Quranda Təkamül Yoxdur

1Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da (fövrən) olar.(Bəqərə surəsi, 117)

Uca Rəbbimiz Quranda bütün canlıları və kainatı “Ol” əmri ilə yaratdığını bildirir. Bəzi din adamları isə Quran ayələrini yanlış şərh edir və Quranda təkamülün olduğunu iddia etməkdə insanları yanıltmağa çalışırlar. Ancaq təkamülə inanan din adamlarının dəlil kimi göstərməyə çalışdıqları ayələr təkamülü yox, uca Allah’ın qüsursuz yaratmasını göstərir:

İnsanların darvinizmin təhlükələrinə və aldatmacalarına qarşı xəbərdar edilməsi və bu cür təhlükəli dünyagörüşün fikirlə təsirsiz hala gətirilməsi həyati əhəmiyyət daşıyır. Ancaq darvinizmi və səbəb olduğu təhlükələri qavraya bilməyən bəzi insanlar darvinizmə qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də anlaya bilmirlər. Bu insanlar darvinizmlə elmi mübarizə aparmaq əvəzinə, bu mübarizədən qaçmaq üçün müxtəlif yollar axtarırlar.Bəziləri: “Darvinizm o qədər də əhəmiyyətli mövzu deyil”, -deyərək, bu fikri mübarizəni əhəmiyyətsiz göstərməyə çalışırlar. Bəziləri də, İslamla təkamül nəzəriyyəsi arasında ortaq məxrəc meydana gətirməyə çalışırlar. Bunun üçün darvinizmlə İslamı bir-birinə uyğunlaşdırmaqla məşğul olurlar.
Bu isə çox ciddi səhvlərə və yanılmalara gətirib çıxarır. Darvinizmlə İslamiyyət arasında uyğunluq axtarmaq müsəlman üçün mümkünsüz bir şeydir. Allah’ı və yaradılışı inkar edən (Allah’ı tənzih edirik) bir nəzəriyyə ilə uzlaşmaq səmimi şəkildə iman gətirənlərə xas olan xüsusiyyət deyil. Üstəlik, Quran ayələrində də, Peyğəmbərimizin (s.ə.v) hədislərində də təkamülə işarə edən bir izah belə yoxdur. İslamla darvinizmi uyğunlaşdırmağa çalışanların səhvlərindən bəziləri aşağıdakılardır:

1. İnsanın “təkamül mərhələləri” nəticəsində yaranması

“Sizə nə olub ki, Allah’ın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O, sizi mərhələlərlə yaratdı. (Nuh surəsi, 13-14) 

Təkamüllə yaradılış yanılmasını müdafiə edənlər yuxarıdakı ayədə keçən “mərhələlərlə” sözünü “təkamül mərhələlərindən keçirərək” şəklində izah edirlər.

“Ətvar” sözü “hal, vəziyyət” mənasını verən “tavr” sözünün cəm şəklidir və Quranda bu şəkildə başqa bir ayədə də keçir. Bu ayədə keçən mərhələlər bir insanın nütfə olaraq çatdığı ana bətnində əvvəl embrion, sonra bir ət parçası, sonra sümük və ət halında inkişaf edib, sonra da insan kimi dünyaya gəlməsini ifadə edir.

2. Sudan yaratmanın təkamüllü yaradılışa işarə etməsi

Həqiqətən, Biz insanı qarışıq bir sudan yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

Təkamüllü yaradılış yanılmasını müdafiə edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” kimi ifadələri də dəlil kimi göstərməyə çalışırlar. Sudan bütün canlıların meydana gəldiyini iddia edirlər. Halbuki, insanın sudan yaradıldığının ifadə edildiyi ayələr də İslam alimləri və təfsirçilər tərəfindən həmişə nütfədən yaradılma kimi açıqlanmışdır.

3. Hz. Adəmin ilk insan olmaması

Təkamüllü yaradılış yanılması ilə əlaqədar olaraq ortaya atılan başqa bir iddia isə hz. Adəmin ilk insan olmamasıdır (hz. Adəmi tənzih edirik). Bu batil iddiaya dəlil olaraq aşağıdakı ayə göstərilir:

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:)“ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Bəqərə surəsi, 30)

Bu iddianı müdafiə edənlər ayədə keçən “xəlifə yaradacağam” ifadəsinin ərəbcə “cəalə” felini “təyin etmək” sözü ilə açıqlayırlar. Yəni hz. Adəmin ilk insan olmadığı, bir çox insan arasından xəlifə olaraq “təyin edildiyini” qarşıya qoyurlar. Halbuki, “cəalə” (yaratmaq, icad etmək, çevirmək, qoymaq, etmək) sözünün Quranda istifadə edilən müxtəlif mənaları var.

