“Allah Canlıları Təkamüllə Yaratmışdır” Fikri Nə üçün Səhvdir?

iynece1Kainatdakı canlı və cansız bütün varlıqlardakı üstün yaradılış açıq şəkildə ortaya qoyulduqda, bu cür mükəmməl sistemlərin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi cəhətdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesilə yaratdığını iddia edirlər.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allahın yaratdığı son dərəcə aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allahın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allahın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik.

Bu iki mənbəyə baxdıqda “təkamüllə yaratma” kimi bir faktın mövcud olmadığını görərik. Quranda insanın, canlıların və kainatın yaradılışı ilə bağlı bir çox ayə vardır və bu ayələrin heç birində təkamüllə yaradılışa dair heç bir məlumat yoxdur. Yəni canlıların bir-birlərindən törəyərək əmələ gəlməsinə işarə edən heç bir ayə yoxdur. Əksinə, ayələrdə canlıların və kainatın Allahın “Ol!” əmrilə yoxdan var edildiyi bildirilir.

Elmi dəlillər də yenə “təkamül yolu ilə yaradılışın” olmadığını göstərir. Fosillər müxtəlif canlı qruplarının bir-birlərindən törəyərək deyil, bir-birlərindən asılı olmadan birdən-birə və özünəməxsus quruluşları ilə ortaya çıxdığını göstərir. Yəni hər canlı qrupu bir-birindən fərqli yaradılmışdır.

Əgər “təkamül yolu ilə yaradılış” olsaydı, onun dəlillərinə bu gün rast gələrdik. Allah bütün yaratdıqlarını bir nizama görə səbəblər və qanunlar çərçivəsində yaratmışdır. Məsələn, gəmiləri dənizdə üzdürən, şübhəsiz, Allahdır. Ancaq səbəbini araşdırdıqda suyun itələmə qüvvəsinin də buna səbəb kimi yaradıldığını görərik. Quşları uçması da Allahın qüdrəti səbəbindəndir. Belə ki, onun səbəblərini araşdırdıqda aerodinamika qanunları ilə qarşılaşırıq. Beləliklə, əgər canlılar müəyyən bir proseslə mərhələli şəkildə təkamül yolu ilə yaradılsaydılar, mütləq bu keçidləri açıqlayan qanunlar və genetik məlumatın inkişaf etməsini təmin edən sistemlər olardı. Habelə bütün fiziki, kimyəvi, bioloji qanunlar kimi onlar da açıq şəkildə məlum olardı. Laboratoriya fəaliyyətlərində bir canlı növünün digər bir canlı növünə çevrilməsini göstərən dəlillər tapılardı. Yenə bu fəaliyyətlər vasitəsilə bir canlıda olmayan, ancaq bu canlıya tətbiq edildikdə ona fayda verən sekresiya, hormon və digər molekulların əmələ gəlməsini təmin edən genetik məlumatın o canlının genetik məlumatına tətbiq edilməsilə mümkün olardı. Bununla bərabər aparılan təcrübələrlə o canlıda bu günə qədər müəyyən edilməyən yeni bir orqanoid və buna bənzər formalar əmələ gətirilərdi.

timsah-fosili1Laboratoriya fəaliyyətləri ilə mutasiya keçirən və bundan fayda götürən canlılara rast gəlmək olardı. Hətta bu mutasiyaların sonrakı nəsillərə ötürülərək o növün xüsusiyyətinə çevrildiyi məlum olardı. Daha da irəli getsək, tarixdə yaşamış bu cür ara keçid canlılarının milyardlarla fosil nümunələrinə rast gəlmək olar, dövrümüzdə də inkişafını tamamlamamış keçid canlılar olardı. Qısaca desək, ətrafımızda bu cür prosesə aid saysız-hesabsız dəlillər olardı.

Ancaq bir növün digərinə çevrildiyini göstərən bir dəlil belə yoxdur. Elmi dəlillər və arxeoloji məlumatlar, canlı növlərinin birdən-birə, heç bir əcdadı olmadan ortaya çıxdığını göstərir. Bu həqiqət canlıların təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin əsassız olduğunu göstərdiyi kimi Allahın calıları təkamül yolu ilə yaratdığı iddiasının da elmi cəhətdən səhv olduğunu göstərmişdir.

Allah canlıları tamamilə metafizik formada, təkcə “Ol!” əmrilə yaratmışdır. Canlıların yer üzündə birdən-birə ortaya çıxdıqlarını sübut edən müasir elm isə bu həqiqəti təsdiqləyir.

“Allah canlıları təkamül yolu ilə yarada bilər” fikrinin tərəfdarları əslində bununla Darvinizm ilə yaradılış arasında bir “uyğunluq” olduğunu göstərmək istəyirlər. Ancaq bu zaman yenə böyük səhv edirlər. Darvinizmin təməl məntiqini və hansı fəlsəfəyə xidmət etdiyini nəzərdən qaçırırlar. Darvinizm “canlı növlərinin bir-birinə çevrilməsi” anlayışından ibarət deyil. Darvinizm əsl mənada “canlı növlərinin mənşəyinin sırf maddi səbəblərlə açıqlamaq” cəhdidir. Başqa sözlə desək, canlıların təbiətin məhsulu olduğu iddiasını elm adı altında qəbul etdirmək cəhdidir (Allahı tənzih edərik). Bu cəhdlə Allah inancı arasında hər hansı “ortaq cəhət” ola bilməz. Bu cür ortaq cəhət tapmaq cəhdi ilə darvinizmə ciddi yanaşmaq, onun “elmi nəzəriyyə” olduğu iddiasını müdafiə etmək çox böyük xətadır. Darvinizm 150 illik tarixinin də sübut etdiyi kimi, materialist fəlsəfəni və ateizmi dirçəldən vasitədir və heç bir “ortaq cəhət” tapma axtarışı bu həqiqəti dəyişdirməyəcəkdir.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s