksiya anlayışının təkamül iddiaları ilə heç bir əlaqəsi olmadığı məlum olmuşdur. Uzun illər dənizdən quruya keçid hekayəsi üçün dəlil olaraq göstərilən Coelecanth adlı canlının müasir dövrdə də yaşayan normal balıq olduğu məlum olmuş, quşların atası kimi göstərilən Archæopteryxin keçid canlı olmayıb, nəsli kəsilmiş quş olduğu isbat edilmiş, at ardıcıllığı deyə tanıdılan qalıqların əslində atlarla heç bir əlaqəsi olmadığı, fərqli dövr və ərazilərdə yaşayıb nəsli kəsilmiş canlılara aid olduğu isbat edilmiş, insanın atası olaraq göstərilən kəllənin və sümük parçalarının həqiqətdə “ya soyu tükənmiş meymunlara ya da normal insanlara” aid olduğu sübut edilmiş, canlıların başqa canlılara çevrilməsi üçün təməl mexanizm olaraq göstərilən mutasiyaların canlılar üzərindəki təsiri “xəstəlik və ya ölüm” olduğu, nəinki canlıları təkmilləşdirən, onları yox edici funksiyası olduğu bəlli olmuşdur. Burada sayılan bir çox həqiqətlər nəticəsində təkamül nəzəriyyəsi süqut etmişdir.

Qaynaqlar:

1 P.J. Darlington, Evolution for Naturalists, 1980, s. 243-244

2 Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, s.527

3 Marx ve Engels, Mektuplar, s. 426

4 Marx Engels, Mektuplar, cilt 2, s.126

5 Conway Zirkle, Evolution, Marxian Biology, and the Social Scene (Philadelphia: University of Pennsylvania Press, 1959), ss. 85-87

6 Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, Sol Yayınları, 1990, s.85

7 Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, London: Chatto & Windus, 1959, s. 348

8 Karl Marx Biyografi, Öncü Yayınevi, s. 368

9 Douglas Futuyma, Evolutionary Biology, 2nd ed., Sunderland, MA: Sinauer, 1986, s. 3

10 Alan Woods and Ted Grant. “Marxism and Darwinism”, Reason in Revolt: Marxism and Modern Science, London, 1993

11 Kent Hovind, The False Religion of Evolution

12 K. Menhert, Kampf um Mao’s Erbe, Deutsche Verlags-Anstalt

13 Marx Engels Mektuplar, cilt 2, s.126

14 Robert M. Young, Darwinian Evolution and Human History, Radio talk given in an Open University course on Darwin to Einstein: Historical Studies on Science and Belief, 1980

15 Friedrich Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, s. 85

16 Alan Woods and Ted Grant. “Marxism and Darwinism”, Reason in Revolt: Marxism and Modern Science, London, 1993

17 Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında, Homizuri G.P., Moskova, 2005

18 L.H. Gann, Adolf Hitler, The Complete Totalitarian, The Intercollagiate Review, Sonbahar 1985, s. 24

19 Ben Macintyre, Forgotten Fatherland, s. 28

20 Paul Humber, Hitler’s Evolution vs Christian Resistance

21 Robert Clark, Darwin: Before and After, Grand Rapids International Press, Grand Rapids, MI, 1958. s.115

22 Denis Mack Smith, Mussolini, s. 18

23 Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York:D. Appleton and Company, s.285-286

24 Memar Sinan Jurnalı, say 80, s. 18

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s