Bundan əlavə, bir çox ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Hz.Adəmin xüsusi və fərqli bir yaradılışa sahib olduğu bu ayələrdən də açıq şəkildə aydın olur.

4. Quranda keçən “atalarımız” ifadəsinin təkamüllü atalara işarə etməsi

Təkamül nəzəriyyəsinə aldanmış bəzi müsəlmanlar Quranda bir çox ayədə keçən “atalarınız” sözünü dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin yanlış təfsirinə görə, bu ifadədə insanın primitiv atalarına işarə var. Bu səhv şərhi izah etməyə çalışarkən, sözün Quranda cəm şəklində verilməsini dəlil olaraq göstərirlər. Bu ayələrdən biri bu şəkildədir:

(Musa) dedi: “O, sizin də, atalarınızın da Rəbbidir!” (Şuəra surəsi, 26)

Ancaq bu, Quran əxlaqına uyğun olmayan bir iddiadır, çünki bu söz ayələrdə cəm şəklində çox istifadə olunmuşdur və təkamüllü şərhə heç bir şəkildə uyğun gəlmir.

5. İnsanın yaradılış forması ilə əlaqədar olan yanılma

Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O, sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. (Nuh surəsi, 17-18)

Bu ayə təkamüllü yaradılış yanılmasını müdafiə edən bəzi müsəlmanların ən çox istifadə etdikləri ayədir. Ayədə bildirilən “…yerdən bir bitki kimi bitirdi…” ifadəsi təkamülçülər tərəfindən inorqanik təkamülə dəlil kimi göstərilir. Halbuki, bu ifadə bir çox tərcümədə və təfsirdə işarə edildiyi kimi, ilk insanın torpaqdan yaradılmasını ifadə edir və “torpaqdan başlamaqla nəslinizi yaratdı” mənasında istifadə edilir.

6. Quranda meymunlarla insanlar arasında soy yaxınlığının olması

Bu mövzuda bəzi insanlar tərəfindən yanlış şərh olunan ayələrdən biri də, Allah’ın keçmişdə İsrail oğullarından Allah’ın əmrinə itaət etməyən bir qrupu meymuna çevirməsi ilə əlaqədardır. Ayələr belədir:

Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik.Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik. (Bəqərə surəsi, 65-66)

Bu ayələrdən təkamül nəzəriyyəsinə paralel məna çıxıralmayacağı aydındır. Bunun bir neçə səbəbi vardır:

1) Ayədə nəzərdə tutulan cəza böyük ehtimalla mənəvi mənadadır. Yəni İsrail oğullarının bir qrupunun fiziki mənada deyil, xarakter cəhətdən meymuna bənzədilməsi ola bilər (doğrusunu Allah bilir).

2) Əgər nəzərdə tutulan cəza fiziki mənada reallaşsa belə, bu təbiət qanunlarına uyğun olmayan möcüzə olar. Burada Allah’ın diləməsi ilə, bir anda möcüzəvi bir çevirmə, yəni şüurlu yaradılış mövcuddur. Təkamül nəzəriyyəsi isə növlərin milyonlarla illik zamanda təsadüfən, yavaş və pilləli şəkildə bir-birlərinə çevrildikləri kimi ağıl və elmdən kənar bir tezis qarşıya qoyur. Bu səbəbdən, Quranda bildirilən bu hadisə ilə təkamülün müdafiə etdiyi ssenarinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bu ayənin davamında Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik şəklində buyurulur. Bu ayədə insanların alçaq meymunlar halına gətirilmələrindən sonra gələcəkdəkilərə ibrət olmaları məqsədilə bir möcüzə kimi reallaşdırıldığına işarə edilir (doğrusunu Allah bilir).

3) Ayədə nəzərdə tutulan cəza tarixdə bir dəfə və məhdud sayda insan üçün reallaşmışdır. Halbuki, təkamül nəzəriyyəsi bütün insanların meymunlarla qohum olduqlarını bildirir.

4) Ayədə insanların meymuna çevrilməsindən danışılır. Halbuki, təkamül nəzəriyyəsi bunun əksini söyləyir.

5) Quranda “Maidə” surəsinin 60-cı ayəsində də Allah’ın qəzəbləndiyi azğın birliyin meymunlara və donuzlara çevrildiyi xəbər verilir. Ayə belədir:

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allah’ın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s